Şənbə, 27 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şeyx Əbdüldən aktrisaya sərt cavab: "İctimai qınağı nəzərə almayanlar ədəbsizdirlər"

Aktrisa və prodüser Sevinc Əliyeva qonaq olduğu "Qapqara" verilişində qəribə açıqlama verib...

O, cəmiyyətimizdə ictimai qınağın olduğunu bildirib və bunun önəmli olmadığını vurğulayıb. Aktrisanın bu fikirləri birmənalı qarşılanmayıb. Mövzu ilə bağlı bizim.media-ya danışan rejissor, Xalq artisti Şeyx Əbdül Mahmudov bildirib ki, ictimai qınağı nəzərə almayanlar məsuliyyətsiz və ədəbsiz adamlardır:

"Bu adamların ədəblə, tərbiyə ilə problemləri var. İctimaiyyət xalq deməkdir. Əgər xalqın fikri nəzərə alınmırsa, onda o aktrisa hansı cəmiyyəti, hansı xalqı təmsil edir?! Sevinc Əliyeva çox böyük səhv edir. Bu sözlərinə görə o, xalqdan üzr istəməlidir.

Konstitusiyamızda yazılıb ki, dövlətin mənbəyi xalqdır. Xalqın fikrini nəzərə almayan biri nə bu xalqa, nə də bu dövlətə hörmət etmir. Belə düşünənləri sənətdən qovmaq lazımdır".

Sosioloq Üzeyir Şəfiyev isə qeyd edib ki, hər bir ölkənin kino sənayesi onun haqqında təsəvvür yaratmalıdır:

"Azərbaycan kino, film, teatr tarixində kifayət qədər ölçü çərçivəsində sözügedən aktrisaların oynamaq istədiyi səhnələr var. Ancaq bu səhnələr aktrisalarımızı sanki qane etmir. Onlar Qərb kino sənayesinin qəhrəmanlarının rol aldığı səhnələrin aclığını yaşayır və bunu israrlı bir şəkildə dilə gətirirlər. Buyurub Qərb ölkələrinin səhnə qapılarını döysünlər, meyarlara cavab verərək qəbul olunarlarsa, bu "aclığı" doldura bilərlər. Bunu da bacarmırlarsa, onda ictimai rəyə hörmət etməyə borcludurlar".

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dolları olanlar mütləq bu xəbəri oxusun - Vacib açıqlama

Rəşad Nəbiyevin uğursuz taksi islahatı… – yuxarıları aldatmaq cəhdi, yoxsa səriştəsiz fəaliyyət…

Ziya Məmmədovun qardaşından sensasion açıqlama

Üzümü bu qidalarla birgə yemək olmaz! – Dietoloqdan xəbərdarlıq

Pentaqon Çinin "Sinovac" peyvəndinin diskreditasiyası ilə məşğul olduğunu etiraf edib

Cinayət planları ilə gəzən qatillər: Ailəsini baltalayanlar, övladını girov götürənlər...

Borrell Çinin xarici işlər naziri ilə görüşüb

Anasını bıçaqlayan şəxs polis tərəfindən saxlanılıb - Yenilənib

Pompeo: Tramp prezident seçilərsə, ABŞ Ukraynaya 500 mlrd. dollar yardım edəcək

Ən çox oxunanalar