Çərşənbə, 17 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tramp Ağ Evdən ayrıldıqdan sonra çıxışlarından 12 milyon dollar qazanıb...

ABŞ-ın sabiq prezidenti Tramp prezidentlik müddəti bitdikdən sonra çıxışlarından 12 milyon dollar qazanıb...

Poliqon xəbər verir ki, bu barədə The Wall Street Journal məlumat yayıb. Qəzet yazır ki, ABŞ-ın keçmiş prezidenti Donald Tramp 2021-ci ildə səlahiyyət müddəti başa çatdıqdan sonra ictimai çıxışlarından 12 milyon dollardan çox gəlir əldə edib. Nəşr bununla bağlı ABŞ Etika Departamentinin hesabatına istinad edir.

Qeyd edilir ki, Tramp belə bir məbləği nitqlərə görə qonorar şəklində, eləcə də vəzifəsini tərk etdikdən sonra xaricdəki qolf və istirahət obyektlərinin fəaliyyətindən ən azı 13 milyon ABŞ dolları qazanıb.

Nəşr bildirir ki, Tramp Ağ Evi tərk etdikdən sonra hər biri ona 150 min dollardan 2 milyon 500 min dollara qədər pul qazandıran on beş ictimai tədbir keçirib.

Bundan əlavə, Trampın özünün dediyi kimi, həyat yoldaşı Melaniya da 2021-ci ildən bəri ictimai çıxışlarından bir milyon dollardan çox qazana bilib.

Məlumatda o da qeyd olunur ki, siyasətçi gəlirinin əhəmiyyətli hissəsini xaricdəki qolf obyektlərinin işindən əldə edib. Belə ki, Aberdin şəhərində (Şotlandiya) qolf meydançası ona 7 milyon dollar, İrlandiyada bir otel və tarla isə 6,2 milyon dollar qazandırıb.

Ümumilikdə, hesabata görə, Donald Trampın sərvəti 1,5 milyard dollar qiymətləndirilir. Bu göstəriciyə görə, o, prezidentlik yarışında ən yaxın rəqibi, aktivləri 1,1 milyon dollar olan Florida qubernatoru Ron DeSantisi ciddi şəkildə qabaqlayır.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dərman monopolisti Kəmaləddin Qafarovun yeni mandat planı...

Azərbaycanda tanınmış idmançı 27 yaşında vəfat etdi -Fotolar

Bu ölkədə istilərə görə gündüz işləmək qadağan edildi

Ermənistanda təhsil və Azərbaycana qarşı ərazi iddaları...

Abdulbari Gozalin qardaşı oğlunun təsis etdiyi şirkətin 16 milyon vergi borcu var

Ruslar Rusiyadan qaçır: Hansı ölkələrə üz tuturlar?

Bakıda sürücü avtomobili ilə piyadanı vurub qaçdı - Anbaan video

Xaricdə evlənmək istəyən Azərbaycan vətəndaşlarının nəzərinə - Yeni qayda təsdiqləndi

Masallıda doğuş zamanı körpə ölümü ilə bağlı araşdırma aparılır - Yenilənib

Ən çox oxunanalar