Çərşənbə axşamı, 16 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Abdulbari Gozalin qardaşı oğlunun təsis etdiyi şirkətin 16 milyon vergi borcu var

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində qeydiyyatda olan “DİA Holdinq FZCO” şirkətinin Azərbaycan Respublikasındakı Filialının (VÖEN – 9900083751) dövlət büdcəsinə vergi borcu var...

Poliqon Yeniavaz.com-a istinadən xəbər verir ki, 15 iyul 2024-cü il tarixinə olan sonuncu məlumata görə “DİA Holdinq FZCO” şirkətinin Azərbaycandakı filialının vaxtında ödənilməyən 16 milyon 13 min 416 manat 12 qəpik vergi borcu yaranıb.

Məlumat üçün bildirək ki, bu şirkətin Azərbaycandakı filialı 5 dekabr 2007-ci ildə Nərimanov rayonu, Ziya Bünyadov, ev 19/69 ünvanında qeydiyyata alınıb. Şirkətin Azərbaycandakı filialının rəhbəri Burhan Keleşdir.

“DİA Holdinq FZCO” şirkəti Azərbaycanda “Alov Qüllələri”, Heydər Əliyev Mərkəzi kimi böyük layihələrin icrasında iştirak edib.

Onu da bildirək ki, şirkətin təsisçilərindən biri Azərbaycanda qida sektorunun aparıcı şirkətlərindən olan “Azərsun Holdinq”in sahibi Abdulbari Gozalin qardaşı oğlu və eyni zamanda da kürəkəni olan Hassan Gozal olub.

Hassan Gozalın “DİA Holdinq FZCO” şirkətindəki payı 50% olub. Hassan Gozal daha sonra şirkətdəki payını satıb.

Hazırda “DAAX Construction” şirkətinin sahibi olan Hassan Gozal eyni zamanda İraqda neft hasilatı ilə məşğul olan “Genel Energy”nin də əsas təsisçilərindən biridir. Səhmlərinin 17,5%-nin “DAAX Construction”ə məxsus olduğu “Genel Energy”şirkətinin sonuncu maliyyə hesabatında (https://genelenergy.com/wp-content/uploads/2024/03/Genel-Energy-FY-2023-Results-FINAL.pdf) göstərilir ki, şirkətin zərəri son bir ildə 8,4 fəfə artaraq 61,3 milyon dollara yüksəlib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Berlin raketlərimizin hədəfindədir - Kremldən şok hədə

“Hikmət, sənə bir həftə vaxt verirəm!” - Foto

Azərbaycanın Tehrandakı səfirliyinin yeni inzibati binası istifadəyə verilib

Ukraynanın vəziyyəti pisləşir: Ruslar itirdikləri əraziləri geri qaytarır...

Ukraynalılar Rusiya ilə danışıqlara hazırdırmı? – Xalqın cavabı

Ermənistanda təhsil və Azərbaycana qarşı ərazi iddaları...

Tramp vitse-prezidentliyə namizədinin adını açıqlayıb

Masallıda doğuş zamanı körpə ölümü ilə bağlı araşdırma aparılır - Yenilənib

Natiq Cəfərli: Gələcəkdə Rusiya iqtisadiyyatında dərin böhran dalğaları yaranacaq...

Ən çox oxunanalar