Cümə, 26 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Tutdurun hamımızı, daha bizi söyməsinlər”

Müəllimdən nazirə müraciət...

Sosial şəbəkələrdə 9 fevral 2020-ci il tarixində Azərbaycanda keçirilən növbədənkənar parlament seçkiləri zamanı baş vermiş bir sıra neqativ halları əks etdirən video və foto görüntülər paylaşılır. Görüntülərdə sözügedən qanunsuzluqların baş verməsində bəzi dövlət müəssisələrinin işçilərinin, o cümlədən müəllimlərin də iştirak etdiyi əks olunur.

307 saylı məktəbin müəllimi Aynurə Abdullayeva sosial şəbəkələrdə müəllimlərə qarşı olan ağır ittihamlarla bağlı özünün “feysbuk”dakı hesabından nazirliyə müraciət ünvanlayıb.

Təhsil Nazirliyi, tutdurun hamımızı, daha bizi söyməsinlər, bəlkə bu xəcalətdən qurtaraq. Mövqe qoyun ortaya, müəllimlərin nüfuzunu xilas edin. Seçkilər məktəblərdə təşkil olunsa da, muəllimlər komissiya üzvləri olmasın.

Mən məktəbdə işə başlayandan az maaş səbəbilə ən az iki işlə məşğul olmuşam, dostlarım bilir. Hələ mənlə zarafat edirdilər ki, axşam filan yerdə gözətçi işi var, bəlkə sənə maraqlı olar.

Deməyim odur ki, nə iş görsəm də, ozümü müəllim olaraq təqdim etmişəm. İndi utanıram, həm də çox utanıram. Əminəm ki, mənim vəziyyətimdə olan çox müəllim var. Bizi seçki tamaşasına qatmağa icazə verməyin, özümüz yox deyə bilmirik. Çünki əziyik, mütiyik, hüquq və vəzifələrimizi hələ anlamamışıq.

Bu ölkədə müəllimdən tələb olunan loyallıq, məsuliyyət, hesabatlılıq məmur və deputatlardan tələb olunsaydı indi normal şərtlərlə həyatımıza davam edirdik.

Müəllimin nüfuzu Təhsil Nazirliyinin nüfuzudur. Bu işlər sosial çarx çəkməklə, ixtisası seçənlərə təqaüd verməklə olmur. Müəllimi seçkidən uzaq tutun”,- deyə A.Abdullayeva bildirib.(pravda.az)

pia.az


Etiket: müəəlim nazir


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Atalar və mandatlı övladlar… – Bu adamlar YAP-ın siyahısına necə düşür?

UEFA Konfrans Liqası: "Sabah" səfərdə qalib gəlib - Yenilənib

Keçmiş deputatın oğlu qohumlarını və işçilərini DSK-nın qarşısına toplayıb qalmaqal yaratdı

Ağadadaş Ağayevlə mühafizəçi haqqında qərar verildi

Emin Ağalarovun “Sea-Breeze”dəki evinin görüntüləri

Ağadadaş Ağayevin balta atdığı qadın ilk dəfə danışdı - Video

Azərbaycanda bir bankın lisenziyası ləğv edildi

Xanlar Fətiyev haqqında sensasion faktlar: Sabiq deputat külli miqdarda vəsaiti ölkədən necə çıxarıb?

Ən çox oxunanalar