Cümə axşamı, 16 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Telman İsmayılovun oğlu da müflis elan edilir


Moskva arbitraj məhkəməsində azərbaycanlı oliqarx-keçmiş milyarder Telman İsmayılovun oğlu Ələkbər İsmayılovun müflis elan edilməsi barədə iddia daxil olub


Virtualaz.org Rusiya mənbələrinə istinadən xəbər verir ki, məhkəmə iddianı icraata qəbul edib, məhkəmə baxışı aprelin 24-nə təyin olunub.
 
Bundan əvvəl VTB-Bank tərəfindən qaldırılmış iddia əsasında T.İsmayılovun özü müflis elan edilib və onun milyardlarla dollarlıq kredit əvəzində banklarda girov qoyulmuş əmlakının hərrac yolu ilə satılmasının yolu açılıb. T.İsmayılov həmin bankdan 2012-ci ildə 286 milyon dollar kredit götürüb, bunun əvəzində Moskvadakı məşhur “Praqa” restoranını və digər obyektlərini banka girov qoyub. Lakin kreditləri ödəyə bilmədiyi üçün borcu “şişib”.
 
Bu arada TVS kanalında araşdırmaçı-jurnalist Andrey Karaulovun T.İsmayılovun müdafiəsinə yönəlmiş sənədli filminin ikinci seriyası efirə gedib. Həmin film Karaulovun “Həqiqət anı” müəllif proqramının internet saytında da yerləşdirilib. Filmdə VTB-Bank T.İsmayılovu qəsdən müflis elan etməkdə və onun əmlakını “su qiymətinə” dəyərləndirib reyder üsulu ilə əlindən almaqda günahlandırılır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Slovakiyanın baş nazirini güllə-boran edən şəxsin oğlu danışdı - Yenilənib, Video

Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - Video

Bakıda vətəndaşın kirayə verdiyi üçotaqlı ev satılıb - Video

“Ağ çiçəyim” gül mağazasında baş verən yanğın söndürüldü - Yenilənir, Foto

Slovakiya Baş nazirinə sui-qəsd edən şəxsin məşhur yazıçı olduğu üzə çıxıb - Foto, Yenilənib

Azərbaycanla Ermənistan arasında sərhəd xəttinin koordinatları ilə bağlı protokol imzalanıb

Baltikyanı ölkələrin XİN başçıları Tbilisidə etiraz aksiyasına qoşulublar - Video

Sabah bəzi ərazilərdə qaz kəsiləcək - Yenilənib    

Bakıda taksi fəaliyyəti ilə məşğul olan sürücülərə qarşı reyd keçirilib

Ən çox oxunanalar