Bazar, 30 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şəhid atası: Övladımın qəbri bərpa edilib, uyuduğu yer bizə məlum olub

Övladımın qəbri bərpa edilib, uyuduğu yer artıq bizə məlum olub...

Bunu "Report"un Qərb bürosuna açıqlamasında 31 il öncə Murovdağ istiqamətində gedən döyüşlərdə itkin düşən və bir müddət əvvələ qədər naməlum şəhid kimi bilinən Hafiz Məmmədovun atası Qədim Məmmədov deyib.

O, övladının məzarının abadlışdırılmasına görə minnətdarlığını ifadə edib:

"İllərdi övladımın axtarışındaydıq. Sağ olsun cənab prezidentimiz, dövlətimiz sonda övladımı tapıb bizi sevindirdi. Bura toplaşan hər kəsə təşəkkür edirəm. Bu gün övladımın qəbri bərpa edilib, uyuduğu yer bizə məlum olub”.

Şəhidin qardaşı Ceyhun Məmmədov bildirib ki, onun məzarının Gəncədəki Şəhidlər Xiyabanında olduğunu öyrənənə qədər bir sıra proseduralar həyata keçirilib:

“31 il idi qardaşımı axtarırdıq. Bizdən DNT analizi götürülmüşdü. Sonradan müəyyənləşdi ki, qardaşım burada, Gəncə Şəhidlər Xiyabanında dəfn olunan naməlum şəhidlərdən biridir. Bu gün onun qəbri yenidən bərpa edildi və bizə təqdim olundu. Dövlət başçımıza və bu işdə əziyyəti keçən hər kəsə təşəkkür edirəm”.

Qeyd edək ki, bu gün şəhidin Gəncə şəhər Şəhidlər Xiyabanındakı məzarı yenidən abadlaşdırılaraq ailəsinə təqdim olunub.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bir sıra vəzifəli şəxslərin əmək pensiyasına əlavələrin hesablanması qaydası dəyişib

Musiqi sənəti istiqaməti üzrə qabiliyyət imtahanları başlayıb

Azərbaycan dili fənni üzrə test imtahanı keçirilib - Yenilənib

Gəncədə qətl törədən şəxs özünü xəstəxananın pəncərəsindən atıb

Azərbaycanın bəzi rayonlarında leysan yağıb, şimşək çaxıb - Faktiki hava

Avropa çempionatı: Azərbaycan millisi təsəlliverici qarşılaşmada qələbə qazanıb - Yenilənib

Yaşanmış travmalar beyindəki sinir əlaqələrinin sistemini pozur

DİN və DSX-dən birgə əməliyyat - 180 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

Fransada növbədənkənar parlament seçkiləri keçirilir

Rusiya Xəzər flotiliyasının hərbi gəmiləri Bakı limanını tərk ediblər

Ən çox oxunanalar