Çərşənbə, 17 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakı-Quba yolunun ödənişli hissəsində xüsusi çip yerləşdirilmiş kartlardan istifadəyə başlanılır

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli avtomobil yolunda sürətli keçid zolağı sürücülərə ödəniş məntəqələrində sürəti endirmədən və dayanmadan keçməyə imkan verir. Bunun üçün sürücüdə öncədən əldə edilən TEQ (xüsusi çipli kart) və yetərli ödəniş balansının olması kifayətdir. Dayanmadan keçidi təmin edən zolaqlarda ən son texnoloji standartlara uyğun xüsusi nömrəoxuma kameraları, təhlükəsizlik kameraları, avtomobilləri klassifikasiya etməyə imkan verən avadanlıqlar və digər innovativ texnoloji avadanlıqlar quraşdırılıb.

Bu barədə AZƏRTAC-a açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Analitik İnformasiya Mərkəzinin İnformasiya Texnologiyaları üzrə şöbə rəisi Rizvan Mansurov bildirib.

Onun sözlərinə görə, dayanmadan keçid zolaqları ödənişli yolun yalnız başlanğıc və son nöqtəsində, yəni Yaşma və Xaçmaz (SDK) məntəqələrində mövcuddur.

"Yolun Giləzi, Siyəzən, Gəndov və Xaçmaz yaşayış məntəqələrinə birləşən yolların girişində inşa edilmiş məntəqələrdə isə yalnız hibrid keçid zolaqları qurulub ki, bu keçid formasından istifadə üçün qeyd edilən satış nöqtələrindən TEQ əldə etmək lazımdır. Yaxın gələcəkdə "MilliÖn" ödəniş terminallarından ödəniş forması da əlçatan olacaq. Qeyd edilən ödəniş üçün keçid məntəqələri "MilliÖn" terminalları ilə təchiz edilib. Eyni zamanda, bəhs olunan ödəniş forması həm yerli, həm də əcnəbi vətəndaşların istifadəsi üçün əlçatandır", - deyə şöbə rəisi vurğulayıb.

Rizvan Mansurov bildirib ki, ödənişli yoldan istifadə tarifləri yeni müəyyən olunduğu üçün həmin tariflərin ödəniş sistemində inteqrasiyası həyata keçirilir:

"Hazırda yoldan istifadə üçün keçid məntəqələrinə yaxınlaşaraq nağdsız şəkildə (yalnız bank kartları ilə) ödəniş edərək yoldan istifadə etmək mümkündür. İnteqrasiya yekunlaşdıqdan sonra ödəniş sisteminin proqram təminatı test ediləcək. Sınaqlar başa çatdıqdan sonra yol ümumi istifadəyə veriləcək. Qeyd olunan işlərin qısa müddət ərzində yekunlaşdırılması nəzərdə tutulur. Gediş üçün ödənişin məbləği nəqliyyat vasitəsinin qət etdiyi məsafə, çəkisi, eyni zamanda avtomobil yolunun dərəcəsi nəzərə alınmaqla müəyyənləşdirilib. Bütün məntəqələrdə qabaqcıl texnoloji qurğular və təhlükəsizliyi təmin etmək üçün xüsusi nəzarət kameraları quraşdırılıb. Həmçinin, çəkiyə nəzarət və yolun dayanıqlılığını təmin etmək məqsədilə elektron tərəzi sistemi də mövcuddur".

Rizvan Mansurovun sözlərinə görə, müasir avadanlıqlarla təchiz olunmuş ödənişli yol sistemi, istifadəçilərin rahatlıq, güvənlilik və vaxta qənaət baxımından üstünlüyü ilə seçilən bir yol sistemidir.

"TEQ balansının artırılması üçün ödənişlər nağdsız formada yola aid www.tollroad.az saytı və ya TEQ satış nöqtələrində (Bakı, Sumqayıt 2 saylı, Quba "ASAN xidmət" mərkəzləri, Bakı-Quba Rusiya magistralında 45-ci km, SDK keçid məntəqəsi) həyata keçirilə bilər. Eyni zamanda, yeniliklər barədə ödənişli yolun rəsmi saytı olan www.tollroad.az-a daxil olaraq daha ətraflı məlumat almaq olar", - deyə Rizvan Mansurov söyləyib.

Ödənişli yolda artıq vətəndaşlara xidmət üçün evakuator xidməti də fəaliyyət göstərir.

Poliqon.info

 

 


Etiket: Bakı-Quba yolu


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda tanınmış idmançı 27 yaşında vəfat etdi -Fotolar

Bu ölkədə istilərə görə gündüz işləmək qadağan edildi

Ruslar Rusiyadan qaçır: Hansı ölkələrə üz tuturlar?

YAP İdarə Heyətinin iclası bitib, bütün seçki dairələrindən namizədlər irəli sürülüb - Yenilənib

Xankəndidə İqtisadi məsələlər üzrə İşçi Qrupunun növbəti iclası keçirilib

Çempionlar Liqası: "Qarabağ"ın II təsnifat mərhələsindəki rəqibi dəqiqləşib

Sabah Astara və Lənkəranın bəzi ərazilərində qazın verilişi dayandırılacaq

Ermənipərəst Menendes federal məhkəmə tərəfindən bütün maddələr üzrə təqsirli bilinib

Azərbaycanda dəhşət: Bir il əvvəl itkin düşən şəxs sevgilisi ilə birlikdə intihar edibmiş

Ən çox oxunanalar