Çərşənbə, 17 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ekspert: Kənd təsərrüfatında çox ciddi geriləmənin olduğunu görürük...

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda 6 milyard 19 milyon manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunub...

Kənd təsərrüfatı üzrə ekspert: “0.3 faiz artım əslində artım deyil. Manipulyasiya ilə o rəqəmi şişirdirlər”.

“Gələcəkdə kənd təsərrüfatında artımın olacağını proqnozunu vermək qeyri-mümkündür. Çünki kənd təsərrüfatını biləcək kadrlar yoxdur”.

Bu sözləri kənd təsərrüfatı üsrə eksperti Vahid Məhərrəmli kənd təsərrüfatındakı az artımın səbəblərini Poliqon-a şərh edərkən qeyd edib.

Dövlət Statistika Komitəsinin məlumatına görə bu ilin yanvar-iyun aylarında Azərbaycanda 6 milyard 19 milyon manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,3 faiz çoxdur.

Nəzərə alsaq ki, artıq işğaldan azad olunmuş ərazilər də əkilir, o zaman ölkədə kənd təsrrüfatının bu qədər az inkişaf etməsinin səbəbləri nədir?

Mövzunu Poliqon-un əməkdaşı kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmli ilə müzakirə edib.

Vahid Məhərrəmli: “İndiki nazir yenə Avropa ölkələrinə gedir, Macarıstanda görüşlər keçirir və digər ölkələrə səfər edir. Bu nazirin və onun ətrafında olanların da heç birinin kənd təsərrüfatından anlayışı yoxdur”.

Əgər nazirlikdə peşəkarlar, savadlı kadrlar olarsa, kənd təsərrüfatının qısa müddətdə inkişaf edəcəyini mümkün hesab edən ekspert Polqon-a bildirib ki, kənd təsərrüfatına rəhbərlik edənlər şəhərdə böyüyən uşaqlardır və onların kənd təsərrüfatından anlayışları yoxdur:

“Bəli, su resurslarımız artıb, daha çox sudan istifadə edirik, daha çox ərazilərdə əkin işləri aparırıq, daha çox örüş sahələrində heyvanlar otarılır. Bəs, niyə inkişaf yoxdur? Çünki inkişafın olması üçün bu sahəni idarə edənlər peşəkarlar olmalıdır. Əgər peşəkar deyilsə, o nə edəcəyini bilmir.

Kənd Təsadüfı Nazirliyi öz zəif tərəflərini göstərdi. Əvvəlki nazir təyin olunandan sonra özünə bir nəfər Hollandiyadan peşəkar köməkçi təyin etdi. O deyirdi ki, bu köməkçi ona məsləhətlər verəcək, kənd təsərrüfatı sürətlə inkişaf edəcək. Biz sonra nə gördük? Biz onu gördük ki, onun zamanında yeyintiyə yol verildi, istehsalın artımıyla rəqəmləri şişirtdilər və sonradan bəlli oldu ki, heç deyilən qədər buğda istehsal olunmur. Yəni rəqəmləri şişirtməklə çalışdılar ki, istehsalda artım göstərsinlər.

Sonra İsrailə üz tutdular. İsraildən gələndən sonra dedilər ki, İsraildən mütəxəssislər gələcək, kənd təsərrüfatını inkişaf etdirəcək. Bu baş verdimi? Xeyr. İndiki nazir yenə Avropa ölkələrinə gedir, Macarıstanda görüşlər keçirir və digər ölkələrə səfər edir. Bu nazirin və onun ətrafında olanların da heç birinin kənd təsərrüfatından anlayışı yoxdur.

Kənd təsərrüfatı da olduqca mürəkkəb sahədir. Bu sahəyə savadlı, təcrübəsi olan aqronom rəhbərlik etməlidir. Eyni zamanda Kənd Təsadüfı Nazirliyində müavinlər aqronom, zotexnik, baytar həkim olmalıdır. Əgər nazirlikdə peşəkarlar, savadlı kadrlar olarsa, kənd təsərrüfatı qısa müddətdə inkişaf edəcək. Amma kənd təsərrüfatına rəhbərlik edənlər şəhərdə böyüyən uşaqlardır və onların kənd təsərrüfatından anlayışları yoxdur. Ona görə də, onlar bu sahədə problemin nədən ibarət olduğunu bilmirlər. Həmçinin onların ətrafında onlara yol göstərəcək adamlar da yoxdur. Çünki indiki nazir də, ondan əvvəlki nazir də yerlibazlıq edərək öz qohumlarını işlə təmin etdilər.

Vahid Məhərrəmli: “Kənd təsərrüfatında əsas problem idarə edənlərdədir. Onların sahədən xəbərləri yoxdur deyə, sahə inkişaf etmir”.

Naşı adamlarla kənd təsərrüfatını inkişaf etdirmək mümkün deyil. Nə qədər məhsulun istehsal olunması fiziki çəkidə deyil, dəyər ifadəsində göstərilir. Bildiyimiz kimi son illər kənd təsərrüfatı məhsullarının maya dəyəri, qiyməti artır. Buna görə də, 0.3 faiz artım əslində artım deyil. Manipulyasiya ilə o rəqəmi şişirdirlər. Təəssüflər olsun ki, taxıl, kartof istehsalı azalıb. Ət, süd istehsalında azalma var ona ki, idxal artıb. Əhalinin alıcılıq qabiliyyəti aşağı düşüb.

Əslində biz kənd təsərrüfatında çox ciddi geriləmənin olduğunu görürük. Gələcəkdə kənd təsərrüfatında artımın olacağını proqnozunu vermək qeyri-mümkündür. Çünki kənd təsərrüfatını biləcək kadrlar yoxdur. Yəni kənd təsərrüfatında əsas problem idarə edənlərdədir. Onların sahədən xəbərləri yoxdur deyə, sahə inkişaf etmir”.

Nərminə UMUDLU
Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dərman monopolisti Kəmaləddin Qafarovun yeni mandat planı...

Azərbaycanda tanınmış idmançı 27 yaşında vəfat etdi -Fotolar

Bu ölkədə istilərə görə gündüz işləmək qadağan edildi

Ermənistanda təhsil və Azərbaycana qarşı ərazi iddaları...

Abdulbari Gozalin qardaşı oğlunun təsis etdiyi şirkətin 16 milyon vergi borcu var

Ruslar Rusiyadan qaçır: Hansı ölkələrə üz tuturlar?

Bakıda sürücü avtomobili ilə piyadanı vurub qaçdı - Anbaan video

Masallıda doğuş zamanı körpə ölümü ilə bağlı araşdırma aparılır - Yenilənib

Xaricdə evlənmək istəyən Azərbaycan vətəndaşlarının nəzərinə - Yeni qayda təsdiqləndi

Ən çox oxunanalar