Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Soçi görüşü sülh yaratmaq prosesi yolunda yeni əngəllər yarada bilər” - Qabil Hüseynli

Bu gün Soçidə liderlərin üçtərəfli görüşü baş tutacaq...

“Görüş ərəfəsində Rusiya kütləvi informasiya vasitələrinin, eləcə də Putinin “Valday” diskussiyalarında söylədiyi fikirlər müəyyən ehtiyatlılıq hissləri yaradır”.

Bu sözləri politoloq Qabil Hüseynli bu gün baş tutması gözlənilən Soçi görüşünü PİA.az-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi bu gün Soçidə liderlərin üçtərəfli görüşü baş tutacaq. Bu görüşdən gözləntiniz nədir və Soçi görüşü Praqa görüşünün davamı olacaq?

Soçi görüşünü PİA.az-ın əməkdaşı politoloq Qabil Hüseynli ilə müzakirə edib.

Qabil Hüseynli: “Düşünürəm ki, Soçi görüşü Praqa görüşünün davamı olmayacaq”.

Dünən Rusiyanın Xarici İşlər Nazirliyinin bəyanat yayaraq Soçi görüşündən sülh nəticələrinin çıxa biləcəyi haqqında fikirlər səsləndirdiyini xatırladan politoloq PİA.az-a bildirib ki, bu məsələlərdə birmənalı fikir söyləmək mümkün deyil:

“Görüş ərəfəsində Rusiya kütləvi informasiya vasitələrinin, eləcə də Putinin “Valday” diskussiyalarında söylədiyi fikirlər müəyyən ehtiyatlılıq hissləri yaradır. Yəni açıq-aşkar bəlli olur ki, Rusiya necə işğal prosesində Ermənistanı müdafiə etdi, indi də sülhyaratma məsələsində Ermənistanın tərəfində durmağa hazırlaşır.

Üstəlik də Rusiyanın kütləvi informasiya vasitələrində “Dağlıq Qarabağ Respublikası” adlı o dünyaya göndərilmiş terminin tez-tez təkrarlanması və bunun ətrafında erməni mənşəli politoloqların çıxışının geniş yayılması Soçi görüşündə müzakirə ediləcək məsələlərə ciddi kölgələr salır.

Düzdür, dünən Rusiyanın Xarici İşlər Nazirliyi bəyanat yayaraq Soçi görüşündən sülh nəticələrinin çıxa biləcəyi haqqında fikirlər səsləndirdi. Amma hələ ki, bu məsələləri birmənalı söyləmək mümkün deyil.
Düşünürəm ki, Soçi görüşü Praqa görüşünün davamı olmayacaq. Əksinə özünün ləngitmə və müxtəlif strateji maraqları güdmək baxımından Soçi görüşü sülh yaratmaq prosesi yolunda yeni əngəllər yarada bilər”.

Nərminə UMUDLU

pia.az 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Elmar Məmmədyarov: “Elə bilirsiniz, nazir olduğum dövrdə yalnız maaşla dolanmışam?” - Video

Dəhşətli qəzada həlak olan qazinin görüntüsü - Yenilənib,Video,Foto

“Xarıbülbül” festivalına Laçında yekun vurulub - Yenilənib, Foto

Cavid Qurbanovun oğlu yüksək vəzifəsindən getdi - Yeni Təyinat

Talıb Talenin özündən 15 yaş kiçik nişanlısının görüntüləri yayıldı - Video

Ağstafa icra başçısının karyera macəraları: 194 minlik sübut olunmuş yeyintiyədək

ABŞ Azərbaycanla Ermənistan arasında sülhün mümkünlüyünə inanır

Deputat: “Uşağı əməliyyatla dünyaya gətirirlər, bunun nəyi analıqdır?!” - Video

AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçirilib

Ən çox oxunanalar