Bazar, 21 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Politoloq: Gürcüstan hakimiyyətinin addımları doğru, Qərbin etirazları isə əsassızdır...

“Xarici Agentlər haqqında” qanuna görə Gürcüstan hakimiyyəti ilə Qərb ölkələri arasında uçurum yaranmaqdadır...

Kamran Məmmədli: “Gürcüstanda son günlər qəbul olunan “Xarici Agentlər” haqqında qanundan sonra baş verən proseslər və Aİ ölkələrin buna sərt cavabı başa düşülən deyil”.

“Ələxsusda ki, bu qanun layihəsini demokratik seçilmiş parlament təsdiq edirsə, bu eyni zamanda xalqın iradəsini təmsil edir. Bizi 50-100 minlik etiraz aksiyalarında iştirak edənlər aldatmamalıdır”.

Bu sözləri politoloq Kamran Məmmədli Gürcüstanla Qərb arasında yaranan uçurumu Poliqon-a şərh edərkən qeyd edib.

“Xarici Agentlər haqqında” qanuna görə Gürcüstan hakimiyyəti ilə Qərb ölkələri arasında uçurum yaranmaqdır. İş o yerə çatıb ki, artıq ABŞ Gürcüstan rəsmilərini açıq şəkildə sanksiyalarla təhdid edir. Halbuki Avropa İttifaqı 2 ay əvvəl Gürcüstanın birliyə üzvlük namizədliyini təsdiq edib.

Bu fonda Gürcüstan hakimiyyətini Qərbə qarşı çıxış etməyə məcbur edən səbəblər nədir?

Mövzunu Poliqon-un əməkdaşı politoloq Kamran Məmmədli ilə müzakirə edib.

Kamran Məmmədli: “Əgər qanun demokratik standartlara cavab verirsə, Qərb ölkələrinin özündə tətbiq edilirsə, heç kəs buna görə Gürcüstan hakimiyyətini qınaya bilməz”.

Gürcüstan hakimiyyətinin bu qanun layihəsini qəbul etməkdə israrlı olmasını onların öz ölkələrinin suverenliyini və milli təhlükəsizliyini qorumaq istəyi ilə əlaqələndirən politoloq Poliqon-a bildirib ki, Rusiya da bu məsələdə maraqlı olsun və Gürcüstan hakimiyyətinə bu qanunun qəbul olunmasında dəstəyini bildirsin:

“Gürcüstanda son günlər qəbul olunan “Xarici Agentlər” haqqında qanundan sonra baş verən proseslər və Aİ ölkələrin buna sərt cavabı başa düşülən deyil. Çünki bu qanuna görə ölkədə fəaliyyət göstərən və illik gəlirlərinin 20%-dan çoxu xarici mənbələrdən olan media qurumları və hüquqi şəxslər ayrıca media reyestrinə salınmalı və dövlətə illik maliyyə hesabatı təqdim etməlidir.

Buna bənzər qanun hələ 1938-ci ildə Almaniyanın II Dünya Müharibəsi ərəfəsində apardığı təbliğata cavab olaraq “demokratiyanın" beşiyi adlandırılan ABŞ-da qəbul olunub. Qanun xarici partiyaların, təşkilatların, şirkətlərin və ya şəxslərin maraqlarını təmsil edən qurum və fiziki şəxslərdən, o cümlədən ABŞ vətəndaşlarından ABŞ Ədliyyə Departamentində “xarici agent” kimi qeydiyyatdan keçməyi tələb edir.

ABŞ -da qeydiyyatdan keçən həmin “agent” eynən Gürcüstanda olduğu kimi özü haqqında tam məlumat verməli və xaricdən alınan vəsait (o cümlədən nəyə xərcləndiyi göstərilməklə) maliyyə hesabatını təqdim etməlidir . Əks halda buna görə cərimə və ya 5 ilədək həbs cəzası nəzərdə tutulur. Oxşar qanun layihəsi Avropanın mərkəzində, Fransada da gündəmdədir. 2024-cü il martın 27-də Fransa Milli Assambleyası(aşağı palata) xarici müdaxilənin qarşısını almaq üçün bu qanun layihəsini təsdiqləyib. Bu qanun Prezident Emmanuel Makronun partiyası tərəfindən irəli sürülmüş və 171 millət vəkilinin səsi ilə təsdiq olunmuşdur.

