Cümə axşamı, 05 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ukrayna-Rusiya müharibəsinin iqtisadi nəticələri... - Kim daha çox uduzacaq?

Müharibəyə görə Rusiya və Avropa iqtisadiyyatında hansı böhranlar yaşana bilər?..

İqtisadçı-alim: “Bu savaşda Rusiya üçün ən ciddi sanksiya deyərdim ki, ölkənin SWIFT beynəlxalq banklararası sistemdən kənarlaşdırılması ola bilər”.

“Sanksiyalar tətbiq olunarsa, Rusiya büdcə kəsirini maliyyələşdirməkdə çətinlik çəkəcək”.

Bu sözləri iqtisadçı-alim Vüsalə Əhmədova Ukrayna-Rusiya müharibəsinin iqtisadi nəticələrini PİA.az-a şərh edərkən qeyd edib.

Dünən gözlənildiyi kimi Rusiya Ukraynaya hücum etdi və Qərbdən gələn ilk mesajla Rusiyaya qarşı ən sərt sanksiyaların tətbiq olunacağı ilə bağlı oldu. Dünən axşamdam insə bu sanksiyaların tətbiqinə başlanıldı. Rusisyanın demək olar ki, bütün aparıcı bankları ABŞ-ın sanksiyalarına məruz qaldə. Avropa İttifaqının da sanksiyaları Rusiya üçün hissedici görünür. Belə ki, Aİ Rusiya bank bazarının 70%-ni və müdafiə sənayesi də daxil olmaqla əsas dövlət şirkətlərini hədəf alan maliyyə sanksiyalarını elan edib. Həmçinin Rusiyanın əsas gəlir yeri olan enerji sektoru da təhlükə altlndadır.

ABŞ Senatı “bütün sanksiyaların anası” olaraq adlandırdığı bir siyahı hazırlayıb. ABŞ Prezidenti Co Bayden rusiyalı həmkarı Vladimir Putinin “tətbiq edəcəyimə söz verdiyim sanksiyalar kimi sanksiyaları əvvəllər heç görmədiyini”, deyib. Bayden həmçinin Putinə qarşı da sanksiya tətbiq edə biləcəklərini istisna etməyib.

ABŞBritaniya Rusiyanın dollar və funtla ticarətini də yasaqlayıb.

Bəs Rusiya İran, Şimali Koreya kimi təcrid ölkəyə çevriləcəyi halda qarşlıqlı olaraq RusiyaAvropa iqtisadiyyatında hansı böhranlar yaşana bilər? Ümumiyyətlə bu müharibənin iqtisadi nəticələri necə görünür?

Müharibəyə görə Rusiya iqtisadiyyatının düşəcəyi vəziyyəti PİA.az-ın əməkdaşı iqtisadçı-alim Vüsalə Əhmədova ilə müzakirə edib.

Vüsalə Əhmədova: “SWIFT sanksiyası tətbiq olunarsa, Rusiyada bütün beynəlxalq köçürmələri dondurulacaq və bu ölkənin xarici ticarətini iflic vəziyyətinə gətirə bilər”.

Rusiyanın öz ticari tərəfdaşları ilə hesablaşmaq üçün alternativ mexanizmlər axtarmalı olduğunu düşünən iqtisadçı-alim bildirib kk, bu sanksiyaya qarşı Rusiya 2017-ci ilin dekabrından istifadəyə verdiyi SPFS (System for Transfer of Financial Messages) işə sala bilər:

“Bu savaşda Rusiya üçün ən ciddi sanksiya deyərdim ki, ölkənin SWIFT beynəlxalq banklararası sistemdən kənarlaşdırılması ola bilər. Rusiyaya təzyiqin əsas elementi bank sektoruna və o cümlədən, SWIFT sistemi ilə bağlı tətbiq ediləcək sanksiyalardır. SWIFT sisteminə 12.000 qlobal maliyyə institutu qoşulub, hansı ki, Rusiyanın 600 bankı da bu sistemdə yer alır. Rusiya SWIFT sistemi vasitəsilə əməliyyatların həcminə görə ikinci, dövriyyəyə görə isə onuncu yeri tutur. Sanksiya tətbiq olunarsa, Rusiyada bütün beynəlxalq köçürmələr dondurulacaq və bu ölkənin xarici ticarətini iflic vəziyyətinə gətirə bilər.

