Cümə axşamı, 08 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Təhsildən yayınan məzunlar buraxılış imtahanına buraxılmayıb

Dövlət İmtahan Mərkəzi (DİM) bu il keçirilən buraxılış və qəbul imtahanlarının nəticələrinə dair araşdırma aparıb.

PİA.az xəbər verir ki, bu il ümumtəhsil müəssisələrində 220 359 nəfər məzun təhsil alıb.

Bu məzunlar barədə məlumatlar 4 000-dən çox ümumtəhsil müəssisəsinin məsul şəxsləri tərəfindən “Şagird-məzun” sisteminə daxil edilib, məlumatlar yoxlanılaraq təsdiq edildikdən sonra buraxılış imtahanı bazası formalaşdırılıb.

Bildirilib ki, məzunların bir qismi təhsildən yayınma, bir qismi isə şəxsiyyəti təsdiq edən sənədinin olmaması səbəbindən buraxılış imtahanlarına cəlb edilməyib: "Ümumilikdə 217 534 nəfər məzun (98.7%) buraxılış imtahanlarında iştirak edib. İmtahanda iştirak edənlərlə yekun attestasiyası aparılanlar arasında yaranan fərqlər onunla izah edilir ki, tədrisi Azərbaycan dilindən fərqli dildə aparılan ümumtəhsil müəssisələrinin bəzi məzunları buraxılış imtahanında iştirak etsələr də, Azərbaycan dili (dövlət dili) imtahanında iştirak etməyibər. Ümumilikdə 218 505 nəfər məzunun (99.2%) yekun attestasiyası aparılıb.

Qeyd etmək lazımdır ki, məzunlar DİM-in təqdim etdiyi elektron xidmətdən (https://eservices.dim.gov.az/sagird/indexsh.aspx) istifadə edərək “Şagird-məzun” sistemində özləri haqqında məlumatlara baxa bilirlər. Məlumatlarda uyğunsuzluq aşkar edildikdə bu xidmət vasitəsilə DİM-ə düzəlişlərin edilməsi ilə bağlı sorğu ünvanlanması da mümkündür. Vətəndaşlara sözügüdən xidmətdən aktiv istifadə etməyi tövsiyə edirik”.

2020/2021-ci və 2021/2022-ci tədris illəri üzrə ali və orta ixtisas təhsili müəssilərinə keçirilən qəbul imtahanlarının nəticələri barədə müqayisəli statistik məlumatlar Cədvəl 2-də təqdim edilir.

Cədvəldən görünür ki, ötən illə müqayisədə 2021-ci ildə ali təhsilin bakalavriat səviyyəsi üzrə qəbul olanların sayında 1047 nəfər artım olub. Ali təhsilin magistratura səviyyəsi üzrə elektron ərizə qəbulunda iştirak edən bakalavrların sayı isə ötən illə müqayisədə iki dəfədən artıq, yəni 18748 nəfər çox olub. Bu artım 2021-ci ildə magistraturaya qəbul imtahanının bir mərhələ üzrə iki dəfə keçirilməsi ilə izah edilir. Eyni zamanda 9 illik baza üzrə orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün əvvəlki illərlə müqayisədə daha çox məzun müraciət edib. Bu onunla izah edilir ki, təhsil haqqında qanunvericiliyə edilən dəyişikliklərə əsasən, subbakalavrlar öz ixtisaslarına uyğun olaraq ali təhsil müəssisələrinə qəbul olmaq üçün ixtisas seçimində imtahan vermədən birbaşa iştirak etmək hüququ əldə ediblər.

Ümumilikdə, bu il ərizə qəbulunda iştirak edən şəxslərin sayı ötən illə müqayisədə 32261 nəfər (13.8%) çox, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olan şəxslərin sayı isə 4091 nəfər (5.4%) çox olub.

“Vətəndaşların nəzərinə çatdırırıq ki, Elektron hökümət portalı (https://www.e-gov.az/ və ya https://my.gov.az/) üzərindən “Vətəndaş haqqında "Tələbə-məzun" dövlət elektron məlumat sistemindən çıxarış” elektron xidmətindən istifadə etməklə ali və orta ixtisas təhsili haqqında məlumatlarına baxa bilərlər”, - DİM-dən bildirilib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Mərdəkanda 52 yaşlı kişi tüfənglə qətlə yetirilib -  Cinayət işi başlanıb

Poddubnının həlak olması ilə bağlı məlumat təkzib olunub - Yenilənib

Pezeşkian Xameneidən İsrailə hücumdan çəkinməyi xahiş edib

"Salamat yeri yox idi" - Veteran yerləşdirildiyi psixiatriya xəstəxanasında döyülüb?

Türkiyədə daha bir onlayn platformaya giriş bağlandı    

Paris-2024: Azərbaycan taekvondoçusu gümüş medal qazanıb - Yenilənib    

Paris-2024: Azərbaycan güləşçisi bürünc mükafat uğrunda görüşdə uduzub

Gədəbəydə avtomobil aşıb, xəsarət alanlar var - Yenilənib

Ən çox oxunanalar