Bazar ertəsi, 19 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şirvanda Zəfər Gününə həsr olunmuş silsilə tədbirlər keçirilib - Fotolar

Şirvan şəhərində xalqımızın qəhrəmanlıq salnaməsinə çevrilən 8 Noyabr - Zəfər Gününə həsr olunmuş silsilə tədbirlər keçirilib...

Zəfər Günü münasibətilə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, millət vəkili İltizam Yusifov, Şura üzvləri, İcra Hakimiyyəti aparatının məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, müharibə iştirakçıları öncə şəhərin mərkəzində Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül-çiçək dəstələri düzərək əziz xatirəsinə ehtiramlarını ifadə ediblər.

Sonra Şirvan Şəhər İcra Hakimiyyətinin və Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə Şirvan Şəhər Heydər Əliyev Mərkəzində məktəblilərin və gənc rəssamların əl işlərindən və rəsm əsərlərindən ibarət sərgiyə baxış keçirilib. Sərgidə Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun Vətən Müharibəsində göstərdiyi qəhrəmanlıq və qazanılmış möhtəşəm tarixi Zəfər, Qələbədən sonra Qarabağda irimiqyaslı bərpa-quruculuq  işləri, “Dəmir Yumruq”, “Qarabağ mənzərələri”, “Şuşa qalası”, Vətən Müharibəsinin rəmzinə çevrilmiş “Xarıbülbül”, Şirvan şəhərindəki “Zəfər Abidəsi” və s. mövzular əhatə olunub.

Daha sonra tədbir iştirakçıları Zəfər Günü münasibətilə Şəhidlər Xiyabanını ziyarət ediblər. Torpaqlarımızın  işğaldan azad edilməsi uğrunda Birinci və İkinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalan qəhrəman oğulların məzarları üzərinə və Birinci Qarabağ müharibəsində itkin düşənlərin xatirəsinə ucaldılan abidənin önünə gül-çiçək dəstələri düzərək onların xatirəsinə ehtiramlarını ifadə ediblər.
Şəhidlər Xiyabanında şəhid analarının şərəfinə ucalan “Şəhid Anası” memorial abidə kompleksi ziyarət olunub.

Daha sonra Vətən müharibəsində qazandığımız Şanlı Zəfərin 2-ci ildönümü münasibətilə Şirvan Şəhər İcra Hakimiyyətinin,  YAP-nın Şirvan Şəhər təşkilatının birgə təşkilatçılığı ilə Şirvan şəhər Mədəniyyət Mərkəzində 8 Noyabr-Zəfər Gününə həsr olunmuş ümumşəhər tədbiri keçirilib. Öncə Mədəniyyət Mərkəzinin foyesində təşkil olunan sərgidə şəhər məktəblilərinin  44 günlük Vətən müharibəsinin şərəfli anlarını özündə əks etdirən əl işləri və Şirvan Kimya Biologiya Təmayüllü liseyin STEAM mərkəzinin şagirdlərinin robotexnika və mühəndis dizayn bacarıqlarından  istifadə edərək hazırladıqları robotlar nümayiş olunub. Sonra Zəfər gününə həsr olunmuş tədbir Mədəniyyət Mərkəzinin akt zalında davam edib. Azərbaycan Respublikasının  Dövlət Himni səsləndirildikd ən sonra dövlət müstəqilliyimiz in banisi, qurucu və memarı, dahi Lider Ulu Öndər Heydər Əliyevin və ölkəmizin müstəqilliyinin , suverenliyinin,  konstitusiya quruluşunun, ərazi bütövlüyünün qorunması, tarixi torpaqlarımızın  azad edilməsi uğrunda döyüş əməliyyatlarınd a rəşadət və qəhrəmanlıq göstərərək canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilib. Allahdan şəhidlərimizə rəhmət, ailələrinə səbr dilənib. Tədbirdə 44 günlük Vətən müharibəsi, Dəmir Yumruq əməliyyatı və rəşadətli Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan, cənab İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızı 30 iilik işğaldan azad etməsi, şanlı Zəfər qazanması, tarixi ədalətin və ölkəmizin ərazi bütövlüyünün bərpa olunması barədə şərəfli tariximizdən danışılıb.Zəfər  Gününə həsr olunmuş videoçarx izlənildikdən sonra tədbirin bədii hissəsi başlayıb.Sadiq Hüseynov adına 1 nömrəli tam orta məktəbin “Günəş” xor birliyi, 20 nömrəli tam orta məktəbin şagirdləri ədəbi-bədii kompozisiya ilə çıxış ediblər.

Opera-kamera artisti Azər Həsənov, Elvin Hümbətov, Elşad Qarabağlı və Musiqi Məktəbinin “Çılğınlar” ritm qrupunun ifa etdikləri azadlığa, vətənpərvərliyə , qələbəyə həsr olunmuş mahnılar tədbir iştirakçılarınd a xoş ovqat yaradıb.

Sonra Şirvan şəhər Məhəmməd Füzuli adına Mədəniyyət və İstirahət parkında Şirvan şəhər Sadıq Hüseynov adına 1 nömrəli məktəbin şagirdlərinin hazırladığı 8 Noyabr - Zəfər Gününə həsr olunmuş “Qarabağ, sən azadsan!” adlı fləşmob təşkil olunub.
Fləşmob tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.

8 Noyabr Zəfər günü münasibətilə Şirvan şəhər Məhəmməd Füzuli adına Mədəniyyət və istirahət parkında ucaldılmış “Zəfər” abidəsinin ətrafında, Bayraq meydanında və Heydər Əliyev meydanında şəhidlərin xatirəsinə ağacəkmə aksiyası keçirilib.
Şəhidlərimizin anım günləri ərəfəsində Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Şura üzvləri, İcra Hakimiyyəti aparatının məsul əməkdaşları ilə birlikdə şəhidlərin ailələrini ziyarət ediblər.

Fotolar

pia.az 


Etiket: Zəfər Günü


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Separatçı necə YAP-ın İdarə Heyətinin üzvü və deputat ola bildi?

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva evlərində Rusiya Prezidenti Vladimir Putinlə şam ediblər

"Alov Qüllələri"ndəki görüntü gündəm oldu - Video

Putin bu gün Azərbaycana dövlət səfəri edəcək

Yasamalda 10 gündür çəkilən yeni zolaq sürücüləri çaşdırır - Video

Aysel Səfərli seçicilərlə görüşüb - Fotolar 

Polad Bülbüloğlu səfir kimi fəaliyyətini başa vurub

Sabirabadda ərindən şiddət gördüyü deyilən müəllimlə bağlı açıqlama

Rusiya Prezidentinin Azərbaycana səfəri başlayıb

Ən çox oxunanalar