Bazar, 06 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qarabağdakı sülhməramlı missiyanın fəaliyyətinə ehtiyac qalmadı...

2023-cü ilin sentyabrında həyata keçirilən antiterror əməliyyatından sonra Qarabağdakı sülhməramlı missiyanın fəaliyyətinə ehtiyac qalmadı...

Poliqon xəbər verir ki, bu sözləri Müdafiə Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Anar Eyvazov Xocalı rayonunda yerləşən Rusiya sülhməramlılarının yola salınma mərasimi zamanı jurnalistlərə açıqlamasında deyib. O qeyd edib ki, AzərbaycanRusiya dövlət başçılarının əldə etdiyi razılığa əsasən sülhməramlı missiyanın vaxtından əvvəl fəaliyyətini dayandırmasına qərar verilib.

"2020-ci il sentyabr ayının 27-də Ermənistan Silahlı Qüvvələrinin növbəti təxribatlarına cavab olaraq başlayan 44 günlük müharibə uğurlu başa çatmışdı. Vətən varibəsindən sonra Azərbaycan Respublikası, Rusiya Federasiyası və Ermənistan Respublikasının dövlət başçıları tərəfindən imzalanan üçtərəfli bəyanata müvafiq olaraq Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyasının sülhməramlı kontingenti fəaliyyətə başlamışdı.

2023-cü ilin sentyabrına qədər fəaliyyət davam etdirildi. 2023-ci ilin sentyabrın 19-20-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən həyata keçirilən uğurlu antiterror əməliyyatından sonra artıq misiyanın fəaliyyətinə böyük ehtiyac qalmadı.

Azərbaycan Respublikası və Rusiya Federasiyasının dövlət başçıları tərəfindən əldə olunan razılığa əsasən, sülhməramlı kontingentin vaxtından əvvəl misiyası başa çatdırıldı.

Qərar veriləndən dərhal sonra Müdafiə nazirinin müvafiq göstərişinə uyğun olaraq kontingentin silah və texnikası, şəxsi heyyəti və ləvazimatlarının Azərbaycan ərazisindən çıxarılması üçün zəruri texniki və logistik dəstək göstərilmişdi.

Hazırda bu gün iştirak etdiyimiz tədbir də sülhməramlı kontingentin misiyasının başa çatması ilə əlaqədədır. Bugünkü tədbirdə AzərbaycanRusiya tərəfindən yüksək rütbəli zabitlər, generallar iştirak edəcəklər. Proqramın rəsmi hissəsinin sonunda AzərbaycanRusiyanın müdafiə nazirliklərinin heyəti tərəfindən konsert proqramı təqdim ediləcək".

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Azərenerji” nin prezidenti Balababa Rzayevə şiddətli töhmət elan edilib

“Şöhrət” ordeni ilə təltif edilən Sabir Hacıyev kimdir? - Dosye

Bakıda internetə qoşulmayanların telefonunu kəsirlər? 

"Komedixana"nın aktrisasının aktyorlarla rəqsi diqqət çəkdi - Video

Azərbaycan və Özbəkistan hərbçilərinin birgə komanda-qərargah təlimi başa çatıb

İsralin Bunkerə endirdiyi zərbələr nəticəsində Haşim Safiəddindən xəbər yoxdur

Rayon rəhbəri şəhid anasını 50 illik yubileyi münasibəti ilə ziyarət edib

Vüqar Səfərli yenə narazıdır - Hər şeyini geri istəyir

Murad Dadaşov uzun müddət sonra ilk dəfə həyat yoldaşı ilə - Foto

MDB-yə üzv dövlətlərin xüsusi xidmət orqanları rəhbərlərinin növbəti görüşü keçirilib

7 evdən 27 min manatlıq oğurluq edən şəxs saxlanılıb - Video

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay