Bazar ertəsi, 09 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Siyasi-şərhçi: Rusiyanın Ermənistana qarşı yürütdüyü “qulaqburma siyasəti” öz təsirini göstərməkdədir...

Sergey Lavrov deyib ki, Ermənistan silahlı qüvvələrinin NATO standartlarına uyğun modernləşdirilməsini davam etdirir...

Cavanşir Abbaslı: “Rusiya XİN-in rəhbəri artıq açıq şəkildə danışmağa başladı. İndiyə qədər üstüörtülü mesajlarla “bala özünə gəl” deyirdilərsə, indi açıq şəkildə bunu Paşinyana çatdırırlar”.

Ermənistan dövlətçiliyinin taleyi ilə oynayır. Rus tankları İrəvanın Gürcüstan kimi 8 kilometrliyində dayananda bir daha Rusiyanın hər şeyi edə biləcək bir “şimal ayısı” olduğunu anlayacaqlar”.

Bu sözləri siyasi-şərhçi Cavanşir Abbaslı Rusiyanın xarici işlər nazirinin Ermənistana xəbərdarlığını Poliqon-a şərh edərkən qeyd edib.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilin yekunları barədə TASS-a müsahibəsində rəsmi İrəvanın NATO ilə dialoquna toxunub. Diplomat bildirib ki, bu il Ermənistan alyansla onlarla tədbirdə iştirak edib. Onun sözlərinə görə, Ermənistan silahlı qüvvələrinin NATO standartlarına uyğun modernləşdirilməsini davam etdirir və onun hərbi qulluqçuları blokun bir sıra dövlətlərində təlimlər keçirlər. XİN başçısının sözlərinə görə, Rusiya Federasiyası hesab edir ki, Ermənistan-NATO dialoqunun dərinləşməsi səbəbindən bu ölkənin milli müdafiə və təhlükəsizlik sahəsində dövlət suverenliyinin itirilməsi təhlükəsi yaranıb.

Lavrovun narahatlıqla dilə gətirdiyi fikirlər nədən xəbər verir? Rusiyanın Ermənistana bu cür ciddi xəbərdarlığının nəticəsi olacaqmı?

Rusiyanın Ermənistana verdiyi xəbərdarlığın nəticəsini Poliqon-un əməkdaşı AĞ Partiya sözçüsü, siyasi-şərhçi Cavanşir Abbaslı ilə müzakirə edib.

Cavanşir Abbaslı: “Paşinyanın günlər öncə Moskvada Putin tərəfindən qarşılandığı səhnə çox sualların cavabı idi”.

Gələn il martın 17-də Rusiyada keçiriləcək prezident seçkilərindən sonra Paşinyanın hakimiyyət taleyi ilə bağlı Kremlin açıq şəkildə hərəkətə keçə biləcəyini proqnoz edən ekspert bildirib ki, əvvəl Rusiyanın başının Ukrayna cəbhəsinə qarışdığı barədə rahatlıq var idisə, indi bunun əksinə olan proseslər yaşanmaqdadır:

“Deyim ki, artıq Rusiyanın Ermənistana qarşı yürütdüyü “qulaqburma siyasəti” öz təsirini göstərməkdədir. Təkcə son olaraq bir fakt bunu sübut etdi. Paşinyan son olaraq, Moskvadan qayıtdıqdan dərhal sonra Rusiyanın Ermənistandakı “adamı” sayılan, keçmiş prezident Robert Köçəryan barəsindəki cinayət işinə xitam verildi. Heç kəsdə bu şübhə doğurmur ki, Putin Moskvada bu barədə Paşinyana lazımı sözlərini deyib, o da söz verib ki, qayıdan kimi, Köçəryanın cinayət işinə xitam veriləcək. Rusiya təbii ki, hazırkı erməni iqtidarının Qərbpərəst siyasətindən ciddi narahatdır və heç vaxt Ermənistana imkan verməz ki, forpostluğundan çıxsın.

Düşünürəm ki, bu heç baş tutmayacaq da. Təkcə bir fakt buna imkan verməz. Ermənistanda yerləşən 102-ci rus bazası ölkədən çıxarılmadan necə Rusiyanın təsir dairəsindən çıxmaq olar? Bu bazanı da çıxarmaq mümkündürmü? Xeyr. Rusiya əvvəlcə mesajlarını çatdırır, bunlar yerinə yetirilməyəndə vəhşiyə dönür və kontrolsuz hala gəlir. Ukrayna nümunəsi bunun bariz sübutudur. Ermənistan dövlətçiliyinin taleyi ilə oynayır. Rus tankları İrəvanın Gürcüstan kimi 8 kilometrliyində dayananda bir daha Rusiyanın hər şeyi edə biləcək bir “şimal ayısı” olduğunu anlayacaqlar. Onda da gec ola bilər”.

Cavanşir Abbaslı: “Ukrayna artıq meydanda getdikcə təklənməkdədir. Bu da Paşinyanı xarici siyasətinə yenidən baxmağa məcbur edəcək”.

Siyasi şərhçi Lavrovun əslində ittihamlar səsləndirmədiyini da qeyd etdi: “Rusiya XİN-in rəhbəri artıq açıq şəkildə danışmağa başladı. İndiyə qədər üstüörtülü mesajlarla “bala özünə gəl” deyirdilərsə, indi açıq şəkildə bunu Paşinyana çatdırırlar. Lavrov İrəvana siyasətinizi dəyişin, əvvələ qayıdın deyir, burada da təəccüblü heç nə yoxdur.

Paşinyanın günlər öncə Moskvada Putin tərəfindən qarşılandığı səhnə çox sualların cavabı idi. 2024-cü ildə Rusiyanın Ermənistana qarşı sərt siyasəti daha da güclənəcək. Xüsusilə, gələn il martın 17-də Rusiyada keçiriləcək prezident seçkilərindən sonra Paşinyanın hakimiyyət taleyi ilə bağlı Kreml açıq şəkildə hərəkətə də keçə bilər. Əvvəl Rusiyanın başının Ukrayna cəbhəsinə qarışdığı barədə rahatlıq var idisə, indi bunun əksinə olan proseslər yaşanmaqdadır.

Ukrayna artıq meydanda getdikcə təklənməkdədir. Bu da Paşinyanı xarici siyasətinə yenidən baxmağa məcbur edəcək. Bir sözlə rəsmi İrəvanın əvvəl də demişdim, yenə deyirəm, Qərbyönlü siyasəti çox da davam edə bilməz. Necə ki, artıq bu dalana dirənməkdədir. Ukraynanı qızışdırıb meydanda tək buraxan Avropa ölkələri, əmin olun ki, Rusiya Ermənistanı işğal etsə belə, buna göz yumacaqlar”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda karate müəllimi azyaşlı ilə cinsi münasibətdə şübhəli bilindiyi üçün həbs edilib

İrana getmək istəyənlərin nəzərinə - Qaydalar sərtləşdirildi

Elariz Məmmədoğlu: "Qazancım haqda soruşmayın"

Ağstafada ər və arvad faciəli şəkildə öldülər - Təfərrüat

Millətlər Liqası: Azərbaycan səfərdə Slovakiyaya məğlub olub - Yenilənib

Qıcqırmış salat, gömgöy kəsmik.. - "Araz"da vaxtı keçmiş məhsullar satılır

Ən çox oxunanalar