Cümə, 26 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Suriyada vətəndaş müharibəsinin başlamasından 10 il ötür

Suriyadakı vətəndaş müharibəsinin başlamasından 10 il ötür.

PİA.az xatırladır ki, 2011-ci il martın 15-də Suriyanın cənubundakı Dra əyalətində məktəblərdən birində “Ey doktor (Bəşşar Əsəd - red), indi növbə sənə çatdı!” şüarı ilə xalq üsyanı başlayıb.

B.Əsəd xalqın etiraz səsini qan və göz yaşları içində boğmağa çalışıb. Minlərlə insan küçə və xiyabanlarda islahat tələbi ilə etiraz aksiyasına, yürüşlərə qoşulub və B.Əsəd “terrorçu” elan olunub. O, hərbçi və polis qüvvələrini etirazçıların üzərinə yeridib.

Odur ki, Suriyanın keçmiş prezidenti Hafiz Əsəd və oğlu Bəşşar Əsəd rejiminin illərlə öz vətəndaşlarına qarşı işgəncə və təzyiqləri vətəndaş müharibəsinin başlamasına səbəb olub.

“TRTHaber”in araşdırmasına görə, müharibə nəticəsində 22-23 milyon əhalisi olan Suriyanın 6 milyon 702 min vətəndaşı qaçqın vəziyyətinə düşüb, yüz minlərlə insan ölüb. Suriyalı qaçqınların 3,6 milyonu Türkiyədəki qaçqın düşərgəsində məskunlaşıb. 13 milyon mülki suriyalı humanitar yardıma möhtac vəziyyətdədir.

B.Əsəd rejiminin Rusiyanın yardımı ilə həyata keçirdiyi hücumlar nəticəsində 2 995 məktəb dağıdılıb. Müharibə dövründə 709 KİV nümayəndəsi öldürülüb.

B.Əsəd bu müharibədə 217 dəfə kimyəvi silahdan istifadə edib. Kütləvi qırğın silahı ilk dəfə 2012-ci ilin dekabrında Humusda, sonuncu dəfə isə 2019-cu il mayın 19-da Lazkiye bölgəsinin Kebinə kəndində tətbiq edilib.

2014-cü il iyunun 30-da İŞİD öz “xilafətini” elan edib. 2015-c il sentyabrın 30-da Rusiya bu müharibəyə qoşulub. 2016-cı il avqustun 24-də Türkiyə Silahlı Qüvvələri “Fırat qalxanı”, 2018-ci il yanvarın 20-də isə Türkiyə ordusu Suriyada “Zeytun budağı”, 2019-cu il oktyabrın 9-da “Sülh bulağı” antiterror əməliyyatına başlayıb. 2019-cu il oktyabrın 27-də İŞİD terrorçu qruplaşmasının lideri əl-Bağdadi öldürülüb.

2020-ci il fevralın 27-də Türkiyə Silahlı Qüvvələri “Bahar qalxanı” antiterror əməliyyatına başlayıb. 2020-ci il martın 5-də Rusiya ilə Türkiyə İdlibdə atəşkəs məsələsində razılaşıb.

pia.az


Etiket: Suriya

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

UEFA Konfrans Liqası: "Sabah" səfərdə qalib gəlib - Yenilənib

Bu məmurlar parlament seçkilərindən sonra istefa verəcək - Siyahı

Yardımlıdan daha bir nəfər deputatlığa namizəd oldu - Foto

Adı kazinoda külli miqdarda pul uduzmaqda hallanan prorektor deputatlığa hazırlaşır? – İddia

Co Bayden Ağ Evdə Benyamin Netanyahu ilə görüşüb

Azərbaycanda dəhşətli xəstəlik can aldı: "Yoluxanların sağalması mümkün deyil"

Seçicilərdən Kamaləddin Qafarova qarşı üsyan: namizəd ərazidən qovula bilər    

Pezeşkiandan inqilabi ilk: Azərbaycan dili ilə bağlı...

Pezeşkiana qarşı müqavimət... - Prezident vədlərini yerinə yetirə biləcək?

Ən çox oxunanalar