Şənbə, 17 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyənin ən böyük hərbi gəmisi təqdim edilib

Türkiyə tarixinin müdafiə sənayesi üzrə ən böyük layihəsi olan "Çoxməqsədli amfibiya hücum gəmisi (LHD)" çərçivəsində inşa edilən "TCG Anadolu" ictimaiyyətə təqdim edilib...

PİA.az AZƏRTAC-a istinadən bildirir ki, inşası davam edən konfiqurasiya oluna bilən çoxməqsədli amfibiya hücum gəmisinin bu ilin sonunda Türkiyənin Hərbi Dəniz Qüvvələrinə təhvil verilməsi planlaşdırılır.

Tam yüklənmə qabiliyyəti 27 min 436 ton olan dəniz vasitəsinin uzunluğu 231, eni isə 32 metrdir. "TCG Anadolu" Egey, Qara və Aralıq dənizlərinin əməliyyat bölgələri, lazım gəldiyi təqdirdə Hind və Atlantik okeanlarında da istifadə ediləcək.

Təqdimetmə mərasimində çıxış edən Türkiyənin müdafiə sənayesinin rəhbəri professor İsmail Demir bildirib ki, gəmidəki silah, radar və elektron döyüş sistemləri, eləcə də avionik sistemlər yerli və milli sənaye istehsalıdır.

Qeyd edilib ki, gəmi zəruri hallarda təbii fəlakətlərə yardım missiyaları çərçivəsində, eləcə də tam təchiz olunmuş xəstəxana və əməliyyat otağı imkanları ilə tibbi dəstək üçün də istifadə edilə bilər. 2019-cu ilin may ayında suya endirilən gəmidə 2022-ci ilin iyun ayından etibarən dəniz qəbulu sınaqlarına başlanılıb və bu sınaqlar hələ də davam edir.

pia.az 


Etiket: Hərbi gəmi


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Keçmiş diplomatlardan ibarət şəbəkə ifşa olunub - Yeni faktlar

Tovuzlu sahibkar: " Bir çarəm qalır, fəaliyyətimi dayandırmaq" - Video

Xalq artisti Cahangir Novruzovun Ankarada 70 illik yubileyi keçirilib

Kəlbəcərdə qardaşları ilə birlikdə itkin düşən Təranə Zeynalovanın qan donduran hekayəsi - Video

Sırski: Ukrayna ordusu Kursk vilayətində daha 1-3 km irəliləyib

Bakıda və Abşeronda süxurun qanunsuz daşınması faktı aşkarlandı

55 nəfərin zəhərləndiyi toyun keçirildiyi restoran sahibi danışdı

Ukrayna Kurskda körpünü vurdu, 700 rus hərbçisi mühasirədə qalıb

Bayden namizədlikdən imtina etdikdən sonra ilk dəfə Harrislə mitinqdə iştirak edib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay