Çərşənbə axşamı, 27 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Laçınlıların unudulmaz günü

Artıq Laçın rayonunun yeni inkişaf dövrü, laçınlıların isə yeni xoşbəxt həyat başlayıb...

26 avqust ölkəmiz, xüsusən laçınlılar üçün əlamətdar gündür. Həmin gün Laçın şəhəri işğaldan azad olunub deyə, Prezident İlham Əliyevin sərəncamı ilə respublikamızda “Laçın şəhəri günü” kimi qeyd edilir.

Əlbəttə ki, bu unudulmaz günün laçınlılar üçün çox böyük əhəmiyyəti var. 2022-ci ilin avqustun 26-da Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürülməsi ilə 30 ildən artıq qaçqın və köçkün həyatı yaşayan Laçın sakinlərinin də torpaq həsrətinə son qoyulub. Bu, Azərbaycanın Vətən müharibəsində əldə etdiyi qələbənin daha bir nəticəsi idi. Ermənistan imzaladığı üçtərəfli bəyanata məcburi şəkildə əməl etməli oldu. Belə ki, 2020-ci ilin 1 dekabr tarixində Laçın rayonu Azərbaycana təhvil verildi. Hər bir işğaldan azad olunan rayon Azərbaycanın ayrılmaz hissəsidir.

Əlbəttə ki, işğal zamanı bunun ağrısını bütün xalqımız çəkirdi. Amma etiraf olunmalıdır ki, həmin rayonların sakinləri mənəvi və maddi olaraq daha çox bu əzabı çəkirdilər. Çünki onlar birbaşa olaraq o faciəli günlərin şahidi olmuş, eləcə bu tarixi yaşaymışdılar. Və gündən-günə torpaq həsrəti onların içindən böyüyürdü...

Laçının işğala məruz qalması böyük faciə idi, həm laçınlılar üçün, həm bütün Azərbaycan xalqı üçün. Hər bir kəndin, şəhərin işğala məruz qalması böyük faciə idi, amma Laçının işğalı strateji nöqteyi-nəzərindən böyük bir sınaq idi, böyük bir fəlakət idi. Çünki Ermənistanla keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti arasında coğrafi əlaqə yaradılırdı və sonrakı itkilərimizin başlanğıcı məhz ŞuşaLaçının itirilməsi idi. Ümumiyyətlə, Qarabağda məğlubiyyətimizin başlıca səbəbi Azərbaycanın olduqca aciz rəhbərliyinin hadisələri vaxtında qiymətləndirə bilməməsi və cavab tədbirləri görmək iqtidarında ola bilməməsi işğala yol açdı. Hər gün Laçın rayonun üzərindən Dağlıq Qarabağa Ermanıstandan təyyarələrlə silah-sursat daşınırdı. Bu da Ermənistanın öz məkrli siyasətini həyata keçirmək üçün hazırlıq məqsədi daşıyırdı. Beləcə, böyük strateji əhəmiyyətə malik Laçın rayonu 1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. Lakin rəsmi İrəvanın cinayətləri bundan sonra da davam etmişdir.

Ermənistan işğalçı tərəf olaraq Cenevrə konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Laçın rayonunda coğrafi adların dəyişdirilməsi, rayonun təbii resurslarının talan edilməsi və qazanc mənbəyinə çevrilməsi, əsasən, Suriyadan olan erməni əsilli qaçqınlar olmaqla məqsədyönlü məskunlaşma siyasətini apararaq demoqrafik tərkibin dəyişdirilməsi kimi qeyri-qanuni əməllər ilə məşğul olub. Laçın işladan azad olunduqdan sonra bu cinayətlər bir daha açıq-aydın göründü. Amma Ermənistan öz istəyinə çata bilmədi. 44 günlük Vətən müharibəsi zamanı Laçına yerləşdirlmiş erməni əsilli qaçıqınlar buradana qaçmalı oldular. Onlar Ermənistana inanıb bura gəlmişdilər, lakin sonradan aldanıldıqlarını gördülər. Bu torpaqlarda yaşmağı haqq edənlər yenidən oranı geri aldılar. Azərbaycan xalqı Laçın və digər işğalda olan torpaqlarımızın mütləq işğaldan azad ediləcəyinə inanırdı. Bu inam təkcə kiminsə subyektiv düşüncəsinin məhsulu deyildi. Bu mücadilədə Azərbaycan dövlətinin haqlı olması və dünya miqyasındakı nüfuzunun gücü şər qüvvələrin inadını qırmağa kifayət etdi.

Hazırda Laçının tarixi siması özünə qaytarılır. Digər işğaldan azad olunan rayonlar kimi, burada da genişmiqayaslı bərpa-quruculuq işləri aparılır. Baş plan layihəsində təbii yaşıllıqlarla əhatələnmiş şəhərin tarixən mövcud olmuş təxminən 258 hektar məskunlaşma ərazisində həyətyanı sahəsi olan fərdi evlərə üstünlük verilib. Bununla yanaşı, çoxfunksiyalı zonalarda və digər yaşayış ərazilərində çoxmənzilli binaların tikilməsi təklif edilir. Şəhərdə xəstəxana, İşğal və Zəfər muzeylərinin yerləşəcəyi Memorial Park, məktəbəqədər və tam orta təhsil müəssisələri, peşə məktəbi, həmçinin mədəniyyət və turizm obyektləri də yaradılacaq. Planlaşdırmada tətbiq edilmiş “15 dəqiqəlik şəhər” prinsipi isə yaşayış məhəllələrinin, gündəlik tələbat obyektlərinin yaxın məsafədə olmasını və aşağı sürətli yol infrastrukturunun təşkilini nəzərdə tutaraq sakinlərin və qonaqların şəhər daxilində rahat hərəkətini təmin edəcək. Bütün bunlar rayon əhalisinin rahatlığına xidmət edəcək. Laçın təkcə bir dağ rayonu deyil, həm də müasir görəkəmi və yol-nəqliyyat infrastrukturu olan rayon olacaq. Ayrıca Laçında bölgənin beynəlxalq status və əhəmiyyətini artıran hava limanının inşası mühüm əhəmiyyət kəsb edir. Laçın hava limanının inşası həm də işğaldan azad edilmiş tarixi torpaqlarımızda aparılan abadlıq-quruculuq işlərinin miqyasını göstərir. Təməli 2021-ci ildə Prezident İlham Əliyev tərəfindən qoyulan Laçın Beynəlxalq Hava Limanının 2025-ci ildə istifadəyə verilməsi planlaşdırılır. Laçında həyata keçirilən bu işlər Prezident İlham Əliyevin daima diqqətindədir. İşğaldan azad olunduqdan sonra cənab Prezident Laçına ilk dəfə 2021-ci ilin 14 fevralında səfər edib.

Həmin zaman dövlətimizin başçısı Güləbird kəndində Azərbaycan bayrağını ucaltmışdır. Ümumi olaraq Azərbaycan Prezidenti 7 dəfə Laçına səfər edib. Sonuncu səfərini isə 2024-cü ilin mayın 10-da edərək Laçın rayonunun Sus kəndində görülmüş işlərlə tanış olub və sakinlərlə görüşüb. Həmçinin “AzərEnerji” ASC-nin “Zabux” və “Qarıqışlaq” Kiçik Su Elektrik stansiyalarının (KSES) açılışlarında iştirak edib. Görüdüyü kimi, Laçın yenidən qurulur. Əhalinin burada yaşayışı üçün bütün lazımi tədbirlər görülür. Artıq ötən ilin 28 may tarixindən başlayaraq laçınlıların doğma yurda qayıdışına start verilib. Laçınlılar 31 ildən sonra öz doğma kəndlərinə qayıdıblar və artıq burada yaşayırlar. Onlar sevinirlər ki, daha Laçının üzəridən də qara buludlar çəkilib. Artıq Laçın rayonunun yeni inkişaf dövrü, laçınlıların isə yeni xoşbəxt həyatı başlayıb.

Poliqon.info 

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qadınlar həmişə bu bürcün kişilərinə aşiq olurlar - Yaxşı hipnoz edirlər

Rəqibindən Nəsiman Yaqublunun faciəvi ölümünə reaksiya

Tramp ABŞ-ın Ukraynaya görə sursatsız qaldığını deyib

Gəncə şəhər stadionunun yenidən qurulması niyə məhz “İnşaatçı 3” MMC-yə verildi

Bakıda yataqxanada baş verən yanğın zamanı 5 nəfər təxliyə olunub - Yenilənib

Makron Durovun saxlanılmasına münasibət bildirdi

Laçın Şəhəri Günü Həkəri çayının sahilində müxtəlif tədbirlərlə davam edib

Ən çox oxunanalar