Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Teymur Rəcəbov: "FIDE bizi 7 günlük iş həftəsinə keçirir"

"Bir sıra ölkələrdə 4 günlük iş həftəsinə keçidin şahidi oluruq. FIDE-nin qaydalarına əsasən isə biz 7 günlük iş həftəsinə keçirik (gülür)"...

"Report"un məlumatına görə, bunu Azərbaycan şahmatçısı Teymur Rəcəbov Bakıda keçiriləcək Dünya Kubokuna həsr olunmuş mətbuat konfransında deyib.

36 yaşlı qrossmeyster bildirib ki, son vaxtlar Beynəlxalq Şahmat Federasiyasının qəbul etdiyi bir çox qərardan razı qalıb:"Burada yaxınlarım, tanışlarımla bir arada olmaq, yarışda isə daha çox irəliləmək mənə xoş olacaq. Ən çətini 1 ay eyni məkanda qalmaq olacaq. Doğma ölkəmdə bu qədər müddət qalmağı problem olaraq görmürəm. Məmnunedici faktlardan biri də azarkeşlərin sayının çox olmasıdır. Xüusilə azyaşlılar mənə yaxınlaşaraq şəkil çəkdirmək istəyirlər".

FIDE prezidenti Arkadi Dvorkoviç isə Teymurun 7 günlük iş həftəsi ilə bağlı zarafatına maraqlı cavab verib: "Şadam ki, şahmatçılar 7 günlük iş həftəsindən məmnundurlar".

Çıxışını davam etdirən Rəcəbov Dünya Kubokunun çox ağır turnir olduğunu söyləyib: "Burada kifayət qədər reytinqli şahmatçılar ilk raundlarda məğlub olublar. Kiçik səhv həlledici ola bilər. Yenidən bu titula yiyələnə bilərəmmi? İndidən bu barədə fikir bildirmək istəmirəm".

Qeyd edək ki, iyulun 30-da start götürəcək yarışda 80-dən çox ölkədən 206 kişi və 103 qadın şahmatçı mübarizə aparacaq. Görüşlər “Bulvar Marriot” otelində oynanılacaq. Yarışlar hər gün saat 15-00-da başlayacaq.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Elmar Məmmədyarov: “Elə bilirsiniz, nazir olduğum dövrdə yalnız maaşla dolanmışam?” - Video

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

Dəhşətli qəzada həlak olan qazinin görüntüsü - Yenilənib,Video,Foto

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında qalmaqal: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi    

“Xarıbülbül” festivalına Laçında yekun vurulub - Yenilənib, Foto

Talıb Talenin özündən 15 yaş kiçik nişanlısının görüntüləri yayıldı - Video

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert şərh etdi

Politoloq: İndi Ermənistan Rusiya ilə bağlı ehtiyyatlı olmalıdır...

Ən çox oxunanalar