Şənbə, 27 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qurban Yetirmişlidən zəlzələ iddialarına sərt reaksiya : “Mən fala baxmıram”

Son zamanlar Azərbaycanda zəlzələ ocaqları aktivləşib...

Doğrudur, bu zəlzələlərin maqnitudası böyük olmur. Amma istənilən halda cəmiyyətdə təhlükə siqnalları yaradır.

Bəs görəsən, qarşıdakı dönəmdə Azərbaycanda dağıdıcı zəlzələ gözlənilirmi?

Poliqon xəbər verir ki, Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli mövzu ilə bağlı Bizim.Media-ya danışıb.

O bildirib ki, hər gün təkanlar olur, çünki sönük planetdə yaşamırıq:

"Azərbaycanda dağıdıcı zəlzələ gözlənilmir. Ölkəmizdə elə bir zəlzələ ərazisi yoxdur ki, güclü aktivləşmə olsun. Biz bir parametrlə, xırda təkanlarla tədqiqat aparmırıq. Bu məsələ ilə bağlı GPS stansiyaları var. Litosferdə gedən hərəkətlərin istiqaməti, sürəti araşdırılır. Burada qravitasiya sahəsinin dəyişməsi, geomaqnit şüalarının qeydiyyata alınması, sulardakı makro və mikro komponentlər, qazlar, radioaktiv elementlərin dəyişməsi və s. nəzərə alınır.

Ona görə arxayınlıqla deyirik ki, katastrofik zəlzələ gözlənilmir. Mən insanlara fala baxaraq "gedin, evdə rahat oturun"demirəm. Çünki biz hesablayırıq ki, nə qədər enerji ayrıldı və nə qədəri qaldı.
Tədqiqatımızın nəticəsinə görə arxayınlıqla milyonlarla insanı evə çağırıram. Bəziləri ağzına gələni danışırlar. Deyirlər ki, "zəlzələ olacaq". Kim deyir ki, olmayacaq? Mən detalları izah edirəm, təqdiqatlara güvənib danışıram. Sən nəyə əsasən deyirsən? Çıx ortaya! De ki, buna görə deyirəm ki, zəlzələ olacaq, fikrini əsaslandır".

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dolları olanlar mütləq bu xəbəri oxusun - Vacib açıqlama

Rəşad Nəbiyevin uğursuz taksi islahatı… – yuxarıları aldatmaq cəhdi, yoxsa səriştəsiz fəaliyyət…

Ziya Məmmədovun qardaşından sensasion açıqlama

Üzümü bu qidalarla birgə yemək olmaz! – Dietoloqdan xəbərdarlıq

Pentaqon Çinin "Sinovac" peyvəndinin diskreditasiyası ilə məşğul olduğunu etiraf edib

Borrell Çinin xarici işlər naziri ilə görüşüb

Anasını bıçaqlayan şəxs polis tərəfindən saxlanılıb - Yenilənib

Ağstafada avtomobil qəzasında yaralanan 5 nəfərin kimliyi məlum olub - Yenilənib

Parisdə keçirilən Yay Olimpiya Oyunlarının açılış mərasimi başlayıb

Ən çox oxunanalar