Çərşənbə axşamı, 18 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azercell” “GSMA M360 2024” konfransı çərçivəsində ilk ESG hesabatını təqdim etdi

Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi, “Azercell Telekom” MMC-nin baş sponsorluğu ilə Bakıda keçirilən “GSMA M360 2024” konfransı davam edir. COP29 ərəfəsinə təsadüf edən bu konfransın ikinci günü ətraf mühit, sosial və idarəetmə (ESG) prinsiplərinə həsr olunmuş sessiya ilə başlayıb...

Bu sessiyada çıxış edən “Azercell”in Hüquq, Etika və Komplayens üzrə baş direktoru Şirin Əliyeva şirkətin ESG strategiyasını açıqlayaraq onun adıçəkilən sahələrdə fəaliyyəti haqqında danışıb.

“Bu gün ESG hesabatımızı beynəlxalq ictimaiyyətə təqdim etmək mənim üçün xüsusilə qürurverici oldu. Çünki bununla biz şirkətimizin timsalında ölkəmizdə daha dayanıqlı, sağlam və yaşıl gələcək naminə həyata keçirilən bir sıra tədbirləri gündəmə gətirə bildik. Hesabatımız “Azercell”in sosial məsuliyyətli korporativ vətəndaş kimi ekologiya və ətraf mühitin mühafizəsi, rəqəmsal inklüzivliyin təşviqi və ümumilikdə cəmiyyətin rifahının artırılması istiqamətində gördüyü işləri özündə əks etdirir”, - deyə Şirin Əliyeva bildirib.

Azercell”in ESG hesabatı 2023-cü ili əhatə edir. Hesabat şirkətin ətraf mühitə təsirinin azaldılması səylərini, dövlət və cəmiyyət qarşısında öz üzərinə götürdüyü sosial məsuliyyəti nümayiş etdirir. Konfransda çıxış edən Şirin Əliyeva “Azercell”in enerji, su və yanacaq tədarükündə səmərəliliyin təmin edilməsi məqsədilə gördüyü tədbirlər haqqında danışıb.

Hesabatda günəş enerjisi ilə çalışan baza stansiyaların yalnız Qobustan, Tovuz, QubadlıCəbrayılda quraşdırıldığı qeyd edilsə də, Ş. Əliyevə cari il ərzində onların sayının artıq 17-yə çatdırıldığını bildirib. Belə ki, “Azercell”in yeni yaşıl baza stansiyaları artıq Zəngilan, Füzuli, AğdamLaçında da fəaliyyətə başlayıb. Qeyd edək ki, lider mobil operator ilin sonuna kimi ölkə üzrə bu baza stansiyaların sayını 37-yə çatdırmağı planlaşdırır.

Hesabatda həmçinin “Azercell”in təhsil, idman, səhiyyə, qadın və uşaq hüquqlarının qorunması, rəqəmsal inklüzivliyin artırılması və digər istiqamətlərdə reallaşdırdığı sosialyönümlu təşəbbüsləri haqqında da məlumat verilib. Eyni zamanda, hesabat “Azercell”in əməkdaşlarının inkişafı üçün həyata keçirdiyi layihələri də əhatə edir və bununla şirkət insan kapitalına verdiyi dəyəri bir daha vurğulayır.
Şirin Əliyeva bildirib ki, “Azercell”in fəaliyyəti hər il müxtəlif beynəlxalq sertifikat və mükafatlarla təltif edilir: “Bu da öz növbəsində görülən işlərin effektivliyinin bariz nümunəsidir”.

Qeyd edək ki, şirkət dünya müstəvisində qəbul edilmiş bir çox sertifikatlara yanaşı, ISO 14001:2015 Ətraf Mühit İdarəetmə Sistemləri standartına uyğunluq sertifikatına da malikdir.

Hesabatla tanış olmaq üçün “Azercell”in səhifəsinə keçid edə bilərsiniz.

Poliqon.info


Etiket: Azercell


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aİ-yə daxil olmayan 9 ölkə İrana qarşı sanksiyalara qoşulub

Azərbaycanda vəzifəli şəxsin üzərinə benzin tökdülər

Azərbaycanın əmək haqqı üzrə dünya reytinqindəki yeri açıqlanıb

Bakıdakı dəhşətli qəzanın anbaan görüntüləri

AVRO-2024: Türkiyə və Portuqaliya milliləri mübarizəyə start verir

Bakıda “Sağlam Gələcəklərin Proqnozlaşdırılması” qlobal sammiti işə başlayıb

Cavanşir körpüsündə işlər nə yerdədir? - Video

Ötən gün 38 kq-a yaxın narkotik vasitə aşkar olunaraq götürülüb

Türkiyə Azərbaycana 100 min ədəd ağac tingi göndərib, Qarabağ və Bakıda əkiləcək

Ən çox oxunanalar