Kamran Məmmədli: “Qərb özü də hər zaman Qafqazda Gürcüstanı demokratiya nümünəsi olaraq təqdim edib və orada keçirilən bütün seçkiləri tanıyıb. Həmin seçkilərin nəticəsi bu qanunun qəbulunu müdafiə edirsə, qərbin buna qarşı çıxması özü anti-demokratik addımdır”.

Bu ay Senatda (yuxarı palatada) keçiriləcək son səsvermədə qanun təsdiqlənərsə eynən, Gürcüstanda olduğu kimi xarici maraqlar üçün lobbiçilik edən insanların reyestrdə qeydiyyatdan keçməsini tələb olunacaq. Əgər bu qanunun tətbiqi ABŞ və Aİ ölkələrində tətbiq olunursa və bu onların milli maraqlarına xidmət edirsə niyə anoloji qanun Gürcüstan hakimiyyəti tətbiq edərkən buna qarşı çıxılır? Gürcüstan hakimiyyətinin bu qanun layihəsini qəbul etməkdə israrlı olmasını mən onların öz ölkələrinin suverenliyini və milli təhlükəsizliyini qorumaq istəyi ilə əlaqələndirirəm. Ola bilsin ki, Rusiya da bu məsələdə maraqlı olsun və Gürcüstan hakimiyyətinə bu qanunun qəbul olunmasında dəstəyini bildirsin. Ancaq hər bir halda əgər, qanun demokratik standartlara cavab verirsə, Qərb ölkələrinin özündə tətbiq edilirsə, heç kəs buna görə Gürcüstan hakimiyyətini qınaya bilməz.

Ələxsusda ki, bu qanun layihəsini demokratik seçilmiş parlament təsdiq edirsə, bu eyni zamanda xalqın iradəsini təmsil edir. Bizi 50-100 minlik etiraz aksiyalarında iştirak edənlər aldatmamalıdır . Onlar ümümi əhalinin heç 10%-nı belə təşkil etmirlər. Qərb özü də hər zaman Qafqazda Gürcüstanı demokratiya nümünəsi olaraq təqdim edib və orada keçirilən bütün seçkiləri tanıyıb. Həmin seçkilərin nəticəsi bu qanunun qəbulunu müdafiə edirsə, qərbin buna qarşı çıxması özü anti-demokratik addımdır.

Qərb özü xalqın seçdiyi parlamentin qərarına hörmətlə yanaşmayaraq Gürcüstan xalqının azad seçiminə hörmət göstərmir. Bu baxımdan hesab edirəm ki, Gürcüstan hakimiyyətinin addımları doğru, Qərbin etirazları isə əsassızdır”.

Nərminə UMUDLU
Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda biznesmenin müəmmalı ölümü - Qardaşı şikayətçidir

Daha dörd bitərəf deputat növbədənkənar seçkilərdə namizədliyini irəli sürüb

700 bal toplayan Şəbnəm bu universitetdə oxumaq istəyir

Şuşada II Qlobal Media Forumu keçirilir, Prezident İlham Əliyev Forumda çıxış edib - Video

İlham Əliyev Paşinyanın Britaniyada onunla görüşdən imtina etməsi barədə danışıb    

Bakıda 75 yaşlı kişini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb - Yenilənib

Azərbaycanda qaz sayğacları ilə bağlı texniki reqlament təsdiq ediləcək

Kürdəmirdə arvadı evdən gedən kişi canına qəsd etdi

Ötən gün bank kartlarından 55 min manatdan çox pul oğurlanıb

Qaradağda 57 yaşlı anasını qətlə yetirməkdə şübhəli bilinən şəxs barəsində cinayət işi açılıb - Yenilənib

Ən çox oxunanalar