Şənbə, 27 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Səbinə Əliyeva: Ermənistanda Azərbaycan Ordusunun hərbçisinin ömürlük həbs olunması beynəlxalq hüquqa ziddir

“Azərbaycan Ordusunun hərbi qulluqçusunun saxta ittihamlarla azadlıqdan məhrum edilməsi, həmçinin cəzasının ağırlaşdırılaraq ömürlük həbslə əvəz olunması beynəlxalq hüququn norma və prinsiplərinə ziddir”.

Poliqon xəbər verir ki, bunu Azərbaycan Ombudsmanı Səbinə Əliyeva Ermənistan tərəfindən hərbi qulluqçumuza verilmiş qanunsuz cəzanın daha da sərtləşdirilməsinə münasibətində deyib.

“Tərəfimizdən bu məsələ ilə əlaqədar dəfələrlə müraciətlər olunsa da, Ermənistan hələ də beynəlxalq hüququn tələblərini kobud şəkildə pozmaqda davam edir. Eyni zamanda, Ermənistanın bu təxribatyönümlü addımı iki ölkə arasında sülh müqaviləsinin imzalanması, regionda dayanıqlı sülhün bərqərar olunması istiqamətində görülən işlərə də ciddi maneə yaradır.

Bir daha bildirirəm ki, Ermənistan tərəfi qanunsuz olaraq azadlıqdan məhrum edilmiş Azərbaycan Ordusunun hərbçisi Hüseyn Axundovu, həmçinin hərbçimiz Aqşin Bəbirovu dərhal azad etməli, onların ölkəmizə geri qaytarılması üçün zəruri addımlar atmalıdır. Yekunda qeyd etmək istərdim ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili olaraq, bir daha aidiyyəti beynəlxalq təşkilatlar, xarici ombudsman və milli insan hüquqları institutlarından Azərbaycan Ordusunun hərbi qulluqçularının azad edilməsi istiqamətində təsirli tədbirlərin görülməsini tələb edir, eləcə də onları Fransanın insan hüquq və azadlıqlarına qarşı sərgilədiyi hörmətsiz rəftarına münasibət bildirməyə çağırıram”, - Ombudsman bildirib.

Poliqon.info 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dolları olanlar mütləq bu xəbəri oxusun - Vacib açıqlama

Bu məmurlar parlament seçkilərindən sonra istefa verəcək - Siyahı

Yardımlıdan daha bir nəfər deputatlığa namizəd oldu - Foto

Seçicilərdən Kamaləddin Qafarova qarşı üsyan: namizəd ərazidən qovula bilər    

Əvvəl dalaşdılar, sonra barışdılar – Görün, nə qazandılar…    

Pezeşkiana qarşı müqavimət... - Prezident vədlərini yerinə yetirə biləcək?

Üzümü bu qidalarla birgə yemək olmaz! – Dietoloqdan xəbərdarlıq

Paşinyan Türkiyə ilə sərhəddə yerləşən keçid məntəqəsinə baş çəkib

“Sevimli Dad”ın “Közləmə” sosislərində də zərərli maddə var

Ən çox oxunanalar