Çərşənbə axşamı, 03 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyə-Rusiya-İsrail üçbucağı, Şərqi Aralıq dənizi və imkanlar

Çoxqütblülük tətbiq edildikcə, ABŞ və müttəfiqləri dünyanın müxtəlif yerlərində güclərini itirirlər...

Onur Sinan Güzaltan
“Aydınlık” qəzeti, Türkiyə, 25 aprel 2022-ci il

Rusiyanın Ukraynaya müdaxiləsinin təsirləri bütün dünyada olduğu kimi Şərqi Aralıq dənizində də hiss olunur. Rusiya-Avropa münasibətlərinin qopması ilə formalaşan balans region ölkələrini yeni seçimlər qarşısında qoyur.

Şərqi Aralıq dənizində yeni vəziyyət

Ukrayna müharibəsinin əvvəlində Təl-Əvivin anti-Rusiya sanksiyalarında iştirakdan imtina etməsi ilə Rusiya və İsrail arasında münasibətlər müsbət yola girsə də, İsrailin bu prosesdə Rusiya siyasətini dəyişməsi ilə vəziyyət gərginləşib. Gərginliyin səbəbi kimi İsrailin beynəlxalq səviyyədə Ukraynaya dəstəyi (İsrailin Rusiyanın Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Şurasına üzvlüyünün dayandırılmasına dəstək verməsi, İsrail Xarici İşlər Nazirliyinin Rusiyanın Ukraynaya müdaxiləsi ilə bağlı sərt bəyanatları və İsraildən Ukraynaya silah daşınması iddiaları) gündəmə gətirilir.

Amma arxa planda İsrailin Ukrayna müharibəsindən istifadə edərək Şərqi Aralıq dənizi ilə Avropa arasında Rusiya qazına alternativ enerji dəhlizi yaratmaq üçün sürətləndirən layihəsi var. İsrailin Türkiyə ilə münasibətlərini normallaşdırmaq üçün addımlar atmasının arxasında enerji məsələsi dayanır. Layihənin məqsədi İsrail qazını Türkiyə üzərindən Avropaya nəql etməkdir.

Türkiyə və İsrail rəsmilərinin açıqlamaları da bu layihəni təsdiqləyir. Energetika naziri Fatih Dönməz İsrail qazının Türkiyə üzərindən Avropaya nəqli ilə bağlı belə bir açıqlamalar verib: “Bizim torpaqlarımızda artıq milli ötürmə sistemimiz var. İsrail qazının bir hissəsi bu xətlərlə asanlıqla ötürülə bilər. Amma gələcəkdə daha böyük həcmdə nəql olunacağı nəzərə alınarsa, əlavə boru kəmərlərinin çəkilməsi lazım gələ bilər. Amma ilk növbədə biz oradan gələ biləcək qazı həm ölkə daxilində, həm də xaricə asanlıqla nəql edə bilərik”.

İsrailin Avropa Birliyi və İordaniyadakı keçmiş səfiri Oded Eran Türkiyə-İsrail arasında mümkün enerji sövdələşməsi ilə bağlı aşağıdakı qiymətləndirmələri aparıb: “Rusiya-Ukrayna böhranı və Rusiyaya qarşı sanksiyalar Türkiyə variantını yenidən gündəmə gətirdi. Bu sahədə Türkiyə ilə Şərqi Aralıq dənizində təbii qaz hasil edən ölkələr arasında əməkdaşlıq bütün tərəflərə fayda verəcək”.

Mətbuatda bu məsələnin prezident Ərdoğanla israilli həmkarı Hersoq arasında keçirilən görüşdə də müzakirə olunduğu və İsrail tərəfinin Leviafhan və Tamar təbii qazından çıxarılacaq qazın nəqli ilə bağlı Ankaraya dosye təqdim etdiyi bildirilib. Bu hadisələrlə paralel olaraq prezident Ərdoğanın İrana planlaşdırılan səfərinin də ləğv edildiyini qeyd etmək yerinə düşər.

İsrail vacibidirmi?

