Çərşənbə axşamı, 16 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şəkidə dərs vaxtı sinfin tavanı şagirdlərin üzərinə düşdü – Video

Şəkinin Çayqaraqoyunlu kənd məktəbində dərs vaxtı sinfin tavanının bir hissəsi qoparaq şagirdlərin üzərinə düşüb...

PİA.az “Xəzər xəbər”ə istinadla xəbər verir ki, hadisə 9-cu sinif şagirdləri dərsdə olarkən baş verib.

Tavanın üstündə olan torpaq zibil qatıyla birlikdə uşaqların üstünə düşdüyündən bəzi şagirdlər stress keçiriblər. Məktəbə dərhal təcili tibbi xidmət əməkdaşları çağırılıb, 4 şagirdə ilkin tibbi yardım göstərilib.

Valideynlər deyirlər ki, baş vermiş hadisə ilə bağlı heç kim xəsarət almasa da, məktəbdə qəzalı vəziyyətin davam etməsi övladlarının aqibəti baxımından onları ciddi narahat edir.

Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumları məktəbin 2-ci korpusuna və 3-cü korpusunda bir neçə sinif otağı ilə müəllimlər otağına girişi qadağan edib.

Şəki-Zaqatala Regional Təhsil İdarəsinin əməkdaşı Mahal Məmmədov bildirib ki, şagirdlər təhlükəsizlik üçün məktəbin qəza təhlükəsi olmayan digər sinif otaqlarına yönləndirilib və mövcud çətinliyin aradan qaldırılması üçün işlərə başlanıb.

pia.az

 


Etiket: məktəb qəza


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan Ordusunun hərbi qulluqçusu bədbəxt hadisə nəticəsində həlak olub

Berlin raketlərimizin hədəfindədir - Kremldən şok hədə

“Hikmət, sənə bir həftə vaxt verirəm!” - Foto

Bakıda avtobusda qadınlar əlbəyaxa davaya çıxdı - Video

"Qızıl top" mükafatına namizədlərin reytinq siyahısı açıqlanıb

Rusiya artıq sülh prosesində iştirak etməsinin imkansızlığını başa düşür?

Daşkəsənin yeni icra başçısı ictimaiyyətə təqdim olunub

Futbol üzrə Avropa çempionatının rəmzi komandası açıqlanıb

Ən çox oxunanalar