Bazar, 30 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tərtərdə 18 oktyabr - Dövlət Müstəqilliyinin Bərpası Günü qeyd olunub - Fotolar

Tərtər Rayon İcra Hakimiyyətinin və YAP Tərtər rayon Təşkilatının birgə təşkilatçılığı ilə  18 oktyabr Dövlət  Müstəqilliyinin Bərpası Günü münasibəti ilə tədbir keçirilib.

Tədbirdə rayon icra hakimiyyətinin, YAP rayon təşkilatının  əməkdaşları, Ağsaqqqallar şurasının üzvləri, idarə, müəssisə və təşkilat rəhbərləri, inzibati ərazi dairəsi üzrə  nümayəndələr, bələdiyyə sədrləri iştirak ediblər.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Dövlət himni səsləndirilib.

Tədbirdə çıxış edənTərtər Rayon İcra Hakimiyyətinin  başçısı Müstəqim Məmmədov tədbir iştirakçılarını Müstəqilliyin bərpası Günü münasibəti ilə səmimi qəlbdən təbrik edib, onlara sağlamlıq, iş fəaliyyətlərində müvəffəqiyyətlər arzu edib.

Rayon rəhbəri  bildirib ki, Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı 1991-ci il oktyabrın 18-də qəbul edilsə də, əslində Azərbaycan özünün əsl müstəqilliyini ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra əldə etdi. Müstəqilliyinin ilk illərində ölkəmiz xeyli çətinliklərlə üzləşdi. 1993-cü ildə xalqın təkidli tələbi ilə Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev ölkəmizin müstəqilliyinin əbədi və dönməz etdi. Məhz Ümummilli Liderin zəngin siyasi təcrübəsi, yüksək idarəçilik bacarığı, Vətənə olan tükənməz sevgisi Azərbaycanın dövlət müstəqilliyini təhlükədən qurtardı. Ulu Öndər ölkədə xaos və anarxiyanı, cəmiyyətdə hökm sürən iqtisadi, siyasi və mənəvi psixoloji gərginliyi aradan qaldırdı. Müstəqil Azərbaycan Respublikası möhkəm əsaslar üzərində yeni inkişaf xəttini tutdu. Azərbaycanı müsəlman Şərqində ilk demokratik respublika olan Xalq Cümhuriyyətinin varisi elan edən ümummilli lider Heydər Əliyev müstəqilliyi qorumaq onu əldə etməkdən qat-qat çətindir məntiqi ilə nəhəng dövlət quruculuğu işlərinə başladı. Ulu Öndərin yorulmaz səyləri nəticəsində qısa müddətdə Azərbaycanın səsi ən nüfuzlu beynəlxalq təşkilatların kürsüsündən gəldi. Müstəqilliyin əvəzsiz bir nemət olduğunu və xalqın tarixi taleyində çox önəmli rol oynadığını böyük qürur hissi ilə bəyan edən Heydər Əliyev Azərbaycanın müstəqilliyini əbədi və dönməz etdi. Əsl müstəqillik isə öz sərvətlərinin tam sahibi olmaqdır. 1994-cü il sentyabrın 20-də Heydər Əliyevin müəllifi olduğu nəhəng neft müqaviləsi - “Əsrin kontraktı” imzalandı. Bununla da Azərbaycan ilk dəfə olaraq öz sərvətlərinin sahibi kimi çıxış etdi. Dünyanın aparıcı dövlətlərinin ən qabaqcıl şirkətlərinin bu kontraktda iştirakı isə ölkəmizin regionda əhəmiyyətini və nüfuzunu artırdı. 

Azərbaycan iri regional layihələr, Avropa və bütövlükdə dünya enerji təhlükəsizliyi sisteminə qoşuldu. 1993-cü ildən başlayaraq dövlət müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində görülən işlər və atılan məqsədyönlü addımlar Azərbaycanın bugünkü uğurları üçün ən etibarlı təməl oldu. Bir sözlə, əgər Azərbaycanın müstəqilliyi tarixi zərurətdən irəli gələn hadisə idisə, bu müstəqilliyin əbədiliyi və dönməzliyi ümummilli lider Heydər Əliyevin adı və bağlıdır.

