Çərşənbə, 07 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ukraynanın əks-hücum qorxusu - Rusiya Krımın dörd bir yanında müdafiə səddi yaradıb... - Foto

Rusiya Krımda 10 kilometrlərlə səngər qazıb Ukraynanın əks-hücumunu gözləyir...

Ukrayna Silahlı Qüvvələrinin gözlənilən hücumu öncəsi Rusiya yarımadada onlarla kilometrlər səngər qazıb və artilleriya yerləşdirib.

Poliqon xəbər verir ki, bu barədə The Washington Post qəzetinin məlumatında bildirilir. Qəzet tərəfindən dərc edilən Maxar peyk görüntülərinə görə, Rusiya Krımda onlarla kilometr səngər qazıb və Qara dəniz boyunca artilleriya yerləşdirib. Yəqin ki, Rusiya ordusu Ukraynanın dənizdən də hücumunu gözləyir, deyə qəzet yazır.

Nəşr qeyd edir ki, yarımadanın şimalındakı Medvedevka ərazisində bir neçə kilometrə qədər uzanan mürəkkəb xəndəklər sistemi hazırlanıb. Əsgərlərə atəş üçün daha geniş rakurs vermək üçün səngərlər bucaqlıdır. Yaxınlıqda digər istehkamlar, o cümlədən tankları saxlamaq üçün nəzərdə tutulmuş dərin xəndəklər, həmçinin “əjdaha dişləri” var.

Görüntülərdən görünür ki, Krım və Ukraynanın materik hissəsini birləşdirən başqa bir nöqtə olan Armyanskda, eləcə də Şimali Krım kanalı boyunca müdafiə istehkamları hazırlayır.

Xəndəklər təkcə yarımadanın şimalında deyil - Vitino bölgəsində, Evpatoriyanın qərbində hazırlanır. Martın 12-də çəkilmiş peyk görüntüləri Qara dəniz sahilləri boyunca xəndəklər qazıldığını və “əjdaha dişlərinin” qoyulduğunu göstərir. Martın 31-ə aid şəkillərdən görünür ki, istehkamlar arasında artilleriya quraşdırılıb. Bəzi analitiklər The Washington Post-a deyiblər ki, döyüş meydanından bu qədər uzaqda silah yerləşdirmək çaşqınlıq yaradır.

Keçmiş ABŞ hərbi mühəndisi Stiv Dannerin fikrincə, Krımda tikilmiş istehkamları aşmaq üçün Ukraynaya xeyli vaxt, səy və texnika lazımdır.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İşdən çıxarılan icra başçısı kimdir? - Dosye

Valideynlərə şad xəbər: Məktəbli formaları ucuzlaşdı

“Neftçala Aqropark” kimlərə görə və nə üçün faəliyyətə başlaya bilmir?

Şoyqu İrana Putinin hansı mesajını çatdırıb?

Nobel mükafatçısı Banqladeşin müvəqqəti hökumətinə rəhbərlik etməyə başlayıb - Yenilənib    

Qazaxda dövlət qulluqçuları üçün “Təşkilati mədəniyyət və vətəndaşlarla işin təşkili” mövzusunda təlim keçirilib

Paris-2024: Azərbaycan atleti 7-ci yeri tutub    

Qurban Qurbanov: Məğlubiyyət hər şeyin bitdiyi anlama gəlmir

Ən çox oxunanalar