Çərşənbə, 03 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Son bir həftədə içkidən 4 nəfər ölüb - Bir nəfər isə görmə qabiliyyətini itirib

"Son bir həftə ərzində içkidən zəhərlənmə ilə bağlı ümumilikdə 8 hadisə baş verib"...

APA-nın məlumatına görə, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli mətbuat konfransında bildirib. Onun sözlərinə görə, bu hadisələr nəticəsində 13 nəfər zərərçəkən olub, onlardan 4-ü ölüb, biri isə görmə qabiliyyətini itirib.

AQTA sədri bayram günlərində qidalanma ilə bağlı əhaliyə və ictimai iaşə obyektlərinin rəhbərlərinə də müraciət edib. O bildirib ki, bayram günlərində ictimai iaşə obyektlərində müraciət və istehlak çox olur: "Yeni il bayramı ilə əlaqədar müxtəlif ictimai iaşə müəssisələrində, restoran, şadlıq saraylarında hazırlıq gedir. Ailələr də fərdi qaydada bayrama hazırlıq edirlər. Bu günlərdə hər bir vətəndaş özü də qida nəzarətçisinə çevrilməlidir. İctimai iaşə obyektlərinin sahiblərini daha diqqətli olmağa səsləyirik. Onlar öz məsuliyyələrini dərk etməlidilər".

Q.Təhməzli bildirib ki, qış turizmi ilə əlaqədar Azərbaycana çoxlu sayda xarici vətəndaşlar gəlir: "Bu məqsədlə də ictimai iaşə obyektlərinin sahiblərinə səslənirəm ki, onlar ölkənin imicini də nəzərə almalıdırlar, onların hər hansı yanlış hərəkəti Azərbaycanın nüfuzuna mənfi təsir göstərə bilər".

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

AVRO-2024: Türkiyə millisi 1/4 finala yüksələn sonuncu komanda olub - Yenilənib

“Ömrümdə bu qədər söyülməmişdim!” - Erkin Qədirli

Etirazlara səbəb olan Azərbaycan filmi hansıdır?

“Aztelekom”un “Mis Nazim” kimi tanınan regional müdiri – Nazim Əliyev

Siyavuş Novruzovdan haqqında yayılan xəbərlə bağlı açıqlama - Yenilənib

Bakıda güclü yanğın başladı: Bir-birinə bitişik obyektlər külə döndülər

Azərbaycanda beş yaşlı uşaq diş əməliyyatından sonra öldü

Hotellərdən fantastik qiymətə mənzil alanların sayı artıb

Fərid Qayıbov qitə və dünya çempionatlarında uğurla çıxış etmiş idmançılarla görüşüb

Ən çox oxunanalar