Çərşənbə axşamı, 10 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ÜST alkoqollu və tərkibində şəkər olan içkilərə vergilərin artırılmasını tövsiyə edir

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) əksər ölkələrin sağlam həyat tərzinin təbliği üçün vergi mexanizmlərindən düzgün şəkildə istifadə etmədiyini müəyyənləşdirib, alkoqollu və tərkibində şəkər olan içkilərə vergilərin artırılmasına çağırıb...

“Report” xəbər verir ki, bu barədə qurumun məlumatında deyilir.

Təşkilatın Cenevrədəki baş qərargahı əksər ölkələrin bu vasitədən sağlam həyat tərzini stimullaşdırmaq üçün istifadə etmədiyinə diqqət çəkib.

Ümumilikdə hər il dünyada 2,6 milyon insan alkoqoldan, 8 milyondan çox insan isə qeyri-sağlam qidalanmadan ölür.

ÜST-nin qeyd etdiyi kimi, 108 ölkə tərkibində şəkər olan içkilərin müəyyən növlərinə vergi qoyub. Azı 148 ölkə milli səviyyədə spirtli içkilərə aksiz vergisi tətbiq edib. Eyni zamanda, azı 22 ölkədə şərab aksiz vergisindən azaddır ki, onların da əksəriyyəti Avropa qitəsindədir. Dünyada ən çox satılan pivə brendinin qiymətində orta hesabla aksiz vergisinin payı 17,2 % təşkil edir.

Təşkilat 2017-ci ildə apardığı araşdırmanı xatırladıb: “Alkoqol qiymətlərinin 50 % artırılması 50 il ərzində 21 milyondan çox ölümün qarşısını alacaq və təxminən 17 trilyon dollar əlavə gəlir əldə ediləcək.

ÜST-nin sağlamlığın təşviqi üzrə direktoru Rudiger Kreç deyib ki, qeyri-sağlam məhsulların vergiyə cəlb olunması ictimai sağlamlığın yaxşılaşdırılmasına kömək edir, həmçinin zorakılıq və yol-nəqliyyat xəsarətlərinin qarşısını alır.

Poliqon.info


Etiket: ÜST içkilər


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

SSRİ-nin ilk qadın nazirinin oğlu anasının başına oyun açıb: "Məni aldatdı ki..."

Vilayət Eyvazov Xankəndiyə yeni rəis təyin etdi

Süni bahalaşmaya son qoyulur: Cəza tədbirləri başladı

Bakıda evə silahlı basqın etməkdə şübhəli bilinən şəxs zərərsizləşdirilib

Azərbaycanda onlayn oyunlara qurşanan tələbə yoxa çıxdı

Türkiyəni ayağa qaldıran Narinin meyitinin yerini polislərə Zirəddin Rzayev deyib? - İddia

Ərdoğan Türkiyəni sarsıdan cinayətdən danışdı

Ukrayna XİN İran səfirinə sərt xəbərdarlıq etdi

Ucarda qaçırılan 16 yaşlı qız niyə geri qayıtmaq istəmir?

UEFA Avropa Liqası:  "Elfsborq" - "Qarabağ" oyununun biletlərinin satışa çıxacağı tarix açıqlanıb    

Ən çox oxunanalar