Şənbə, 17 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Sumqayıt Texnologiyalar Parkı”nda yenidən kütləvi ixtisarlar başladı: Emin Məmmədov ittiham edilir

Prezident İlham Əliyevin dəstəyi ilə inşa olunaraq ərsəyə gətirilən “Sumqayıt Texnologiyalar Parkı”nda işçilərin heç bir səbəb olmadan işdən çıxarılması prosesi davam edir

PİA.AZ bildirir ki, bu barədə işdən çıxarılmış işçilər AzToday.az-a məlumat verib.

Onların sözlərinə görə, “Sumqayıt Texnologiyalar Parkı”nda bərbad idarəçilik var: Bu səbəbdən də təcrübəli işçilər müxtəlif bəhanələrlə işdən çıxarılır:


Emin Məmmədov

“STP-nin rəhbəri Emin Məmmədov faktiki olaraq idaretməni həyata keçirmir. Avtoparkın müdiri Pərviz müəllimi vəzifədən azad ediblər. Bu səbəbdən də bizi də də sıxışdırmağa başlayıblar. Anar Səfərov və Elçin Süleymanovun müqaviləsinə xitam veriblər. Dispetçer Vüqar Əliyevin müqaviləsi aprel ayında bitməsinə baxmayaraq, ona da işdən çıxarmaq barədə təzyiqlər edilir. Artıq Vüqar Əliyevin yanvar ayından başlayaraq işə buraxmırlar. Dəfələrlə Vüqar Əliyevə işdən azad olunması üçün hədə-qorxu gəliblər. Emin Məmmədovun kollektivi idarəetmə bacarığı yoxdur. Bu səbəbdən də bütün işləri STP-nin Təhlükəsizlik Departamentinin rəisi Rüfət Ağamaliyev idarə edir. Rüfət Ağamaliyev də STP-də elə bir şərait yaradıb ki, hansı işçi ona “işverənlik” etmir, onu müxtəlif bəhanələrlə işdən azad etdirir. Bu işdə Rüfət Ağamaliyevin köməyinə Kadrlar Şöbəsinin müdiri Leyla Babayeva gəlir. Leyla Babayeva işçilərə müxtəlif təzyiqlər edir və onlardan işdən azad olunması üçün ərizələr alır.

Birmənalı olaraq qeyd edirik ki, STP-ni Emin Məmmədov yox, Rüfət Ağamaliyevlə Leyla Babayeva idarə edir.. Kimi istəyirlər işə qəbul edir, kimi istəyirlər işdən azad etdirirlər”.

Leyla Babayevanın əməkdaşlardan işdən edilməsi üçün hansı bəhanələrdən istifadə etməsi ilə bağlı AzToday.az-a daxil olmuş faktlar və səsyazıları araşdırılır. STP-nin mövqeyi öyrənilməklə gələn yazılarda bu barədə geniş məlumat verməyə çalışacağıq.

Xatırladaq ki, son bir il ərzində STP-dən yüzlərlə işçi müxtəlif səbəblərdən işdən azad edilib. Şikayətlərindən məlum olur ki, işdən çıxarılanların əksəriyyəti bu sahədə müəyyən təcrübəyəə sahib olmalarına baxmayaraq, onları təcrübəsiz işçilərlə əvəz ediblər. Və bu prosesdə STP rəhbərliyinin merkantil maraqlar güddüyü də yayılan məlumatlar sırasındadır.

Bu arada qeyd edək ki, STP-də əmək münasibətlərinin tənzimlənməsində ciddi problemlər var. Bununla bağlı AzToday.az-a daxil olmuş məlumatlar araşdırılır.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

VHP-çi namizəd Gülnar Hüseynova Ucarda seçicilərlə görüşüb

Keçmiş diplomatlardan ibarət şəbəkə ifşa olunub - Yeni faktlar

Politoloq: İranda Pezeşkianla bağlı ciddi problemlər olacaq...

Qoşqar Təhməzli istefa verməlidir – Eyyub Hüseynov

Talıbovlarla bağlı sensasiya - İki deputat mandatını...

Qəbələdə toyda kütləvi zəhərlənmə olub, araşdırma aparılır - Yenilənib

Sumqayıtda mənzildə qumbara partlayıb, ölən var - Yenilənib

Tovuzlu sahibkar: " Bir çarəm qalır, fəaliyyətimi dayandırmaq" - Video

Ermənilərin növbəti tarix saxtakarlığı - 1828-ci ildə “Şərqi Ermənistan” olub?

Natiq Miri: Putini təcili qaydada Azərbaycana gətirəcək elə bir ciddi hadisə mövcud deyil...

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay