Çərşənbə axşamı, 27 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Siz həqiqətən həmin Osmanın qızısınız?” - Brilliant

"Siz həqiqətən həmin Osmanın qızısınız? Dünyanın bütün ölkələrində, hər bir xalqın nümayəndələri bir yerə toplaşıb, sivil yolla istənilən hadisəyə öz etirazlarını bildirmək haqqına malikdirlər. Şəxsən bu situasiyada sizin “humanizminizi” nümayiş etdirməniz məni ağlatdı. Atanız üçün ürəkdən ağlamışdım. İndiki göz yaşım isə atanızın ruhunu, vətəninə sevgisini, yaralarını qanatdığınız üçündür".

PİA.az bildirir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova sosial şəbəkədə jurnalist Sevinc Osmanqızının fikirlərinə münasibət bildirərkən qeyd edib.

Xalq artisti jurnalistin videosunu paylaşaraq bildirib: “Mən də musiqimizi qarmonda ifa edən, dinc əhali nümayəndəsi olan erməni əsilli qarmon ifaçısına “Super” yazıb bəyənmişəm. Lakin bayrağımı ayağ altına atıb, şəhidimizin şəklini tapdalayan şərəfsizin gözlərini dırnaqlarımla çıxardardım. Qadın olduğuma baxmayaraq onun başına qoparıb, ətini didərdim.

Bu videoda kürəyində “Asala” yazılan terorçular tərəfindən metro partlayışında dinc əhali, ana-bacı qardaşlarımızla birlikdə həyatını itirmiş görkəmli musiqiçimiz Rafiq Babayevin orkesti ilə günlərin birində Amerikaya konsertə getmişdik.

Təyyarədən enərkən sərnişinlərdən biri soruşdu ki, “siz azərbaycanlısız?” Biz “bəli” dedik. O, bizi “sıqan” adlandırdı. Bizim onunla heç bir işimiz olmadığı halda bizi təhqir etdi.

Demək ki, savaş yalnız səngərdə deyil, alçaq insanların azərbaycanlılara sataşdığı hər yerdədir".

Xatırladaq ki, Ermənistan silahlı qüvvələrinin son günlər cəbhədə və Azərbaycanla sərhəddə gərginliyi daha da artırdığı, təxribatlar törətdiyi, ermənilərin dünyanın bir sıra ölkələrində həmvətənlərimizə qarşı hücumlar təşkil etdiyi bir vaxtda jurnalist Sevinc Osmanqızı düşməni müdafiə edən fikirlər səsləndirib. Jurnalist ermənilərin Azərbaycan səfirliklərinə və həmyerlilərimizə hücumlarının günahını azərbaycanlılarda görüb. Şəhid Osman Mirzəyevin qızı olan jurnalistin bu fikirləri hər bir azərbaycanlı tərəfindən böyük qəzəblə qarşılanıb. (Musavat.com)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qadınlar həmişə bu bürcün kişilərinə aşiq olurlar - Yaxşı hipnoz edirlər

Tramp ABŞ-ın Ukraynaya görə sursatsız qaldığını deyib

Gəncə şəhər stadionunun yenidən qurulması niyə məhz “İnşaatçı 3” MMC-yə verildi

Bakıda yataqxanada baş verən yanğın zamanı 5 nəfər təxliyə olunub - Yenilənib

Azərbaycanda bankların adından fişinq cəhdləri həyata keçirilir

Laçın Şəhəri Günü Həkəri çayının sahilində müxtəlif tədbirlərlə davam edib

Makron Durovun saxlanılmasına münasibət bildirdi

Ən çox oxunanalar