Çərşənbə, 17 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Çin NATO-ya qarşı Rusiya və Belarusla hərbi alyansda birləşə bilər?

Çin və Belarus qoşunlarının birgə hərbi təlimləri iyulun 19-a qədər davam edəcək...

Politoloq: “Çinin Rusiya və Belarusla bu dərəcədə hərbi sahədə yaxınlaşması onun NATO-ya qarşı hansısa hücuma keçdiyini, yaxud da aralarında hərbi toqquşmanın olacağını demək bir qədər tezdir”.

NATO bu yaxınlarda Çinə hədələyici bəyanat səsləndirdi. Görünür ki, rəsmi Pekinin bu təlimi NATO-nun bəyanatına cavabdır”.

Bu sözləri politoloq Zeynal Əmrəliyev Çin və Belarus qoşunlarının birgə hərbi təlimlərini Poliqon-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi, Çin və Belarus qoşunlarının Belarusun Brest şəhəri yaxınlığında birgə hərbi təlimləri iyulun 19-a qədər davam edəcək. Kod adı “Eagle Assault” (Qartal hücumu) olan bu təlimlər Polşa sərhədindən 5 kilometr aralıda keçirilir.

Bu təlimləri onu deməyə əsas verirmi ki, Çin NATO-ya qarşı Rusiya və Belarusla hərbi alyansda birləşə bilər?

Qeyd edək ki, NATO-nun 75 illik Vaşinqton sammitinin yekun bəyyanaməsində Çinə qarşı bir sıra ittihamlar səsləndirilib.

Çin-NATO münasibətlərini Poliqon-nun əməkdaşı politoloq Zeynal Əmrəliyev ilə müzakirə edib.

Zeynal Əmrəliyev: “Çin və NATO arasında həmlə siyasəti davam edəcək”.

Çin Qərbə qarşı ittifaqı gücləndirə biləcəyini düşünən politoloq Poliqon-a açıqlamasında qarşılıqlı real hansısa addımların atılacağını gözləmədiyini bildirib:

“Çinin Rusiya və Belarusla bu dərəcədə hərbi sahədə yaxınlaşması onun NATO-ya qarşı hansısa hücuma keçdiyini, yaxud da aralarında hərbi toqquşmanın olacağını demək bir qədər tezdir. Lakin istənilən halda Çin artıq NATO-ya qarşı mübarizə aparmağa başalyıb.

NATO bu yaxınlarda Çinə hədələyici bəyanat səsləndirdi. Görünür ki, rəsmi Pekinin bu təlimi NATO-nun bəyanatına cavabdır. Çin və NATO arasında həmlə siyasəti davam edəcək. Hal-hazırda Çinin əsas niyyəti məhz Tayvanı özünə birləşdirməkdir. Bununla bağlı da mütəmadi işlər aparılır. Çin bildirib ki, yaxın vaxtlarda Tayvanın birləşdirilməsi üçün əməliyyata başlaya bilərlər və Çin ordusu bununla bağlı müəyyən təlimlər keçirir. Bu isə Qərb dünyasında narahatlıq qarşılanıb.

Məlum olduğu kimi, Tayvan ABŞ-ın yaxın müttəfiqidir. Buna görə də, ABŞ Çinin Tayvana hücum etməsinə qarşılıq verəcək. Beləliklə də, Tayvan üstündə qarşıdurma ola bilər. Amma Çinin bunları nəzərə alaraq Tayvana hücum edəcəyini düşünmürəm. Çin Qərbə qarşı ittifaqı gücləndirə bilər. Ancaq real hansısa addımların atılacağını gözləmirəm”.

Nərminə UMUDLU
Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dərman monopolisti Kəmaləddin Qafarovun yeni mandat planı...

Azərbaycanda tanınmış idmançı 27 yaşında vəfat etdi -Fotolar

Bu ölkədə istilərə görə gündüz işləmək qadağan edildi

Ermənistanda təhsil və Azərbaycana qarşı ərazi iddaları...

Abdulbari Gozalin qardaşı oğlunun təsis etdiyi şirkətin 16 milyon vergi borcu var

Ruslar Rusiyadan qaçır: Hansı ölkələrə üz tuturlar?

Bakıda sürücü avtomobili ilə piyadanı vurub qaçdı - Anbaan video

Masallıda doğuş zamanı körpə ölümü ilə bağlı araşdırma aparılır - Yenilənib

Xaricdə evlənmək istəyən Azərbaycan vətəndaşlarının nəzərinə - Yeni qayda təsdiqləndi

Ən çox oxunanalar