Çərşənbə, 03 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sumqayıt qırğınların təşkilatçısı olan Eduard Qriqoryanın harada yaşadığı məlum oldu - Video

Sumqayıtdakı qırğınların təşkilatçısı olan Eduard Qriqoryanın hazırda Rusiyanın Stavrapol diyarı, Koçubeyovka rayonunda yaşadığı bildirilir.

“İTV Xəbər” Eduard Qriqoriyanın izinə düşərək araşdırma aparıb.

Himayədarlarının köməyi ilə Sumqayıtda törətdiyi ağır cinayətlərə görə cəzadan yayına bilən Eduard Qriqoryanın Rusiyanın Moskva vilayətinin Sergeyev Pasat şəhərində yaşadığı barədə illər öncə məlumat yayılmışdı. Onun 2014-cü il sosial şəbəkələrdə fotoları yayılmışdı.

Bundan sonra Azərbaycanın Baş Prokurorluğu tərəfindən 2015-ci ildə onun Cinayət Məcəlləsinin milli və irqi hüquq bərabərliyinin pozulma, kütləvi iğtişaş, xüsusi amansızlıq və zorlamaqla əlaqədar qəsdən adamöldürmə, bir qrup şəxs tərəfindən zorlama maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərar çıxarılıb.

Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilərək “İnterpol” xətti ilə axtarışı elan edilib. Bu haqda xəbər tutan Qriqoryanın yaşadığı şəhəri ailəsi ilə birgə tərk etdiyi məlum olub.

“İTV Xəbər” tərəfindən aparılan araşdırma zamanı Eduard Qriqoryanın son fotosu əldə edilib. Həmçinin onun həyat yoldaşı Rita Qriqoryan ilə əlaqə saxlanılıb. Qriqoryanın artıq yaşlanıb, təqaüdə çıxdığı məlum olub.

Hazırda isə Qriqoryanın ailəsi ilə Rusiyanın Stavropol diyarının Koçubeyovka rayonunda yaşadığı deyilir.

Daha ətraflı sujetdə:

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Yarım milyard kapitalı olan “Azərsilah”ın direktoru kimdir? - Dosye

AVRO-2024: Türkiyə millisi 1/4 finala yüksələn sonuncu komanda olub - Yenilənib

“Ömrümdə bu qədər söyülməmişdim!” - Erkin Qədirli

Etirazlara səbəb olan Azərbaycan filmi hansıdır?

“Aztelekom”un “Mis Nazim” kimi tanınan regional müdiri – Nazim Əliyev

Bakıda güclü yanğın başladı: Bir-birinə bitişik obyektlər külə döndülər

Azərbaycanda beş yaşlı uşaq diş əməliyyatından sonra öldü

Siyavuş Novruzovdan haqqında yayılan xəbərlə bağlı açıqlama - Yenilənib

Hotellərdən fantastik qiymətə mənzil alanların sayı artıb

Ən çox oxunanalar