Şənbə, 17 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Stoltenberg Ukraynadakı münaqişənin yeni mərhələsini elan edib

Ukraynadakı münaqişə düşməni tükəndirmək üçün nəzərdə tutulmuş “logistik” qarşıdurma mərhələsinə daxil olub…

Poliqon.info xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Sky News telekanalına müsahibəsində deyib. Baş katib həmçinin bildirib ki, NATO ölkələri Ukraynaya tədarük üçün mərmi ehtiyatlarını tükəndirib

NATO-nun baş katibi Yens Stoltenberq bildirdiyinə görə, Şimali Atlantika Alyansı ölkələri Kiyevə çatdırılacaq artilleriya mərmiləri ehtiyatlarını tükəndiriblər. Həmçinin o, qeyd edib ki, Ukraynadakı münaqişə düşməni tükəndirmək üçün nəzərdə tutulmuş “logistik” qarşıdurma mərhələsinə daxil olub.

Stoltenberq qeyd edib ki, hərbi blokun qarşısında istehsalı artırmaq vəzifəsi durur.

“Bu yorucu bir tükənmə münaqişəsinə çevrilir. Biz ehtiyatlarımızdan istifadə edərək dəstək verdik, lakin Ukraynadaki sursat istehlakı bizim istehsal həcmimizi xeyli ötüb. Mərmilərin sayı sabit deyil, deyə Stoltenberq bildirib.

NATO-nun baş katibi Ukrayna hakimiyyətinin qırıcı təyyarələrin verlməsi ilə bağlı sualdan yayınıb. Stoltenberq vurğulayıb ki, daha təcili ehtiyaclar Kiyevə silah-sursatın çatdırılması, eləcə də ehtiyat hissələri və silah sistemlərinə texniki xidmətin göstərilməsidir.

Stoltenberq Alyansa üzv ölkələrə müraciət edərək, Ukraynaya silah tədarükünü sürətləndirməyə və Ukrayna Silahlı Qüvvələrini lazımi sursat və texnika ilə tez bir zamanda təmin etməyə çağırıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Keçmiş diplomatlardan ibarət şəbəkə ifşa olunub - Yeni faktlar

Tovuzlu sahibkar: " Bir çarəm qalır, fəaliyyətimi dayandırmaq" - Video

Xalq artisti Cahangir Novruzovun Ankarada 70 illik yubileyi keçirilib

Kəlbəcərdə qardaşları ilə birlikdə itkin düşən Təranə Zeynalovanın qan donduran hekayəsi - Video

Sırski: Ukrayna ordusu Kursk vilayətində daha 1-3 km irəliləyib

Bakıda və Abşeronda süxurun qanunsuz daşınması faktı aşkarlandı

Ukrayna Kurskda körpünü vurdu, 700 rus hərbçisi mühasirədə qalıb

55 nəfərin zəhərləndiyi toyun keçirildiyi restoran sahibi danışdı

Bayden namizədlikdən imtina etdikdən sonra ilk dəfə Harrislə mitinqdə iştirak edib

Dəniz kənarında batan avtomobili çıxarmaq üçün çağırılan evakuator da batdı

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay