Ukrayna qışdan əvvəl ABŞ-dan qısa mənzilli radarlar istəyir, çünki səlahiyyətlilər mülki hədəflərə və enerji infrastrukturuna Rusiyanın raket hücumlarının çətin mövsümünə hazırlaşır...
Poliqon xəbər verir ki, bu barədə Politico nəşri məlumat yayıb. Nəşrin xəbərinə görə, Kiyev ballistik raketləri, aşağı sürətli pilotsuz uçuş aparatlarını, təyyarələri və helikopterləri izləmək üçün nəzərdə tutulmuş qısa mənzilli “Sentinel” radarları əldə etmək istəyir.
Nəşr qeyd edir ki, Ukrayna qışdan sağ çıxmaq üçün bu cür tədarüklərin həlledici olduğunu təkid edir.
“Yeni radarlar ölkənin gündəlik Rusiyanın hücumlarından əziyyət çəkən ərazilərini daha çox əhatə edə biləcək və ukraynalıların öz silahlarını istehsal etmək niyyətində olduqları zavodları qorumaq üçün istifadə oluna bilər”, deyə xəbərdə bildirilir.
Qeyd edək ki, bundan əvvəl Ukrayna hakimiyyəti Rusiyanın payız-qış dövründə kütləvi raket hücumları edəcəyi ilə bağlı xəbərdarlıq etmişdi. Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi rusların “İsgəndər” kompleksləri üçün 290 modifikasiyalı raket, 165 “Kalibr” dəniz bazalı qanadlı raket və 80 “Xəncər” də daxil olmaqla, toplaya bildiyini bildirib.
Hərbi ekspert Mixail Jiroxov hesab edir ki, Rusiya “İsgəndər”ləri ən çox Xerson, Xarkov, Zaporojye və Dnepropetrovsk vilayətlərini təhdid edir.
Poliqon.info