Bazar, 11 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Siyavuş Novruzov Allahlıq iddiasına düşüb” - Qalmaqal

İlahiyyatçı Elşad Miridən deputatın fikirlərinə cavab

Hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, deputat Siyavuş NovruzovAzərbaycan” qəzetində başsağlığının pulla dərc olunması barədə danışarkən maraqlı fikir səsləndirmişdi. “Başsağlığı ilə camaata maaş vermək olmaz! O, Allah tərəfindən də halal qəbul olunmur.

Birinin şərinin hesabına digəri xeyir qazana bilməz! Dində də, Peyğəmbərimizdə də, Həzrəti Əlidə də o məsələ tamamilə qeyri-qanuni hesab olunur, şəriətə uyğun sayılmır. Ona görə də əgər jurnalistin əmək haqqını başsağlığı ilə verirsənsə, onda vay o jurnalistin halına!”, - deyə Siyavuş Novruzov bildirmişdi.

İlahiyyatçı Elşad Miri isə YAP-çı deputatın bu fikirlərini bölüşmür. O, “Yeni Sabah”a bildirib ki, başsağlığının pulla verilməsi, yaxud həmin pulla kiminsə maaşının ödənilməsində hər hansı qəbahət yoxdur.

“Burda nə var ki? Kimsə təbrik verir, kimsə başsağlığı. Bu reklam xarakterli bir şeydir. Yəni qəzet öz səhifəsində müəyyən yeri həmin şəxsə satır. Burada qadağadan, haramdan söhbət gedə bilməz. Ümumiyyətlə, nəyinsə haram, yaxud halal olduğunu demək üçün Qurana istinad etmək lazımdır. Şəxsi mülahizələr əsasında nəyinsə halal yaxud haram olduğunu demək Allahlıq iddiasına düşməkdir. Görünür, Siyavuş Novruzov da Allahlıq iddiasına düşüb”,- deyə ilahiyyatçı vurğulayıb.

Elşad Miri əlavə edib ki, ümumiyyətlə bu məsələnin müzakirəsi gülüncdür. “Daha ciddi problemlər var, onlar barədə danışmaq lazımdır. Məsələn, Siyavuş Novruzov bir dəfə mənimlə cümə namazına gəlsin, xütbələri dinləsin. Görsün ki, nə danışırlar.

Bir çox hallarda həmin xütbələr dindarların narazılığına səbəb olub. Bu məslələrə diqqət yetirmək lazımdır”.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Olimpiya mükafatçımızdan qalmaqallı paylaşım: Azərbaycanı sizdən qat-qat çox təmsil edirəm...

"Neftçi"də anarxiya: Aranı qarışdıran ədəbsiz hərəkət - Video

Gəncədə yas mərasimində zəhərlənənlərin sayı 105 nəfərə çatıb – Yenilənib

Dünyada xərçəng niyə sürətlə cavanlaşır? - Alimlər xəbərdarlıq edir

Paris-2024: Azərbaycan medal sıralamasında 28-ci yerdə qərarlaşıb

Pezeşkianın təklif etdiyi nazirlərin adları parlamentə təqdim edilib - Siyahı

Şəkidə minik avtomobili yük maşınına çırpılıb: Ölənlər var - Yenilənib

Azərbaycan Paris olimpiadasını 7 medalla başa vurub

Rusiya Kiyev vilayətini atəşə tutub, ölənlər və yaralananlar var

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay