Şənbə, 07 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyədə iğtişaşlara çağırış - Bunu hətta ana müxalifət partiyasının sədri də etdi

Politoloq: “Kamal Kılıcdaroğlunun və Fateh Portakalın çağırışları bələdiyyə seçkiləri öncəsində AKP-nin təbliğat kampaniyasını zəiflətmək məqsədi daşıyır”

“İnanmıram ABŞ-ın layihəsi olan “sarı jiletlilər” layihəsi Türkiyədə də tətbiq olunsun. Çünki “sarı jiletlilər” üsyanının əsas hədəfi Avropa ordusu ideyasının ortadan qalxmasıdır”.

Bu sözləri Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə Türkiyədə iğtişaşlara çağırışları PİA.az-a şərh edərkən bildirib.

Son günlər Fransada baş verən iğtişaşlar Türkiyə gündəminə də sirayət edib. Hazırda bələdiyyə seçkiləri ilə bağlı aparılan təbliğat kampaniyasının qızışdığı bir vaxtda Türkiyədə də insanların küçələrə tökülməsi üçün çağırışlar edilməyə başlayıb. Belə çağırışlardan biri önəmli siyasi fiqurların birinin dilindən, Türkiyənin ana müxalifət partyasının sədri Kamal Kılıcdaroğlu tərəfindən səsləndirilib. Həmkarlar ittifaqları ilə görüşündə CHP lideri işçiləri küçələrə çıxıb haqlarını qorumağa çağırıb. Faktiki olaraq, bu çıxışında Kılıcdaroğlu fəhlələri meydanlara çağırmaqla yanaşı, onları iğtişaşalara da dəvət edib.

Kılıcdaroğluyla eyni vaxtda başqa bir məşhur sima tərəfindən də meydanlara çağırış eşidilib. Türkiyənin FOX TV kanalının məşhur aparıcısı Fateh Portakal da eynilə ana müxalifət partiyasının sədri kimi insanları küçələrə çıxmağa səsləyib.

Bu çağırışların ardından isə Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalı yazılı açıqlama yayaraq bu tipli çağırışları sərt bir şəkildə qınayıb. ““Sarı jiletlilər”in terrorunu təkrar etmək istəyənlər bunun cəzasını ən ağır şəkildə ödəyəcəklər”, deyə MHP lideri xəbərdarlıq edib.

PİA.az-ın əməkdaşı Türkiyədəki seçki öncəsi mühit və sözügedən çağırışlarla bağlı Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadənin fikirlərini öyrənib.

Məhəmməd Əsədullazadə: “Görünür, Klıçdaroğlu “sarı jiletlilər”in üsyanını Türkiyədə yayılmsasında öz siyasi məqsədləri üçün faydalanmağı planlayır”.

Kılıçdaroğlunun “sarı jiletlilər”in üsyanının Türkiyədə yayılmasında öz siyasi məqsədləri üçün faydalanmağı planladığını bildirən politoloq PİA.az-a açıqlamasında “sarı jiletlilər” üsyanının geniş şəkildə Türkiyəyə sıçrayacağını zənn etmədiyini bildirib:

“Fransada yanacağın qiymətinin artması ilə başlanan etirazlar dalğası bu gün göründüyü kimi Avropanın siyasi gündəmini zəbt edib. “Sarı jiletlilər” adlanan bu etirazlar Fransadan digər ölkələrə yayılması onu deməyə əsas verir ki, bu aksiyalar müəyyən mərkəzlər tərəfindən təşkil edilir. Fransada baş verən bu etirazların Türkiyədə təşkil edilməsi, əsasən Ərdoğan hakmiyyətini hədəfə almağı planlayır.

Lakin birbaşa ana müxalifət partiyası CHP-nin lideri Kamal Kılıcdaroğlunun dililndən fəhlələrin küçələrə çıxmasına çağrış edilməsi hər şeydən əvvəl hazırda Türkiyədə bələdiyyə seçkilərinin vüsət götürməsi ilə əlaqələndirirəm. Düşünürəm ki, CHP sədrinin fəhlələrə dəstək verməsi, onları öz haqları uğrunda mübarizəyə səsləməsi əsasən Türkiyədə yaxınlaşan bələdiyyə seçkilərində iqtidarın zəiflədilməsinə hesablanıb.

