Çərşənbə, 17 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ukrayna mediası: Güney Azərbaycan İrandan müstəqillik əldə etmək üçün birləşdi…

Güney Azərbaycanda İrandan müstəqillik tərəfdarı olan demokratik qüvvələrin birləşməsi üçün görünməmiş aksiya keçirilib...

Tədbirlər AZfront Telegram kanalının və eyniadlı ictimai birliyinin təşəbbüsü ilə İranın etnik azərbaycanlılar yaşayan dörd əyalətində keçirilib.

Poliqon.info xəbər verir ki, bu barədə Ukraynanın Teleqraf nəşrinin məqaləsində bildirilir.

Qeyd edilir ki, nə İslam İnqilabı Keşikçiləri Korpusu, nə də Bəsic yarımhərbi qruplaşmasının üzvləri aksiyanın ən azı bir aksiya iştirakçısını dayandıra və ya həbs edə bilməyiblər.

İranın dördüncü böyük şəhəri olan Təbrizdə fəallar Güney Azərbaycanın müstəqilliyinə çağıran vərəqələr asıblar. Vərəqələr Təbriz Universitetinin qarşısındakı evlərə və universitetin yataqxanasında paylanıb.

Aksiyaya Azərbaycan gənclər birlikləri və partiyaları qoşulub. Onların arasında Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi, Azərbaycan Milli Müqavimət Təşkilatı, Azərbaycan Tələbə Hərəkatı, Güney Azərbaycan İstiqlal Partiyası, Güney Azərbaycan Demokratik Türk Birliyi, Güney Azərbaycan Demokrat Partiyası, Güney Azərbaycan Liberal Demokrat Partiyası və Azərbaycan Mərkəz Partiyası yer alıb.

Məqələdə bildirilir ki, İrandakı azərbaycanlı gənclər uzun müddətdir ki, dövlət quruluşuna fəal şəkildə qarşı çıxırlar. İran hakimiyyəti nümayəndələrinin müqaviməti tamamilə təbiidir, çünki ölkənin ümumi əhalisinin təxminən 30%-ni təşkil edən 30 milyon etnik azərbaycanlı ilə regionun ayrılması İranı xeyli zəiflədəcək.

Qeyd edilir ki, Cənubi Azərbaycandakı müstəillik hərəkatı İranın Rusiyaya pilotsuz təyyarələr verməsi nəticəsində ərazilərini atəşə tutulan Ukraynanın, eləcə də İran diktaturasının devrilməsində birbaşa maraqlı olan İsrailin maraqlarına tam cavab verir.

Teleqraf yazır ki, Cənubi Azərbaycanın müstəqilliyini Ukrayna prezidenti Vladimir Zelenski tərəfindən dəstəklənir.

Tərcümə Poliqin-a aiddir

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dərman monopolisti Kəmaləddin Qafarovun yeni mandat planı...

Azərbaycanda tanınmış idmançı 27 yaşında vəfat etdi -Fotolar

Bu ölkədə istilərə görə gündüz işləmək qadağan edildi

Ermənistanda təhsil və Azərbaycana qarşı ərazi iddaları...

Abdulbari Gozalin qardaşı oğlunun təsis etdiyi şirkətin 16 milyon vergi borcu var

Ruslar Rusiyadan qaçır: Hansı ölkələrə üz tuturlar?

YAP İdarə Heyətinin iclası bitib, bütün seçki dairələrindən namizədlər irəli sürülüb - Yenilənib

Bakıda sürücü avtomobili ilə piyadanı vurub qaçdı - Anbaan video

Masallıda doğuş zamanı körpə ölümü ilə bağlı araşdırma aparılır - Yenilənib

Ən çox oxunanalar