Ulu Öndərin müstəqilliyimizin qorunub saxlanması və möhkəmləndirilməsi istiqamətində yorulmaz səyləri bu gün onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Ümummilli Liderin çoxşaxəli fəaliyyətinin nəticələrinə arxalanaraq, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan siyasi, iqtisadi, sosial və hərbi sahələrdə nəzərəçarpan tərəqqi əldə edib. Azərbaycan yerləşdiyi bölgədə baş verən strateji, siyasi və iqtisadi proseslərin gedişinə təsir göstərməyə qadir olan ölkəyə çevrilib. Azərbaycan özünün siyasi və iqtisadi qüdrəti, strateji mövqeyi, zəngin təbii ehtiyatlarından xarici siyasət prioritetlərinin təmin olunmasında məharətlə istifadə edir. Milli maraqlara uyğun olaraq beynəlxalq birliyin əksər üzvləri ilə qarşılıqlı faydalı əməkdaşlıq həyata keçirilir.

Dövlətimizin başçısının həyata keçirdiyi uğurlu inkişaf strategiyası nəticəsində ölkə iqtisadiyyatı özünün inkişaf sürətinə görə dünyada ən yüksək yerlərdə durur.

Vaxtilə ulu öndər Heydər Əliyev tərəfindən qorunub saxlanılan müstəqilliyimiz onun siyasi kursunun ən layiqli davamçısı İlham Əliyev tərəfindən davam etdirilir. Dövlət və dövlətçiliyimiz  Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da möhkəmləndirilir və onun əbədiliyi təmin edilir.

44 günlük Vətən müharibəsində şanlı qələbədən və bu ilin sentyabr ayının 19-da Qarabağda aparılan uğurlu antiterror əməliyyatlarından sonra ölkəmizin müstəqilliyi daha da güclənib.

Bu bir reallıqdır ki, son bir neçə əsrdə Azərbaycan tarixində İlham Əliyev kimi Sərkərdə, Müzəffər Komandan olmayıb. Prezident İlham Əliyev bu baxımdan bənzərsiz rəhbər, əvəzsiz dövlət başçısı, layiqli davamçı, ata vəsiyyətini yerinə yetirməyi bacaran xoşbəxt övladdır. Dövlətimizin başçısı Şuşanı azad etməklə, Qarabağı qaytarmaqla, erməni terrorunu və işğalını torpaqlarımızdan tamamilə silib atmaqla hər bir azərbaycanlının qəlbində qəhrəmanlıq abidəsi ucaldıb.

Prezident İlham Əliyev hakimiyyətə gəldiyi ilk gündən xalqı üçün çalışıb, Azərbaycan dövlətinin mənafeyi, milli maraqları üçün gecəsini gündüzünə qatıb, verdiyi bütün vədlərə əməl edib, xalqının etimadını artıqlaması ilə doğruldub. Qurucu, yaradıcı şəxsiyyət olan dövlətimizin başçısı Azərbaycanı demək olar yenidən qurub, tamamilə müasir dövlət yaradıb, ölkəmizi inkişaf etdirib, şəhərlərimizin, kəndlərimizin simasını dəyişib. Eyni zamanda, Azərbaycan bölgədə söz və güc sahibinə çevrilib. Azərbaycan Prezidenti ölkəsini 20 il ərzində elə bir zirvəyə qaldırıb ki, dünyanın harasından baxsan, hansı qüdrətli ölkə ilə müqayisə etsən, bu uğurlara heyrətlənməmək mümkün deyil.

Tədbirdə YAP rayon təşkilatının sədri Eldar Əsədov, Tərtər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elvin Umudov, Tərtər Rayon İcra Hakimiyyəti Başçısı Aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdirinin müavini Zabil Paşayev, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin aparıcı məsləhətçisi Elşən Bağırov çıxış edərək oktyabrın 18-də Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 32 ili tamam olduğunu, Azərbaycan xalqı 1991-ci ildən sonra ilk dəfə bu bayramı tam fərqli olaraq, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında öz ərazi bütövlüyünü tam bərpa etmiş qalib xalq kimi qeyd etdiyini bildiriblər.

Poliqon.info 

Fotolar






Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Avropa çempionatı: Azərbaycan millisi təsəlliverici qarşılaşmada qələbə qazanıb - Yenilənib

Azərbaycan dili fənni üzrə test imtahanı keçirilib - Yenilənib

Rusiya Xəzər flotiliyasının hərbi gəmiləri Bakı limanını tərk ediblər

Gəncədə qətl törədən şəxs özünü xəstəxananın pəncərəsindən atıb

Göygöldə iki uşaq anasının asılmış vəziyyətdə meyiti tapıldı

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib - Video

Dövlət qulluğu vəzifələri üzrə test imtahanı keçirilib

Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir

Azərbaycanın bəzi rayonlarında leysan yağıb, şimşək çaxıb - Faktiki hava

Ən çox oxunanalar