Fox TV-nin aparıcısının da eyni çağırışı onun Ərdoğan hakimiyyətinə qarşı münasibətinin birmənalı olmaması, bu etirazların baş verəcəyi təqdirdə iqtidarın zəifləməsi gözləntisindən qaynaqalanır. Bilirik ki, Fateh Portakal Ərdoğanın ən qızğın müxaliflərindən biridir və o, öz proqramlarında davamlı olaraq Ərdoğanın yürütdüyü siyasəti kəskin tənqid edir. Hesab edirəm ki, Fateh Portakalın çağırışları da bələdiyyə seçkiləri öncəsi AKP-nin təbliğat kampaniyasını zəiflətmək məqsədi daşıyır.

Qeyd edim ki, Türkiyədə bələdiyyə seçkiləri ölkənin siyasi sferasında önəmli hadisədir. Bu seçkilərdə qazanan partiya birbaşa növbəti seçkilərdə hakmiyyətə gələ bilər. Hər şeydən əvvəl söhbət ölkənin aparıcı və böyük şəhərlərində idaretməni götürməkdən gedir. Yəni bələdiyyə seçkiləri parlament seçkilərindən heç də önəmsiz deyil, hətta bəzi hallarda daha əhəmiyyətlidir. Hazırda isə uzun illərdən sonra İstanbul və Ankara kimi çöx önəmli şəhəlrlərdə müxalifətin qələbə qazanmaq ehtimalı var.

Məhəmməd Əsədullazadə: “Ərdoğan Kılıçdaroğluna bu çağırışı bağışlamayacaq. Yaxın günlərdə siyasi gündəmdə biz Ərdoğanla Klıçdaroğlunun sərt “sarı jiletlilər” siyasi ritorikasının şahidi olacağıq”.

Görünür, Klıçdaroğlu “sarı jiletlilər”in üsyanının Türkiyədə yayılmasında öz siyasi məqsədləri üçün faydalanmağı planlayır. “Sarı jiletlilər” aksiyası gördüyümüz kimi, dinc etiraz nümayişləri deyil, birbaşa siyasi hakmiyyətlərə təzyiq etmək və devirmək üçün təşkil edilib. Hesab edirəm ki, Ərdoğan Kılıçdaroğluna bu çağırışı bağışlamayacaq. Yaxın günlərdə siyasi gündəmdə biz Ərdoğanla Klıçdaroğlunun sərt “sarı jiletlilər” siyasi ritorikasının şahidi olacağıq.

Amma mən “sarı jiletlilər” üsyanının geniş şəkildə Türkiyəyə sıçrayacağını zənn etmirəm. İnanmıram ABŞ-ın layihəsi olan “sarı jiletlilər” layihəsi Türkiyədə də tətbiq olunsun. Çünki “sarı jiletlilər” üsyanının əsas hədəfi Avropa ordusu ideyasının ortadan qalxmasıdır.

Makronun Avropa ordusu yaratmaq ideyası, ABŞ-a meydan oxumasından sonra, Vaşinqtonun və Soros Fondunun bu tipli iğtişaşlar təşkil etməsi gözlənilən idi. ABŞ bu üsyanla Avropadakı güclü hakimiyyətləri zəiflədib daha çox özündən asılı vəziyyətə gətirməyə çalışır”.

Nərminə UMUDLU
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Politoloq: Azərbaycan Rusiyaya ciddi nota verməlidir...

Prezident İlham Əliyev İtaliyada Beynəlxalq Çernobbio Forumunda çıxış edib - Yenilənib

Azərbaycanda bu şəxsləri 5 il həbs cəzası gözləyir - Xəbərdarlıq

Anar Məmmədovla bağlı ilginc iddia - Trampın seçkisinə...

İran “Zəngəzur dəhlizi”nin açılmasını imkansız edən gücə sahibdir?

Bakıda satışa çıxarılan məşhur bina 2.5 milyon manat ucuzlaşdı

Əbülfəs Qarayevin qızının Rusiyadakı şirkətinin gəlirləri azalıb

Azərbaycan Ordusunun hərbçisi odlu silahla özünü öldürüb

Mehriban Ələkbərzadə Corc Qafarovu işdən çıxardı

Taleh Qaraşovun rəhbərlik etdiyi qurumun 730 minlik tenderi ləğv edildi

Ən çox oxunanalar