Şənbə, 17 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tibb bacıları xəstələrə ağıllarına gələn dərmanı vururlar - İnfeksionist

"Son günlər ev şəraitində baxdığım COVİD xəstələrinin ilk həkimləri tibb bacılarıdır. Deməli 15 gün modulda işləyən tibb bacıları evdə xəstələrə ağıllarına nə dərman gəldi vururlar. Xəstələrə deyirlər ki, biz modulda hər şeyi öyrənmişik, həkimlər xəstələrə nə yazırlar biz hamısın bilirik, biz ağır xəstələri dirildirik, sizdə nə varki. Xəstələr də inanır, canların etibar edirlər tibb bacılarına. Xəstənin 10 gündür ki, yüksək qızdırması düşmür, deyirlər narahat olmayın coviddə elə belə olur".

Bu barədə infeksionist Vüqar Cavadzadə bildirib.

O qeyd edib ki, sözügedən tibb bacıları tərəfindən ehtiyac olmadığı halda xəsətələrin vena daxilinə infuziyalar yeridilir:

"El dilində desək sistemlər. Mənə sistem vur bədənim yuyulsun. Digər tərəfdən də testi pozitiv çıxan, amma heç bir klinik əlaməti olmayan şəxşlərə ilk gündən deksametazon, iki antibiotik və sair kimi preparatlar vururlar. Tibb bacılarının yeni müalicəyə başlayanda təyin etdikləri digər dərmanlar bunlardır: kalsium qlükonat, essensiale, riboksin, aktovegin. Bu dərmanları yəqin həkimlər təyin edir ki, tibb bacıları da onlara baxıb öyrənirlər".

Həkimin sözlərinə görə, COVİD-də laxtalanma artığı halda xəstələrə kalsium qlükonat vururlar ki, xəstə əziyyət çəkməsin o dünyaya daha tez getsin:

"Biz hansı dövrdə yaşayırıq ki, xəstələrə essensiale vurulur. O qədər müasir hepatoprotektorlar var ki. Yaxud da aktovegin. Elmi cəhətcə sübuta yetirilmişdir ki, bu dərmanın heç bir effekti yoxdur. Digər bir məsələ. Adam gedir aptekə deyir evdə COVİD xəstəsi var, hansı dərmanlar lazımdı verin. Aptek işcisi də yığır bahalı dərmanlardan iki çanta, deyir vurun düzələgək. Xəstə yaxını da sonda görür ki, xəstəsi ağırlaşıb, boğulur. Onda yadına düşür ki, həkimə müraciət etmək lazımdır. Həkim də gəlir baxır, görür ki, xəstənin saturasiyası düşüb, vəziyyəti ağırlaşıb. Xəstə getməlidir xəstəxanaya. Xəstə də o vaxt xəstəxanaya gedir ki, artıq iş işdən keçib. Sonra da xəstə yaxınları deyirlər ki, xəstəxanada xəstəyə baxmırlar, xəstə ölür. Anlamaq istəmirlər ki, xəstəni elə demək olar evdə öldürüb gətirmisiniz. Amma heç biri dilə gətirmir ki, xəstəni evdə əvvəl tibb bacısı müalicə edib. Sonra da deyirlər niyə bu qədər ölüm var".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

VHP-çi namizəd Gülnar Hüseynova Ucarda seçicilərlə görüşüb

Keçmiş diplomatlardan ibarət şəbəkə ifşa olunub - Yeni faktlar

Talıbovlarla bağlı sensasiya - İki deputat mandatını...

Politoloq: İranda Pezeşkianla bağlı ciddi problemlər olacaq...

Qoşqar Təhməzli istefa verməlidir – Eyyub Hüseynov

Qəbələdə toyda kütləvi zəhərlənmə olub, araşdırma aparılır - Yenilənib

Sumqayıtda mənzildə qumbara partlayıb, ölən var - Yenilənib

Ermənilərin növbəti tarix saxtakarlığı - 1828-ci ildə “Şərqi Ermənistan” olub?

Natiq Miri: Putini təcili qaydada Azərbaycana gətirəcək elə bir ciddi hadisə mövcud deyil...

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay