Cümə axşamı, 15 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyə seçkilərindən erməni məyusluğu...

Karo Paylanın: Türkiyədə seçkilər erməni icmasının gözləntilərini doğrultmadı...

Erməni əsilli Türkiyə deputat Karo Paylan sosial şəbəkələrdə Türkiyədə keçirilən seçkilərin birinci turunun nəticələrindən məyus olduğunu və Rəcəb Ərdoğanın qalib gələcəyi təqdirdə Ermənistanla münasibətlərin normallaşmasının daha da mürəkkəbləşəcəyini qeyd edib.

Poliqon xəbər verir ki, o, bu barədə “Armenpress” Agentliyinə müsahibəsində bildirib. Paylan deyir ki, son seçkilərin nəticələri erməni ictimaiyyətinin gözləntilərini doğrultmayıb.

"Türkiyə erməniləri qorxu içindədir. 2015-ci ilə qədər problemlərimizi danışırdıq, indi isə ermənilər susur. Biz bu seçkilər nəticəsində dəyişikliklərə ümid edirdik, amma bu baş vermədi. Təəssüf ki, bu müddət ərzində Ərdoğanın səsləri daha da artacaq və ermənilərin səsi eşidilməyəcək”, deyə Paylan bildirib.

Erməni deputatın fikrincə, Ərdoğanın qələbəsi Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması prosesinə müsbət təsir göstərə bilməz.

“Biz Ankaranı İrəvanla sülh yaratmağa inandırmaq üçün səylərimizi əsirgəməməliyik”, deyə o, vurğulayıb.

Paylan hesab edir ki, Türkiyədə demokratiyanı inkişaf etdirmək lazımdır, çünki yalnız bu halda qonşu dövlətlərlə problemləri həll etmək mümkün olacaq.

Xatırladaq ki, Türkiyə ilə Ermənistan arasında diplomatik əlaqələr yoxdur, iki ölkə arasında sərhəd 1993-cü ildən Ankaranın təşəbbüsü ilə bağlıdır. Ölkələr arasında münasibətlərin çətinləşməsinə bir sıra hallar, xüsusən də Ankaranın Qarabağ problemində Azərbaycanın mövqeyini dəstəkləməsi və Osmanlı İmperiyasında qondarma “erməni soyqırımı”nın beynəlxalq səviyyədə tanınması prosesinə Türkiyənin kəskin reaksiyası səbəb olur.

Bununla belə, 2021-ci ilin dekabrından etibarən tərəflər xüsusi nümayəndələr təyin etməklə normallaşma üzrə danışıqlar prosesinə başlayıblar. 2022-ci ilin oktyabrında Ermənistanın Baş naziri Türkiyə prezidenti ilə görüşüb. Və bu ilin fevralında xarici işlər naziri Ararat Mirzoyan Ankaraya səfər edib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata malı kimi talanan İttifaq, satılan "Məhsul" stadionu, ailə biznesi... - Möhbalıyevin "sərgüzəştləri"

Cəlilabadda su quyusuna düşən ata ilə qızının meyiti çıxarılıb - Yenilənib

Seçicilər Ülvi Quliyevlə görüşmək istəmirlər, çünki… 

Prezident Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarını və onların məşqçilərini qəbul edib - Yenilənib

Fəzail İbrahimli Göytəpədə seçicilərlə görüşüb - Fotolar 

Rafael Hüseynov Rəncbərdə seçicilərlə görüşüb - Fotolar 

Dövlət Agentliyi: Bakıda suyun bütün evlərə gəlib çatmasında problemlər var

Ərdoğan məmurlara çağırış edib: Yorulmusunuzsa, istefa verin

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay