Cümə axşamı, 18 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyə Prezident Administrasiyasının Milli Kitabxanasında İlham Əliyevə həsr olunmuş kitabın təqdimatı keçirilib - Yenilənib

Azərbaycanın Türkiyədəki səfirliyi, Türkiyənin Milli Müdafiə Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Türkiyə Prezident Administrasiyasının Millət Kitabxanasında “Vətən müharibəsi tarixi. Şəxsiyyət faktoru” kitabının təqdimat mərasimi keçirilib...

Bu barədə PİA.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

“Qarabağ Azərbaycandır!” şüarı altında təşkil olunan mərasimdə Azərbaycan və Türkiyənin müdafiə nazirləri, Silahlı Qüvvələrinin komandanları, səfirlər, beynəlxalq təşkilatların təmsilçiləri, millət vəkilləri, tanınmış alimlər, kursantlar, qardaş ölkədə yaşayan və çalışan azərbaycanlılar iştirak ediblər.

Əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib.

Rəsmi hissədə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun, Türkiyənin milli müdafiə naziri Hulusi Akarın və AMEA-nın Tarix İnstitutunun baş direktoru professor Kərim Şükürovun çıxışları dinlənilib.

Ümummilli Lider Heydər Əliyevin zəngin mənalı həyat və fəaliyyətini, Azərbaycan-Türkiyə qardaşlığını, Qarabağ zəfərini əks etdirən film nümayiş olunub.

Mərasim zəngin bədii proqramla davam edib.

Qeyd edək ki, “Vətən müharibəsi tarixi. Şəxsiyyət faktoru” kitabı Bakı Şəhər İcra Hakimiyyəti ilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.A.Bakıxanov adına Tarix İnstitutunun birgə nəşridir.

***

Türkiyə Prezident Administrasiyasının Milli Kitabxanasında Azərbaycan Prezidenti İlham Əliyevə həsr olunmuş “Vətən müharibəsi tarixi: Şəxsiyyət faktoru” kitabının təqdimat mərasimi keçirilir.

“Report”un Ankara bürosunun məlumatına görə, tədbirdə Azərbaycanın müdafiə naziri Zakir Həsənov, Türkiyənin milli müdafiə naziri Hulusi Akar və digər rəsmilər iştirak edir.

Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov kitab haqqında məlumat verərək bildirib ki, onun müəlliflərindən biri tədbirdə iştirak edən nazir Zakir Həsənovdur:

“Savaşdan sonra tarix yazılır, zəfər çalmış fateh komandanlar haqqında da dastanlar yazılır. Zəfərlə bitən Qarabağ savaşından cəmi iki il keçməsinə baxmayaraq, cənab Prezidentimiz İlham Əliyev haqqında da kitablar yazılır. Bu gün yazılmış o dastanlardan birinin Türkiyə türkcəsində olan variantının təqdimatı üçün buraya toplanmışıq”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Birlikdə özlərini meşədə asan boşanmış qadının və 11 yaş kiçik sevgilisinin fotoları - Video, Yenilənib

YAP İdarə Heyətinin iclası bitib, bütün seçki dairələrindən namizədlər irəli sürülüb - Yenilənib

Bu deputatların da adı YAP-ın siyahısında yoxdur 

YAP-ın deputatlığa namizədləri açıqlanıb – Siyahı

Benzinə görə bu maşınların qiyməti dəyişdi - Maşın bazarında son vəziyyət

Prezident Cəbrayıl, Qubadlı və Zəngilandakı xüsusi nümayəndəsinə müavin təyin edib

Bayden prezidentlik yarışından geri çəkiləcəyini istisna etməyib

ABŞ mediası Qarabağ müharibəsini Ukraynadakı münaqişə ilə müqayisə edib

Sabir Rüstəmxanlı və İqbal Ağazadə deputatlığa namizədliyini verməyəcək

Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməliyyat qurumları 25 şəxsi cinayət başında yaxalayıb

Ən çox oxunanalar