Şənbə, 17 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Satınalma 55 min manat çərçivəsində aparıla bilər…” – Maliyyə Nazirliyi

Maliyyə Nazirliyi icra başçısının bahalı avtomobil almaq üçün tender elanına münasibət bildirib

Maliyyə Nazirliyi Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının aparatı üçün “Mercedes Benz S350″ model minik avtomibilinin alınması ilə əlaqədar verilən tender elanına münasibət açıqlayıb.

PİA.az bildirir ki, Nazirliyin mətbuat katibi Mais Piriyev “Report”a açıqlaması zamanı bildirib ki, dövlət büdcəsində yerli icra hakimiyyəti orqanlarına hər hansı bahalı, dəbdəbəli nəqliyyat vasitəsinin alınması üçün vəsait nəzərdə tutulmur.

“Konkret olaraq Kəlbəcər Rayon İcra Hakimiyyətinə gəlincə, deyə bilərəm ki, 2019-cu ildə rayonlar üzrə yerli xərclərdə adıçəkilən rayon icra hakimiyyətinə nəqliyyat vasitələrinin alınması üçün 55 min manat vəsait proqnozlaşdırılsa da, bugünkü tarixə hər hansı nəqliyyat vasitəsinin alınması ilə bağlı Maliyyə Nazirliyinə müraciət olunmayıb. Hazırda Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısına buraxılış ili 2008-ci il olan “Toyota Avalon” markalı xidməti avtomobil təhkim olunub. Müvafiq qaydalara əsasən, minik avtomibilinə 10 il ərzində tam amortizasiya hesablandığından həmin avtomobilin istifadə müddəti 2018-ci ildə başa çatıb və cari ildə bu istiqamət üzrə 55 min manat vəsait nəzərdə tutulub. Hər hansı dövlət qurumu tərəfindən alınan nəqliyyat vasitəsinin markası Maliyyə Nazirliyi tərəfindən müəyyənləşdirilmir. Nazirlik sadəcə olaraq müvafiq normalara uyğun olaraq vəsait nəzərdə tutur, büdcə təşkilatı isə dövlət satınalmaları qanunvericiliyinə riayət etməklə alışı həyata keçirməlidir”, – deyə M.Piriyev əlavə edib.

Mətbuat katibi onu da bildirib ki, “Büdcə sistemi haqqında” Qanunun 19.3 madddəsinə əsasən büdcə təşkilatlarının satın aldığı mallara, qəbul etdiyi iş və xidmətlərə görə dövlət xəzinədarlığı tərəfindən qabaqcadan büdcə öhdəlikləri götürülür və yalnız bu öhdəliklər çərçivəsində satınalmalardan yaranan kreditor borcları ödənilir: “Ona görə də, Kəlbəcər rayon İcra Hakimiyyəti tərəfindən bu istiqamətdə bütün satınalmalar illik proqnoz – 55 min manat çərçivəsində aparıla bilər. Qəbul olunmuş öhdəlikdən artıq büdcə təşkilatı mal, iş və xidmətlərlə təchiz oluna bilməz, əks halda bu cür alışlar xəzinədarlıq tərəfindən uçota alınmır və kassa xərci aparılmır”.

Nazirlik rəsmisi həmçinin qeyd edib ki, son illərdə dövlət orqanları, büdcə təşkilatları, dövlət şirkətləri və dövlət tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən xidməti avtomobil kimi əsasən ölkəmizdə “Khazar” Avtomobil Zavodu və “Naxçıvan Avtomobil Zavodu MMC-də müasir texnologiyalara uyğun istehsal olunan müxtəlif markalı avtomobillərə üstünlük verilir. Bu həm yerli istehsala dəstək verməklə daxili bazarın qorunması, həm də dövlət büdcəsinin vəsaitlərinə qənaət olunması baxımından vacibdir.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

VHP-çi namizəd Gülnar Hüseynova Ucarda seçicilərlə görüşüb

Keçmiş diplomatlardan ibarət şəbəkə ifşa olunub - Yeni faktlar

Talıbovlarla bağlı sensasiya - İki deputat mandatını...

Politoloq: İranda Pezeşkianla bağlı ciddi problemlər olacaq...

Qoşqar Təhməzli istefa verməlidir – Eyyub Hüseynov

Qəbələdə toyda kütləvi zəhərlənmə olub, araşdırma aparılır - Yenilənib

Sumqayıtda mənzildə qumbara partlayıb, ölən var - Yenilənib

Ermənilərin növbəti tarix saxtakarlığı - 1828-ci ildə “Şərqi Ermənistan” olub?

Natiq Miri: Putini təcili qaydada Azərbaycana gətirəcək elə bir ciddi hadisə mövcud deyil...

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay