Cümə axşamı, 15 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Süveyş, Kanal İstanbul və Montre: Böyük Coğrafi Kəşflər dövrü tərsinə çevrilir?

Mövcud böyük geosiyasi ziddiyyətlər pandemiya ilə birlikdə daha kəskinləşdi. Sürətli və cəsarətli olan, zehni sıçrayış edən, gündəlik müzakirələrdən uzaqlaşan və böyük hədəflər qoyan hər bir ölkə gələcəyin memarlarından olacaq...

İbrahim Karagül
“Yeni Şafak” qəzeti, Türkiyə, 29 mart 2021-ci il

400 metrlik bir gəminin quma batması və Süveyş Kanalını bağlaması təkcə iqtisadi bir böhrana deyil, həm də geosiyasi böhrana səbəb oldu. 320 gəmi kanaldan keçməyi gözləyərkən, itkilər isə on milyardlarla dollara çatarkən sözügedən qəza qlobal ticarətdə böyük müharibənin yeni bir cəbhəsini ortaya qoydu: təchizat yollarını, dəniz və quru ticarəti dəhlizlərini kim idarə edəcək?

Hər zaman enerji dəhlizləri üzərindən müzakirə etdiyimiz və 21-ci əsrin enerji xəritəsinin təyin edilməsində böyük təsiri olan dəhliz müharibələrinin, indi də qlobal logistika və tədarük üzərindən başladığını gördük.

Dünya ticarətinin 1/3-nə nəzarət edən Malakka boğazı və 10%-nə nəzarət edən Süveyş Kanalı, Qırmızı dəniz və Fars körfəzi, Türkiyə boğazları dünyanın ən kritik ticarət yollarıdır. Bunların hamısı da yerin əsas oxunu təşkil edən müsəlman coğrafiyasında, yəni “Orta Kəmər” üzərindədir. Misirdəki çevriliş, Yəmən və Şərqi Afrikadakı müharibə, Fars körfəzində bitməyən böhranlar, Qırmızı dəniz gərginliyi və Türkiyəni Aralıq dənizində boğmaq barədə aparılan hesabların səbəbi də məhz budur.

Təəssüf ki, buralar zəif ölkələrin regionudur. Buna görə də, bu ölkələr təzyiq altındadır və dəhlizlər başqalarının nəzarəti altında saxlanılır. Qlobal iqtisadi və hərbi gücə sahib olanlar isə bu nəzarəti əldən verməmək üçün hər cür addımı atır, bir çox ölkəni məhv edirlər.

Yeni ticarət yolları, yeni dünya, yeni iqtisadi mühit, yeni güclü dövlətlərdən sonra indi də ənənəvi dəhlizlərə daha yeniləri əlavə edildi. Məsələn, Çindən Türkiyəyə çatan yeni “İpək Yolu”, Şimal Qütbünün əriməsi ilə yaranan və Rusiya ilə Avropa/ABŞ arasında böhrana səbəb olan yeni ticarət marşrutu, Afrika üzərində yeni başlayan ticarət və nəqliyyat yolları, İsrail və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Süveyşə alternativ Kanal layihəsi və s.

21-ci əsrin dünyasını formatlamaq istəyən mərkəzi ölkələr bu yeni dəhlizlər uğrunda amansız mübarizə aparırlar. Güc və səmərəlilik ehtiyatlar dəhlizlər və bazarlar vasitəsilə yenidən təyin olunur. Hesablaşma isə “yeni dünya, yeni coğrafiya, yeni iqtisadi mühit və yeni güclü dövlətlər” şüarı ilə həyata keçirilir.

“Coğrafi Kəşflər” tərsinə çevrildi: 6 müsəlman ölkəsinin gücü Qərbin istiqamətini dəyişdirir

Qərb ilk dəfədir ki, “Coğrafi Kəşflər” sayəsində qazandığı və əsrlər boyu davam etdirdiyi üstünlüyü itirir. Şərqin çox dinamik bir yeni güc olaraq yüksəlməsi, bu boğazları və dəhlizləri əlində saxlayan müsəlman ölkələrinin gücünün reallaşması və ona investisiya qoymaq cəhdləri Qərbi mərkəzdən uzaqlaşdıra bilər.

Türkiyə (boğazlar), İndoneziya və Malayziya (Malakka boğazı), Misir (Süveyş Kanalı və Sina) İran (Fars Körfəzi) və Səudiyyə Ərəbistanı (Qırmızı Dəniz) yeni dövrün böyük oyunçuları ola bilər. Qlobal iqtisadiyyat və ticarət yolları üzərindəki nəzarət gücünə sərmayə qoymaq onları 21-ci əsrin yüksələn güclərinə çevirə bilər. Bunun üçün 20-ci əsrin ənənəvi Qərb tərbiyəsindən qurtulmaq kifayət edər.

Gözlənilməz oyunçular meydana çıxa bilər

Bu dəhlizlərə nəzarət edənlər dünya ticarətinə və enerji tədarükünə nəzarət edəcək. Bu da böyük bir siyasi, hərbi və mədəni sıçrayış təmin edə bilər. Rusiya-Çin ilə ABŞ-Avropa arasında davam edən mübarizədə bu ölkələrdən təəccüblü bir addım gələ bilər.

Bunların gücü də, ağlı da var. Bu ölkələrdən biri və ya daha çoxu 21-ci əsr dünya sisteminin mərkəzinə yerləşə bilər. Addımlarını sürətli atan gələcəyin memarlarından biri olacaq.

Mövcud böyük geosiyasi ziddiyyətlər pandemiya ilə birlikdə daha kəskinləşdi. Hesablar dəyişdi və hər şey çox sürətli şəkildə irəlilədi. Sürətli və cəsarətli olan, zehni sıçrayış edən, gündəlik müzakirələrdən uzaqlaşan və böyük hədəflər qoyan hər bir ölkə gələcəyin memarlarından olacaq.

Qarşımızda elə bir dünya var ki, başqalarının tamaşalarında iştirak etmək əvəzinə, öz oyunlarını səhnələşdirən hər bir ölkə qalib gələcək. Əsrlərdir davam edən və dünyanı formatlayan Qərb hökmranlığı ilk dəfə sarsıldığı üçün dünya, həqiqətən də, dəyişməyə başladı.

Türkiyə həm daxili, həm də xarici mühasirəyə qarşı müqavimət göstərir və nəhəng addımlar atır.
Türkiyənin çöldəki və içəridəki mühasirəyə qarşı müqavimət göstərərək atdığı hər addım bu böyük hesablamalara görə təyin olunur. Buna görə də, Qərbdə və Şərqdə bütün müzakirələrin mərkəzində dayanır.

Türkiyənin Cənubda, Şərqdə və Qərbdə ciddi hərbi əməliyyatlara girmək üçün Şərqi Aralıq dənizində və Egeydə çox şeyi gözə alması, Liviyaya qədər uzanması, Misir və Səudiyyə Ərəbistanı ilə münasibətləri yumşaltmağa çalışması coğrafi zəka ilə bağlıdır. Hər sahədə fövqəladə sıçrayış etməsi və keçmiş üsullardan qopmağa çalışması da daha böyük qlobal böhrana hazırlıq məqsədi daşıyır.

Türkiyə nə olursa olsun, yeni dünya nizamının mərkəzinə yerləşəcək. Kanal İstanbul layihəsi ilə boğazlardakı suverenliyi məhdudlaşdıran Montre Boğazları Konvensiyasının artıq istənilməməsi qlobal lojistik və ticarət yarışlarına hazırlıq üçündür. Bəlkə, zamanla Xəzərdən Qara dənizə, Xəzərdən Fars körfəzinə də kanallar açılacaq. Bəlkə də, daha böyük layihələr həyata keçiriləcək.

Kanal İstanbul və Montre üçün bir terror dalğası yaradıla bilər

İstanbul hava limanına mane olmaq üçün Gezi hadisələrini planlaşdıran və Türkiyəni vətəndaş müharibəsinə sürükləmək istəyənləri gördük. ABŞAvropa kəşfiyyat agentlikləri bu terroru idarə edirdi. Kanal İstanbula qarşı da bənzər bir terror dalğası yaradıla bilər. Montre üçün, İngiltərə, Fransa və Rusiya üçün danışanlar küçələrə, qəzetlərə, televiziyalara və rabitə orqanlarına müdaxilə edəcək.

Köhnə dünyanın təhlükəsizlik və iqtisadi konsepsiyalarının dəyişdirilməsinə müqavimət göstərənlər Türkiyədəki əlaltılarını da səfərbər edəcəklər.

Türkiyə keçmişin bütün məhdudlaşdırıcı strukturlarını dəyişdirir və dəyişdirməyə də davam edəcək. Qərb düşüncə qəlibləri bizi məhdudlaşdırır, düşüncə sistemini daraldır və dünyagörüşləri birtərəfli olaraq formatlaşdırır.

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata malı kimi talanan İttifaq, satılan "Məhsul" stadionu, ailə biznesi... - Möhbalıyevin "sərgüzəştləri"

Cəlilabadda su quyusuna düşən ata ilə qızının meyiti çıxarılıb - Yenilənib

Seçicilər Ülvi Quliyevlə görüşmək istəmirlər, çünki… 

Prezident Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarını və onların məşqçilərini qəbul edib - Yenilənib

Fəzail İbrahimli Göytəpədə seçicilərlə görüşüb - Fotolar 

Rafael Hüseynov Rəncbərdə seçicilərlə görüşüb - Fotolar 

Dövlət Agentliyi: Bakıda suyun bütün evlərə gəlib çatmasında problemlər var

"Azinko Holdinq", "Jumeirah Bilgah Beach Hotel”... - Millətə vəkillik etməyən deputatın biznes "bacarığı"...

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay