Şənbə, 07 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ülviyyətin, zərifliyin, gözəlliyin rəmzi - Qadın

Hər il yüksək səviyyədə qeyd olunan 8 Mart - Beynəlxalq Qadınlar Günü bu tarixi günün önəmini bir daha xatırladır, qadınlara dəyərin bariz nümunəsi kimi vurğulanır. Azərbaycan dövlət müstəqilliyini yenidən bərpa etdikdən sonra qadınların ölkənin ictimai-siyasi həyatında fəallığının artırılması istiqamətində davamlı addımlar atıldı. Qadınların cəmiyyətdə, ictimai həyatda, ailədəki mövqeyində köklü dəyişikliklər baş verib. Müstəqil Azərbaycanın 1995-ci ildə qəbul olunmuş ilk Konstitusiyası qadınların kişilərlə bərabər hüququnu təsdiq etdi və demokratik dövlət quruculuğu prosesində onların fəal iştirakının hüquqi bazasını yaratdı. Müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyev daim qadınlara diqqət və qayğı ilə yanaşıb, ölkənin ictimai-siyasi həyatında fəal iştiraklarını təmin etmək üçün davamlı tədbirlər həyata keçirmişdir. Dövlətimizin başcısı İlham Əliyev öz çüxışlarında daim bu məqamı xüsusi qeyd edilir ki, milli varlığımızın ifadəsi olan zəngin mədəni-mənəvi irsimizin, ana dilimizin və adət-ənənələrimizin əsrlərdən bəri qorunub saxlanmasında Azərbaycan qadınlarının müstəsna xidməti vardır. Tariximizin mürəkkəb sosial-siyasi dəyişikliklərlə müşayiət olunduğu dövrlərdə onlar cəmiyyətin sarsılmaz mənəvi dayağına çevrilmişlər. Qürurverici haldır ki, müsəlman Şərqində qadınlar arasında incəsənətin, elmin və texnikanın bir çox sahələri üzrə ilk addımı məhz mənəviyyatında milliliklə müasirliyin əsl vəhdətini yaratmış Azərbaycan qadını atmışdır. Azərbaycan qadınlarının cəmiyyətdə rolundan bəhs edərkən təbii ki, fəaliyyəti hər birimiz üçün örnək olan Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İCESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın xidmətləri göz önünə gəlir.

Mehriban xanım Əliyevanın fəaliyyətinə diqqət yetirdikdə görürük ki, atdığı hər addımın əsasında xeyirxahlıq, humanizm, səmimiyyət, vətəndaşlıq təəssübkeşliyi dayanır. Azərbaycan reallıqlarının təbliği istiqamətində dünyanın müxtəlif ölkələrində keçirilən tədbirlər, təqdimatlar, hazırlanan vəsaitlər, nəşr edilən kitablar məqsəd və məramın açıqlanmasına yardımçı olur. Mehriban xanım Əliyevanın fəaliyyətinə verilən ən böyük qiymət təbii ki, xalqın sevgisidir. Məhz bu etimad, inam onun Azərbaycanın Birinci vitseprezidenti təyin olunmasını şərtləndirən əsas amillərdəndir. Dünyanı cənginə almış koronavirus infeksiyasına qarşı mübarizə tədbirlərinin gücləndirilməsi istiqamətində atılan addımlara böyük dəstək olan Mehriban xanım Əliyevanın bu münasibətlə xalqımıza müraciətlərinə diqqət yetirdikdə mərhəmətin, sədaqətin, xeyirxahlığın, ən əsası vətənpərvərlik duyğularının nə qədər böyük olduğunu görür, onun hər zaman dövlətimizin inkişafı, xalqımızın firavan yaşaması istəyini ortaya qoymasının şahidi oluruq. 44 günlük İkinci Qarabağ müharibəsi və postmüharibə dövründə işğaldan azad edilmiş ərazilərimizə dövlətimizin başçısı İlham Əliyevlə birgə səfərləri, həmçinin ölkə Prezidenti ilə birgə müharibə başaçatandan sonra ilk olaraq yaralı döyüşçülərə baş çəkmələri və sair kimi biribirindən diqqət çəkən addımlar vətənpərvərlik hissinin böyüklüyündən xəbər verir.
Bu gün hər bir Azərbaycan qadını, anası xoşbəxtdir, qürurludur.

Yetişdirdikləri övladlar 30 ilə yaxın işğal altında olan torpaqlarımızı azad etdi, torpaq həsrətinə son qoydu, vaxtilə itirilmiş qürurumuzu özümüzə qaytardı. Bu gün analarımız Beynəlxalq Qadınlar Gününü qələbə sevinci ilə qeyd edirlər. Şəhid anaları, bacıları, bütün qadınlarımız üçün ən böyük bayram hədiyyəsi qəhrəman oğullarımızın yazdığı tarix, torpaqlarımızı işğaldan azad edib düşməni diz çökdürməsi, müstəqilliyimizin, suverenliyimizin, ərazi bütövlüyümüzün təmin olunması yolunda canlarından keçən şəhidlərimizin, Xocalı faciəsi qurbanlarının qanının yerdə qalmamasıdır. Bayramınız mübarək, əziz qadınlar!

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Politoloq: Azərbaycan Rusiyaya ciddi nota verməlidir...

Prezident İlham Əliyev İtaliyada Beynəlxalq Çernobbio Forumunda çıxış edib - Yenilənib

Azərbaycanda bu şəxsləri 5 il həbs cəzası gözləyir - Xəbərdarlıq

İran “Zəngəzur dəhlizi”nin açılmasını imkansız edən gücə sahibdir?

Bakıda satışa çıxarılan məşhur bina 2.5 milyon manat ucuzlaşdı

Əbülfəs Qarayevin qızının Rusiyadakı şirkətinin gəlirləri azalıb

Azərbaycan Ordusunun hərbçisi odlu silahla özünü öldürüb

Taleh Qaraşovun rəhbərlik etdiyi qurumun 730 minlik tenderi ləğv edildi

Mehriban Ələkbərzadə Corc Qafarovu işdən çıxardı

Bakı, Sumqayıt, Abşeron üzrə pensiyaların ödəniləcəyi vaxt açıqlanıb

Ən çox oxunanalar