Şənbə, 07 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyə Böyük Millət Məclisi Azərbaycana dəstək açıqlaması yaydı

Türkiyə Böyük Millət Məclisi son günlər Ermənistanın Azərbaycanın Tovuz rayonu ilə sərhədində hücum cəhdləri ilə bağlı açıqlama yayıb.

“Report” bu ölkənin mətbuatına istinadən xəbər verir ki, açıqlama Türkiyə parlamentində təmsil olunan dörd siyasi təşkilat - hakim Ədalət və İnkişaf Partiyası (AKP), Milliyyətçi Hərəkat Partiyası (MHP), Cümhuriyyət Xalq Partiyası (ÇHP) və İYİ Partiya tərəfindən qəbul olunub.

"Türkiyə Böyük Millət Məclisi olaraq Ermənistan Silahlı Qüvvələrinin 12 iyuldan başlayaraq Azərbaycanın Tovuz rayonuna hücumunu qəti şəkildə pisləyirik”, - deyə qeyd edilir.

Açıqlamada Ermənistanın təhlükəli yolda olduğu vurğulanır. Qeyd edilir ki, Azərbaycanın Dağlıq Qarabağ ərazisini illərdir işğal altında saxlayan Ermənistanın hücumu Cənubi Qafqazda daimi sülhə əngəldir. Partiyalar Ermənistanın bu davranışını beynəlxalq hüquqa zidd adlandırıblar və beynəlxalq ictimaiyyəti işğalçı ölkəyə lazımi reaksiya verməyə çağırıblar.

Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri və ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həllinə dəstəyimizi təkrar edirik”, - deyə Ədalət və İnkişaf Partiyası (AKP), Milliyyətçi Hərəkat Partiyası (MHP), Cümhuriyyət Xalq Partiyası (ÇHP) və İYİ Partiyanın birgə açıqlamasında vurğulanır

pia.az 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev İtaliyada Beynəlxalq Çernobbio Forumunda çıxış edib - Yenilənib

Politoloq: Azərbaycan Rusiyaya ciddi nota verməlidir...

Azərbaycanda bu şəxsləri 5 il həbs cəzası gözləyir - Xəbərdarlıq

Anar Məmmədovla bağlı ilginc iddia - Trampın seçkisinə...

Bakıda satışa çıxarılan məşhur bina 2.5 milyon manat ucuzlaşdı

İran “Zəngəzur dəhlizi”nin açılmasını imkansız edən gücə sahibdir?

Əbülfəs Qarayevin qızının Rusiyadakı şirkətinin gəlirləri azalıb

Taleh Qaraşovun rəhbərlik etdiyi qurumun 730 minlik tenderi ləğv edildi

Azərbaycan Ordusunun hərbçisi odlu silahla özünü öldürüb

Ən çox oxunanalar