Çərşənbə axşamı, 16 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu ilin sonunda Qubadlıya ilk köç olacaq - Rəsmi

Bu ilin sonunadək Qubadlı rayonunun 2 kəndinə ilk köç nəzərdə tutulub...

Bu barədə "Report"un sorğusuna cavab olaraq Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Beynəlxalq əməkdaşlıq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İbrahim Mirzəyev deyib.

Onun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri aparılır, ilk növbədə, müasir infrastruktur formalaşdırılır, dayanıqlı məskunlaşma və iqtisadi reinteqrasiya üçün zəruri şərait yaradılır:

"Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq yenidən qurulan Qubadlı rayonunun Zilanlı kəndinə 134, Mahruzlu kəndinə isə 93 ailənin köçürülməsi planlaşdırılır".

İ.Mirzəyev, həmçinin qeyd edib ki, bu il işğaldan azad olunan Ağdam rayonunun üç kəndinə də ilk köçün olması nəzərdə tutulur:

"Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası çərçivəsində Ağdam rayonunun Kəngərli, Xıdırlı və Sarıcalı kəndləri yenidən salınır. Bu ilin sonuna qədər Kəngərli kəndinə 292, Xıdırlı kəndinə 719, Sarıcalı kəndinə isə 203 ailənin köçürülməsi nəzərdə tutulur. Hazırda Dövlət Komitəsinin aidiyyəti struktur bölməsi tərəfindən respublikanın müxtəlif bölgələrində məskunlaşmış məcburi köçkünlər arasında sorğular həyata keçirilir. Doğma yurda qayıdacaq ailələrin sayı və tərkibi dəqiqləşdirilir, sosial vəziyyəti və məşğulluq imkanları qiymətləndirilir, eləcə də məlumatlandırma, təbliğat-təşviqat işləri aparılır və köçürülmənin texniki-təşkilati məsələləri həll olunur".

Poliqon.info


Etiket: Qubadlı Köç


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan Ordusunun hərbi qulluqçusu bədbəxt hadisə nəticəsində həlak olub

Berlin raketlərimizin hədəfindədir - Kremldən şok hədə

“Hikmət, sənə bir həftə vaxt verirəm!” - Foto

Bakıda avtobusda qadınlar əlbəyaxa davaya çıxdı - Video

Daşkəsənin yeni icra başçısı ictimaiyyətə təqdim olunub

Rusiya artıq sülh prosesində iştirak etməsinin imkansızlığını başa düşür?

"Qızıl top" mükafatına namizədlərin reytinq siyahısı açıqlanıb

Futbol üzrə Avropa çempionatının rəmzi komandası açıqlanıb

Ən çox oxunanalar