Şənbə, 17 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vaksin istehsal və ixrac edən ölkələrin reytinqi - TOP-10

Yeni növ koronavirus (COVID-19) əleyhinə vaksinlərin istehsalı və ixracına görə dünya ölkələrinin ilk onluğu məlum olub.

PİA.az APA-ya istinadən bildirir ki, siyahıya Çin liderlik edir. Belə ki, bu ölkə 4,5 mlrd. doza vaksin istehsal edib. Bu, dünya istehsalının 45%-ni təşkil edir. İkinci yerdə 2,25 mlrd. doza ilə Avropa İttifaqı (Aİ) qərarlaşıb. Aİ-də istehsal edilən vaksinlərin ümumi istehsalatda payı 22,4% təşkil edib. Hindistan 1,6 mlrd. doza ilə üçüncü (15,6%), ABŞ 847,5 mln. doza ilə dördüncü (8,4%), Rusiya isə 232,9 mln. doza ilə (2,3%) beşinci olub.

İlk onluqda həmçinin, Cənubi Koreya (1,6%), Braziliya (1,2%), Meksika (1%), Tailand (0,7%) və CAR (0,6%) yer alıb. Digər ölkələrin payına ümumi vaksin istehsalının 1,3%-i düşüb (126. mln. doza).

COVID-19 əleyhinə vaksinlərin ixracı üzrə ilk beşliyə Çin (1,5 mlrd. doza - 40,6%), Aİ (1,4 mlrd. - 37,3%), ABŞ (348 mln. - 9,5%), Cənubi Koreya (133,6 mln. - 3,6%) və Rusiya (93,4 mln. - 2,6%) daxil olub.

Liderlər sırasında həmçinin, Hindistan (2%), CAR (1,3%) və Yaponiya (0,9%) yer alıb. Digər ölkələrin payına ümumi ixracın 2,1%-i düşüb (77,5 mln. doza).

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

VHP-çi namizəd Gülnar Hüseynova Ucarda seçicilərlə görüşüb

Keçmiş diplomatlardan ibarət şəbəkə ifşa olunub - Yeni faktlar

Talıbovlarla bağlı sensasiya - İki deputat mandatını...

Politoloq: İranda Pezeşkianla bağlı ciddi problemlər olacaq...

Qoşqar Təhməzli istefa verməlidir – Eyyub Hüseynov

Qəbələdə toyda kütləvi zəhərlənmə olub, araşdırma aparılır - Yenilənib

Sumqayıtda mənzildə qumbara partlayıb, ölən var - Yenilənib

Ermənilərin növbəti tarix saxtakarlığı - 1828-ci ildə “Şərqi Ermənistan” olub?

Natiq Miri: Putini təcili qaydada Azərbaycana gətirəcək elə bir ciddi hadisə mövcud deyil...

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay