Çərşənbə, 17 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Telefonu yanına qoyub yatanlar dəli ola bilər

Somnoloq, funksional diaqnostika üzrə həkim Tatyana Surnenkova xəbərdarlıq edib ki, smartfonu yanınıza qoyub yatırsınızsa, bu, psixi sağlamlığa olduqca mənfi təsir göstərir.

Bu sözləri o, "Prime" agentliyinə müsahibəsində deyib. Ekspertin sözlərinə görə, telefon yuxu dövrünü pozur, ekranın parlaq parıltısı və yuxu hormonu olan melatonin istehsalının azalması səbəbindən yuxuya getmək çətinləşir. Bundan əlavə, Surnenkova qeyd edib ki, parlaq işıq emosiyaların və yaddaşın formalaşmasına təsir edən yuxunun mühüm mərhələsini boğur.

Somnoloq yatmazdan əvvəl qadcetdən istifadə etməyin təhlükələrini də xatırladıb. O, izah edib ki, əgər insan yatmazdan əvvəl telefonda vaxt keçirirsə, o zaman onun yuxuya getməsi çətinləşəcək, çünki məlumat çoxluğu onda həyəcanlı vəziyyətə səbəb olacaq. Surnenkova axşam saat ondan sonra smartfondan istifadə etməməyi məsləhət görüb. Bundan əlavə, o qeyd edib ki, gecə telefon "narahat etməyin" rejiminə keçirilməli, hətta söndürülməlidir.

Mütəxəssis əlavə edib ki, yuxu izləmə proqramları effektiv deyil. "Onların dəqiqliyi olduqca şübhəlidir və yuxularının keyfiyyəti ilə bağlı həddindən artıq narahatlıq gələcəkdə xroniki yuxusuzluğa səbəb ola bilər", - mütəxəssis xəbərdarlıq edib. (publika.az)

Poliqon.info 


Etiket: Telefon


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dərman monopolisti Kəmaləddin Qafarovun yeni mandat planı...

Azərbaycanda tanınmış idmançı 27 yaşında vəfat etdi -Fotolar

Bu ölkədə istilərə görə gündüz işləmək qadağan edildi

Ermənistanda təhsil və Azərbaycana qarşı ərazi iddaları...

Abdulbari Gozalin qardaşı oğlunun təsis etdiyi şirkətin 16 milyon vergi borcu var

Ruslar Rusiyadan qaçır: Hansı ölkələrə üz tuturlar?

Bakıda sürücü avtomobili ilə piyadanı vurub qaçdı - Anbaan video

Masallıda doğuş zamanı körpə ölümü ilə bağlı araşdırma aparılır - Yenilənib

Xaricdə evlənmək istəyən Azərbaycan vətəndaşlarının nəzərinə - Yeni qayda təsdiqləndi

Ən çox oxunanalar