Şənbə, 17 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ukrayna-Rusiya danışıqları hansı yönə doğru inkişaf edə bilər?

Dünya, həqiqətən də, çoxölçülü müharibəyə girib və bunun nəticəsini görmək çətindir. Amma, yəqin ki, dünya indi yeni tarazlığa hazırlaşır...

Dr. Kürşad Zorlu
“Yeni Şafak” qəzeti, Türkiyə, 28 fevral 2022-ci il

Rusiya işğalının dördüncü günü başa çatıb və müharibəni durdurmaq üçün dünən iki ölkənin Belarus sərhədində danışıqlar aparmasına qərar verilib. Bu qərarın açıqlanmasından bir neçə dəqiqə sonra Rusiya prezidenti Putin “Nüvə çəkindirici qüvvələrini hazır vəziyyətə gətirdim”, mesajını verib. Bu təhdidin ünvanı isə Ukraynadan çox, NATOABŞ olub.

2014-cü ildə yenilənmiş Rusiya Hərbi Doktrinası prezident Putinə “dövlətin mövcudluğunun təhlükə altına düşməsi” qarşısında bu qərarı təkbaşına qəbul etmək səlahiyyətini verir. Lakin indiki mövcud durumda təhdid olaraq qəbul edilən ölkəyə nüvə silahı ilə hücum etmək kimi bir ehtiyac da yoxdur.

Dünyanı hərtərəfli müharibəyə sürükləyən bu təhdid ilk mərhələdə Moskvanın danışıqlar masası arxasında əlini gücləndirməyə yönəlmiş addım kimi görünür. Putin danışıqların arxasında duran güclərə mesaj verməklə öz tələblərinin ağırlığını qorumaq istəyir. Bəs gecələr alınan sanksiya qərarları ilə içərisində ilişib qalan Putin son bir dəlilik edə bilərmi? Düzünü desəm, bu ehtimal çox aşağıdır.

Eyni zamanda, vəziyyəti şərh edən Ukrayna Xarici İşlər Naziri Kuleba deyib ki: “İlkin şərt olmadan danışıqlar tələbi ilə gəlmək özlüyündə Ukraynanın qələbəsidir”. Hətta bu qarşılıqlı mövqeləndirmə də göstərir ki, tərəflərin tələblərinin ağlabatan həddə çatması heç də asan olmayacaq. Bəli, Ukrayna ciddi müqavimət göstərdi, amma yenə də Rusiyanın hücum imkanları ilə bağlı ehtiyatlı olmaq lazımdır.

Təbii ki, müharibənin daha da qızışmasının qarşısını almaq üçün bir ümid kimi bu prosesin başladılması vacibdir. Bu arada Qərbin Rusiyaya qarşı iqtisadi sanksiyaları SWIFT və Mərkəzi Bankın blokadası ilə daha təsirli bir ölçüyə daşınacaq. Danışıqlar prosesi həm də səlahiyyətlərin arbitrajı üçün bir vasitə kimi görünə bilər.

Belarus sərhədindən başlayacaq görüşün danışıqlar prosesinə çevrilməsi və atəşkəs rejiminə keçməsi üçün ilk növbədə qarşılıqlı əvəzedilməz maddələr üzrə konsensus sahəsi yaradılmalıdır. Bu barədə çox da optimist deyiləm.

Bu məqamda Ukraynanın NATO-ya üzvlüyü Rusiya üçün strateji məsələ olsa da, bunun üçün alət kimi Donbas və ətrafı ilə bağlı qazanclar müzakirə olunacaq. Ukrayna indiki mərhələdə Krımın qayıtması da daxil olmaqla, bütün əvvəlki tələblərini masaya qoya bilər. Ukrayna NATO-ya üzvlüklə bağlı məcburi öhdəlik götürmək istəməsə də, ərazi bütövlüyü prinsipinə uyğun olaraq Donbasda geri addım atmağı, bəlkə də, ən azı Minsk razılaşmasının maddələrini yenidən uyğunlaşdırmağı üstün tutacaq.

Putin Ukraynada gözlənilməz müqavimətlə qarşılaşıb. Qərbin son addımları Putinin gücünü sarsıdacaq bir prosesi gətirə bilər. Burada ilk növbədə iki ssenari nəzərdən keçirilə bilər.

Birinci ssenaridə Rusiya tərəfi Ukraynada Rusiya ilə sülh şəraitində olan yeni hökumətin formalaşdırılması şərti ilə fevralın 24-nə qədərki vəziyyətə qayıtmağı istəyə bilər. Gecələr Kiyevin daha çox bombardman edilməsinin səbəbi də bu ola bilər.

İkinci ssenaridə, hazırkı administrasiyanın davam etməsinə gəldikdə (çox güman ki, belə olacaq) Ukraynanın dənizlə əlaqəsini kəsəcək bir ərazinin ələ keçirilməsini gözləyərək, özləri üçün optimal nöqtədə atəşkəs qəbul edə bilərlər. Sanksiyaların təsirinə görə isə ruslar Kiyevdən geri çəkilə bilərlər.

Dünya, həqiqətən də, çoxölçülü müharibəyə girib və bunun nəticəsini görmək çətindir. Amma, yəqin ki, dünya indi yeni tarazlığa hazırlaşır. ABŞ və Aİ enerji təchizatı təhlükəsizliyi ilə bağlı fərqli struktura da diqqət yetirəcək. Türkiyə isə bu prosesdən minimum zərərlə keçmək üçün çox diqqətli olmalıdır...

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Keçmiş diplomatlardan ibarət şəbəkə ifşa olunub - Yeni faktlar

Tovuzlu sahibkar: " Bir çarəm qalır, fəaliyyətimi dayandırmaq" - Video

Xalq artisti Cahangir Novruzovun Ankarada 70 illik yubileyi keçirilib

Kəlbəcərdə qardaşları ilə birlikdə itkin düşən Təranə Zeynalovanın qan donduran hekayəsi - Video

Sırski: Ukrayna ordusu Kursk vilayətində daha 1-3 km irəliləyib

Bakıda və Abşeronda süxurun qanunsuz daşınması faktı aşkarlandı

55 nəfərin zəhərləndiyi toyun keçirildiyi restoran sahibi danışdı

Ukrayna Kurskda körpünü vurdu, 700 rus hərbçisi mühasirədə qalıb

Bayden namizədlikdən imtina etdikdən sonra ilk dəfə Harrislə mitinqdə iştirak edib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay