Şənbə, 07 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Turan ellər” uyğurlara dəstək çıxan İsveç müğənnisindən ibrət götürəcəkmi?

İsveç müğənnisi Zara Larsson Çinin uyğurlara qarşı siyasətinə etiraz olaraq “Huawei” şirkəti ilə əməkdaşlığına son qoyub.

Larsson Çinin əməllərini dəstəkləmək istəmədiyini vurğulayaraq “Huawei” ilə əməkdaşlığını dayandırdığını açıqlayıb. 22 yaşlı sənətçi bildirib ki, uyğurlara və honkonqlulara dəstək vermək istəyir, “Huawei” ilə işbirliyi şəraitində bunu edə bilməz. O, Çin şirkəti ilə anlaşmasının yanlış olduğunu söyləyib.

Zara Larsson məşhur sənətçidir, klipləri “YouTube”da yüz milyonlarla izləyici toplayır.

Bəs, “Turan ellər”in məsələyə reaksiyası nədir?

Sıfır.

Bu yaxınlarda Türkiyə Böyük Millət Məclisində uyğurların məsələsi qaldırılanda iqtidar ortağı MHP-nin qrup başqan vəkili Erkan Akçay belə cavab verdi: “Ne yapalım, Çine savaş mı açalım?..”

Türkiyə son 2 ildə Çindən, təxminən 7 milyard dollar kredit alıb. Üçüncü körpü (Sultan Səlim) və Quzey Marmara avtomobil şosesinin 51% səhmləri çinlilərə satılıb.

Gələn xəbərlər göstərir ki, Doğu Türküstanda türk-müsəlman azlıqlara qarşı təzyiqlər artıq soyqırım xarakteri almaqdadır. Təxminən 2 milyon uyğur, qazax və qırğızın kamplara doldurulduğu, bölgədə türk-islam tarixi və mədəniyyətinin izlərinin silinməsi (tarixi abidələrin, məscidlərin, məzarlıqların dağıdılması), məcburi assimilyasiya siyasəti aparılması məlum idi. İndi bunlara uyğur qadınların qısırlaşdırılması da əlavə olunub.

ABŞ-dan sonra Avropa ölkələri də səslərini ucaltmağa başlayıblar. Xüsusən Britaniya və Fransa son vaxtlar bu məsələdə xeyli aktiv görünür. Hər iki ölkənin də Çinlə milyardlarla dollarlıq ticarəti var, amma ictimaiyyət hökumətləri bu məsələyə reaksiya verməyə məcbur edir. Fransa hökuməti Doğu Türküstana beynəlxalq faktaraşdırıcı komissiya göndərilməsi təklifi ilə çıxış edib. Çin bu tip tələblərdən ciddi şəkildə qıcıqlanır və bunu öz daxili işlərinə müdaxilə sayır.

Şahin Cəfərli(dominant.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev İtaliyada Beynəlxalq Çernobbio Forumunda çıxış edib - Yenilənib

Politoloq: Azərbaycan Rusiyaya ciddi nota verməlidir...

Azərbaycanda bu şəxsləri 5 il həbs cəzası gözləyir - Xəbərdarlıq

Anar Məmmədovla bağlı ilginc iddia - Trampın seçkisinə...

Bakıda satışa çıxarılan məşhur bina 2.5 milyon manat ucuzlaşdı

İran “Zəngəzur dəhlizi”nin açılmasını imkansız edən gücə sahibdir?

Əbülfəs Qarayevin qızının Rusiyadakı şirkətinin gəlirləri azalıb

Taleh Qaraşovun rəhbərlik etdiyi qurumun 730 minlik tenderi ləğv edildi

Azərbaycan Ordusunun hərbçisi odlu silahla özünü öldürüb

Ən çox oxunanalar