İndiyə qədər Moskvanın Ukrayna böhranı ilə bağlı İsrailin atdığı addımlara reaksiyası: Xarici İşlər Nazirliyi vasitəsilə qınayan bəyanatları, Fələstin rəsmiləri, xüsusilə FƏTH və HƏMAS təşkilatları ilə təmasların intensivləşdirilməsi, Qüdsdəki Aleksandr Nevski kilsəsinin mülkiyyətinin Moskvaya verilməsi yönündə çağırışlar olub.

Lakin İsrailin mənfi münasibəti davam edərsə, Moskvanın Suriyaİranla münasibətləri ilə Təl-Əvivə cavab verməsi mümkün görünür. Digər tərəfdən Türkiyə Şərqi Aralıq dənizində Liviya-Misir-Fələstin-Livan və Suriya variantlarına baxmayaraq, bütün bölgədə Türkiyənin maraqlarına zidd siyasətlər aparan İsraillə normallaşma masasına oturur.

Keçmişdə olduğu kimi, sanki, İsrail əvəzolunmaz məhək daşı imiş kimi addımlar atılmağa davam edir. Bununla belə, dünya yeni vəziyyətdədir. Çoxqütblülük tətbiq edildikcə, ABŞ və müttəfiqləri dünyanın müxtəlif yerlərində güclərini itirirlər. Buraya Şərqi Aralıq dənizi coğrafiyası, o cümlədən Qərbi Asiya və İsrail daxildir. Yeni vəziyyət yeni siyasətlərin işlənib hazırlanması üçün imkanlar təqdim edir.

Bu görünüşün fonunda İsrailin Ukrayna müharibəsindən istifadə edərək Şərqi Aralıq dənizi ilə Avropa arasında Rusiya qazına alternativ enerji dəhlizi yaratmaq layihəsini sürətləndirməsi diqqət çəkir.

İmkanlar və addımlar

Qısaca desək:

1. Enerji məsələsində Rusiyanın Türkiyəyə qarşı atacağı müsbət addımlar ABŞ-İsrail düşərgəsinin enerji məsələsində Ankara-Moskva münasibətlərini zəiflətmək cəhdlərinin qarşısını alacaq.

2. Ankara-Qahirə münasibətlərinin yaxşılaşması regionun xeyrinədir. Hər iki ölkə ilə yaxşı münasibətləri olan Moskva bu prosesdə müsbət rol oynaya bilər. Ankara-Moskva-Qahirə arasında qurulacaq xətt ABŞ-İsrail düşərgəsinin bölgədəki təsirini tarazlaşdıracaq.

3. Həftarın itirilməsindən sonra Liviyada yeni vəziyyət yarandı. Ölkəyə təsiri olan Türkiyə və Rusiya Liviya probleminin həllində birgə hərəkət edə bilər.

4. Fələstində Türkiyənin HƏMAS-a, Rusiyanın isə FƏTH-ə təsiri var. Ankara və Moskvanın Fələstində birgə hərəkəti ABŞ-ın İsrail vasitəsilə bölgəyə nüfuz etmək cəhdlərini də məhdudlaşdıracaq.

Bu istiqamətdə atılacaq addımlar İsraili ABŞ-ın xəttindən uzaqlaşaraq region ölkələri ilə uyğun hərəkət etməyə məcbur edəcək.

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məktəb direktoru işçisini şantaj etdi, bıçaqlandı: Astarada baş verən cinayətin təfərrüatı açıqlandı

Müşahidəçinin boğazından yapışan Eldar Tağıyev danışdı

Prezident və birinci xanım Kəlbəcərdə “Yuxarı Vəng” Su Elektrik Stansiyasının açılışında iştirak ediblər - Yenilənib

Prezident Kəlbəcər şəhərində 524 ailəlik yaşayış kompleksinin tikintisi ilə tanış olub - Yenilənib

Prezident İlham Əliyev Kəlbəcər rayonunun İstisu qəsəbəsinin təməlini qoyub - Yenilənib

Bakıda ata imtahanda bal toplaya bilməyən oğlundan polisə şikayət etdi

Prezident və birinci xanım Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunda görülən işlərlə tanış olublar -Yenilənib

Tovuzda baş qəzada xəsarət alanların kimliyi məlum olub - Yenilənib

Prezident İlham Əliyev və Mehriban Əliyeva Kəlbəcər sakinləri ilə görüşüblər

Ən çox oxunanalar