Əvvəl də qeyd etdiyim kimi, Rusiya öz ticari tərəfdaşları ilə hesablaşmaq üçün alternativ mexanizmlər axtarmalıdır. Bu sanksiyaya qarşı Rusiya 2017-ci ilin dekabrından istifadəyə verdiyi SPFS (System for Transfer of Financial Messages) işə sala bilər. Bundan əlavə, ABŞ və AB rublun dollar, avro və ingilis funt sterlinqinə mübadiləsini məhdudlaşdıracaq mümkün sanksiyaları müzakirə edir. Belə olan halda, Rusiya rublu sanksiyaların tətbiq olunduğu ölkələrdə dəyərini itirə bilər.

Vüsalə Əhmədova: “Avropa İttifaqı və ABŞ-ın Rusiyanın enerji sektoruna qarşı sanksiyalar tətbiq etmə ehtimalı azdır. Çünki, Avropa bütün neftin 25%-ni və qazın 40%-ni məhz Rusiyadan alır”.

Məlumat üçün bildirim ki, hərbi əməliyyatların başladığı andan etibarən rublun məzənnəsi 10% ucuzlaşdı və hazırda 1 ABŞ dolları 80,42 rubl, 1 avro isə 90,88 rubl dəyərindədir. Həmçinin ABŞ, investorların təkrar bazarda Rusiya qiymətli kağızlarını almaq imkanlarını məhdudlaşdıra bilər. İndi ilkin bazarda belə sanksiyalar artıq qüvvədədir. Borc qiymətli kağızları əlavə maliyyə resursları cəlb etmək üçün şirkətlər və dövlət tərəfindən buraxılır. Sanksiyalar tətbiq olunarsa, Rusiya büdcə kəsirini maliyyələşdirmədə çətinlik çəkəcək. Rusiyada 2021-ci ildə büdcə kəsiri 2,75 trilyon rubl təşkil edib ki, bu da 37 milyard dollar edir.

Avropa İttifaqı və ABŞ-ın Rusiyanın enerji sektoruna qarşı sanksiyalar tətbiq etmə ehtimalı azdır. Çünki, Avropa bütün neftin 25%-ni və qazın 40%-ni məhz Rusiyadan alır.

Belə olan halda, Avropanın ən böyük enerji böhranı ilə üzləşmə ehtimalı yaranır. Ticari əməkdaşlığa gəlincə, hazırda AB Rusiyaya ildə təqribən 100 milyard avroya yaxın mal və xidmət ixrac edir ki, bu da ümumi ixracın 80%-ni təşkil edir. Belə görünür ki, ticari baxımdan Avropa Rusiyadan daha çox asılıdır.

Son olaraq onu qeyd etmək istərdim ki, iqtisadi sanksiyalar hər zaman əhali arasında narazılıq və yoxsulluqla müşahidə olunub. Əvvəlki müharibələrin təcrübəsi də onu göstərir ki, Avropa hər zaman qaçqın axını ilə üzləşmə ehtimalı ilə qarşı qarşıyadır”.

Nərminə UNUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İsmayıllıda vəzifəli şəxslərə qarşı əməliyyat

9 saylı dairədə nəticələr ləğv edilə, Kəmaləddin Qafarov mandatsız qala bilər

Ermənistanın yeni “Zəngəzur dəhlizi” təklifi... - Bakı bu təklifi qəbul edə bilərmi?

20-yə yaxın məmur onunla əlbir olub pulları mənimsəyib - Adlar

Politoloq: Türkiyə və İran arasında qapalı qarşıdurma pik həddinə çatır...

Tehranın israrla “Zəngəzur dəhlizi”nə qarşı olmasının əsas səbəbləri nədir?

Lamiyə Vəliyevanın atası: "Qızımla nə qədər qürur duysam, azdır"

Qərb Rusiyanın təhdidlərinə boyun əyir, nüvə müharibəsi yaxınlaşır

Paris Paralimpiadasının azərbaycanlı medalçılarına nə qədər mükafat veriləcək?

Müharibənin ən bahalı 24 saatı: Ruslar Pokrovsk yolunda "rekord" qırıb...

Ən çox oxunanalar