Çərşənbə, 17 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Politoloq: Moskva kinlidir və ilk fürsət düşən anda Rusiya Paşinyanın hakimiyyətinə son qoyacaq...

İddia edilir ki, Nikol Paşinyan xarici siyasət kursunu dəyişərək yenidən Rusiyaya meyllənəcək...

Samir Hümbətov: “Hazırkı vəziyyətdə Paşinyan hakimiyyətdən devrilə bilər, yaxud da istiqamətini Qərbdən Rusiyaya tərəf çevirə bilər”.

Rusiya dəfələrlə Paşinyan administrasiyasını hədəfə alıb və ciddi xəbərdarlıq edib. Hətta Rusiya Ermənistanla təhdid dilində danışıb”.

Bu sözləri politoloq Samir Hümbətov Ermənistanın baş nazirinin yenidən xarici siyasəti Rusiya vektoruna döndərmək iddiasını Poliqon-a şərh edərkən qeyd edib.

Ermənistanın “Hrapark” qəzeti yazıb ki, payızda Nikol Paşinyan xarici siyasət kursunu dəyişərək yenidən Rusiyaya meyllənəcək. Qəzetin iddasına görə Paşinyan Avropa İttifaqına gözlədiyi siyasi və iqtisadi dəstəyi ala bilmədiyinə görə belə bir qərar verib.

Paşinyanın yenidən Ermənistanı Rusiya kursuna qaytarması mümkün görünürmü və bu halda Paşinyan hakimiyyəti hansı siyasi və iqtisadi qurbanlar verə bilər? Digər tərəfdən, Paşinyanın narahatlığı Trampın yenidən hamikiyyətə qayıtması şansının artması əlaqəli ola bilərmi?

Paşinyanın Rusiya ilə bağlı apardığı xarici siyasətini Poliqon-un əməkdaşı “Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzi”nin rəhbəri, politoloq Samir Hümbətovla müzakirə edib.

Samir Hümbətov: “Düşünmürəm ki, Trampın hakimiyyətə gəlməsi, Paşinyanın xarici siyasət kursuna ciddi təsir göstərə bilər”.

Qərb ölkələrinin Paşinyanı hakimiyyətdə görmək istədiklərini vurğulayan politoloq bildirib ki, Qərb Paşinyana alternativ hazırlayana qədər bu belə də davam edə bilər:

“Hadisələrin gedişi, Paşinyanın yürütdüyü siyasət və apardığımız dəyərlər onu göstərir ki, bu cür yanaşma çox da inandırıcı görünmür. Çünki 2018-ci ildə Paşinyan Rusiyanın dəstək verdiyi hakimiyyəti devirib və hakimiyyətə gəlib. Paşinyanın İkinci Qarabağ müharibəsi zamanı, müharibədən sonrakı zaman və indi yürütdüyü siyasət Rusiyanın Cənubi Qafqaz yaxuddakı Ermənistan siyasəti ilə qətiyyən uyuşmur. Faktiki olaraq ziddiyyətlər də ortadadır.

Rusiya dəfələrlə Paşinyan administrasiyasını hədəfə alıb və ciddi xəbərdarlıq edib. Hətta Rusiya Ermənistanla təhdid dilində danışıb. Buna görə də, Ermənistanın Avropadan imtina edib, Rusiya kursuna qaytarması inandırıcı görünmür. Eyni zamanda Qərb ölkələri də imkan verməz ki, Paşinyan Rusiyaya tərəf üzünü çevirsin.

Samir Hümbətov: “Ermənistanın Avropadan imtina edib, Rusiya kursuna qaytarması inandırıcı görünmür”.

Gürcüstanda xarici agentlər haqqında qanunun qəbul edilməsindən sonra baş verən hadisələr göz qabağındadır. Gürcüstanın Avropa İttifaqına üzvlüyünə az qalmışdı. Amma qanun qəbul olunandan sonra Qərb Gürcüstanla təhdid dilində danışdı.

Düşünmürəm ki, nə Qərb Ermənistanı Rusiyanın yanına buraxar, nə də Paşinyan üzünü Rusiyaya tərəf çevirər. Moskva kinlidir və ilk fürsət düşən anda Rusiya Paşinyanın hakimiyyətinə son qoyacaq. Aydın məsələdir ki, Paşinyan da hakimiyyəti əldən vermək istəmir.

Düşünmürəm ki, Trampın hakimiyyətə gəlməsi, Paşinyanın xarici siyasət kursuna ciddi təsir göstərə bilər. Ümumi olaraq, Qərb ölkələri Paşinyanı hakimiyyətdə görmək istəyir. Qərb Paşinyana alternativ hazırlayana qədər bu belə də davam edə bilər. Amma hər vəziyyətdə hələ ki, Qərb Paşinyanla işləmək istəyir. Buna görə də, düşünmürəm ki, hazırkı vəziyyətdə Paşinyan hakimiyyətdən devrilə bilər, yaxud da istiqamətini Qərbdən Rusiyaya tərəf çevirə bilər”.

Nərminə UMUDLU
Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dərman monopolisti Kəmaləddin Qafarovun yeni mandat planı...

Azərbaycanda tanınmış idmançı 27 yaşında vəfat etdi -Fotolar

Bu ölkədə istilərə görə gündüz işləmək qadağan edildi

YAP İdarə Heyətinin iclası bitib, bütün seçki dairələrindən namizədlər irəli sürülüb - Yenilənib

Ermənistanda təhsil və Azərbaycana qarşı ərazi iddaları...

Abdulbari Gozalin qardaşı oğlunun təsis etdiyi şirkətin 16 milyon vergi borcu var

Ruslar Rusiyadan qaçır: Hansı ölkələrə üz tuturlar?

Bakıda sürücü avtomobili ilə piyadanı vurub qaçdı - Anbaan video

Xaricdə evlənmək istəyən Azərbaycan vətəndaşlarının nəzərinə - Yeni qayda təsdiqləndi

Ən çox oxunanalar